Xameneinin əsas varisi Almaniyadan qaçdı
İranın Məhkəmə Sisteminin keçmiş rəhbəri Mahmud Haşemi Şahrudi Almaniyanı tərk edib. Bu barədə informasiyanı “Yerusəlim Post” qəzeti yayıb. Qəzet Şahrudinin Almaniyanı ona qarşı federal prokurorluq tərəfindən ittiham aktı irəli sürüldükdən sonra tərk etdiyini bildirib. Şahrudinin ölkədən “İran Eyr” aviaşirkətinin təyyarəsi ilə qaçdığı vurğulanıb.
12 Yanvar 2018 12:28 Dünyaİranın Məhkəmə Sisteminin keçmiş rəhbəri Mahmud Haşemi Şahrudi Almaniyanı tərk edib. Bu barədə informasiyanı "Yerusəlim Post" qəzeti yayıb. Qəzet Şahrudinin Almaniyanı ona qarşı federal prokurorluq tərəfindən ittiham aktı irəli sürüldükdən sonra tərk etdiyini bildirib. Şahrudinin ölkədən "İran Eyr" aviaşirkətinin təyyarəsi ilə qaçdığı vurğulanıb.
Qeyd edək ki, Şahrudi Hannover şəhərinə dekabrın 21-də beynindəki şişin müalicəsi üçün gəlib. O, İranın Ali Dini lideri Əli Xameneinin əsas varislərindən biri sayılır. 1999-2009-cu illərdə 2000 nəfərin edam etdirilməsində günahkar bilinir. Onun edam etdirdiyi şəxslər arasında yeniyetmələrin də olduğu iddia edilir. Axar.az