Əsədin arvadı erməniləri ziyarət etdi
Suriya Prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma əl Əsəd “Erebuni” Suriya Ermənilərinə Xaç Yardımı təşkilatının Dəməşq filialını ziyarət edib. Bu barədə informasiyanı Ermənistan mətbuatı yayıb. O, görüş zamanı xeyriyyə tədbirlərinin keçirilməsinin vacibliyini vurğulayıb.
12 Yanvar 2018 12:21 DünyaSuriya Prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma əl Əsəd "Erebuni" Suriya Ermənilərinə Xaç Yardımı təşkilatının Dəməşq filialını ziyarət edib. Bu barədə informasiyanı Ermənistan mətbuatı yayıb. O, görüş zamanı xeyriyyə tədbirlərinin keçirilməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, Suriyada 100 min erməni yaşayır. Onların böyük hissəsi Hələb şəhərində məskunlaşıblar. Suriya hakimiyyəti müxtəlif vaxtlarda ölkədəki ermənilərdən Türkiyəyə təzyiq vasitəsi kimi istifadə edib. Hətta Dəməşq ASALA terror təşkilatına Suriyada hazırlıq üçün geniş imkanlar verib. Axar.az