Dünya
Ermənistanda ərzaq bahalaşır
2017-ci ilin dekabrında Ermənistanın istehlak bazarında ərzaq qiymətləri noyabr ayı ilə müqayisədə 3,6 faiz artıb. Yerli KİV yazır ki, meyvə qiymətləri bir ay ərzində 4,3 faiz, tərəvəz qiymətləri 25,1 faiz artıb.
Rusiya hücum üçün 3 sayt yaratdı – Xəbərdarlıq
Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək Qış Olimpiya Oyunları zamanı Rusiya anti-dopinq agentliklərinə haker hücumları təşkil edə bilər. Bu barədə ABŞ-ın kompüter təhlükəsizliyi sahəsində çalışan “ThreatConnect Inc” şirkəti məlumat yayıb.
Rusiya əleyhinə dostluq etməyəcəyik - Minsk
Minsk Avropa Birliyi ilə iqtisadi-siyasi münasibətləri Rusiyanı itirmək hesabına inkişaf etdirmək niyyətində deyil. Bu barədə Belarusun Xarici İşlər naziri Vladimir Makey danışıb. “Rusiya, Avropa Birliyi və ya digərləri ilə əlaqələrimizi inkişaf etdirməyimiz kiminsə əleyhinə olmağımız anlamına gəlmir”, - nazir bildirib.
Yoxa çıxan qayığın aqibəti bəlli oldu
Argentinanın 2 ay əvvəl yoxa çıxan “San-Xuan” sualtı qayığı 40 millisaniyə ərzində baş verən partlayış nəticəsində tamamilə parçalanıb. Bu barədə ABŞ-ın hərbi-dəniz kəşfiyyatı idarəsindən hesabat yayılıb. Hesabata görə, 400 metr dərinlikdə baş verən partlayışın gücü 6 ton trotil ekvivalentinə bərabər olub.
Ər-Riyad qisasa hazırlaşır: Şahzadələr geri qaytarılır
Səudiyyə Ərəbistanından qaçan və korrupsiyada iştirak edən şahzadələrin ekstradisiyasına nail olacağıq. Bu barədə bəyanatı Səudiyyə Ərəbistanı Baş Prokurorluğu yayıb. Ər-Riyad şahzadələr haqqında kifayət qədər sübutun olduğu və onların geri qaytarılması üçün beynəlxalq orderin veriləcəyini bildirib.
FETÖ məktəblərindən 70 müəllim həbs edildi
FETÖ ilə əlaqəli bağlanılan məktəblərin müəllimləri haqqında həbs qərarı verilib. Bu barədə Ankara Prokurorluğu məlumat yayıb. Məlumatda bildirilir ki, həmin məktəblərdə fəaliyyət göstərən 70 müəllim həbs edilib.
Mark Feysbukun xəbər lentini dəyişir
Feysbuk sosial şəbəkəsinin xəbər lentində daha çox dost və ailə üzvlərinin paylaşımları görünəcək. Bu barədə Feysbukun yaradıcısı Mark Zukerberq öz sosial şəbəkə hesabında bildirib. O qeyd edib ki, xəbər nəşrlərinin Feysbukda yayımlanması istifadəçilərin şikayətləri arasında birinci yerdədir: “Biz sosial şəbəkəni bu istiqamətdə ötən ildən dəyişməyə başlamışıq, lakin bu məqsədlə bütün bizim məhsullarımızda dəyişiklik etmək üçün aylar lazım gəldi.
Daha bir ölkə Aİ-dən çıxır
Polşa hökuməti Avropa İttifaqından çıxmaqla bağlı referendum keçirəcək. Avropa İttifaqı Şurasının sədri Donald Tusk bildirib ki, Polşa Aİ-nin maliyyə dəstəyindən asılı olaraq təşkilatdakı üzvlüyünü davam etdirir: “Hazırda Polşa Avropa İttifaqından maliyyə yardımı alır. Bu səbəbdən də, düşünürəm ki, əgər Aİ maliyyə yardımını kəsərsə, Polşa hökuməti təşkilatı tərk etməklə bağlı vətəndaşlarının mövqeyini dəstəkləyəcək”.
İŞİD-in “nazir”i Türkiyədə tutuldu
Türkiyənin Kayseri vilayətinin Dəvəli mahalında İŞİD terror təşkilatının “kənd təsərrüfatı naziri” Tarık Əhməd saxlanılıb. Bu haqda Kayseri valisi Süleyman Kamçı bildirib. Onun sözlərinə görə, “nazir”lə birlikdə daha 9 nəfər tutulub.
11 sentyabr hadisələrində əli olan məhkum həbsxana nəzarətçilərini bıçaqladı
11 sentyabr hadisəsində əli olan "Əl Qaidə" terrorçusu Amerikaya ekstradisiyasına mane olmaq üçün Fransada 3 həbsxana nəzarətçisini bıçaqlayıb. Kristian Gançarski adlı 51 yaşlı məhkum həbsxanaya gizlicə keçirdiyi qayçı ilə 3 nəzarətçini yaralayıb. Onlar təcili xəstəxanaya çatdırılıblar. Nəzarətçilərdən birinin vəziyyəti ağırdır. Həbsxanadan bildirilib ki, o, Amerikaya ekstradisiyasına mane olmaq üçün belə bir addım atıb. Belə ki, o, bir neçə gün əvvəl telefonda danışarkən "Fransada qalmaq üçün fikirləşib, nəsə edəcəm" deyib.
Baş nazirin müavini: Konstitusiya Məhkəməsi səlahiyyətlərini aşıb
Türkiyə Konstitusiya Məhkəməsi səlahiyyətlərini aşıb. Bunu Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ Konstitusiya Məhkəməsinin "Zaman" qəzetinin jurnalistləri Şahin Alpay və Mehmet Altanın azad edilməsi haqqında qərarına münasibət bildirərkən deyib.
Xüsusi təyinatlı polis departamenti ləğv edildi
Türkiyə Baş Polis İdarəsinə məxsus Xüsusi təyinatlı polis departamentinin ləğvi rəsmi olaraq qüvvəyə minib. Məlumata əsasən, departamentin ləğvi haqqında qərar ölkənin Daxili İşlər Nazirliyinin 2 noyabr 2017-ci il tarixli müraciəti əsasında həmin il noyabrın 20-də Nazirlər Kabineti tərəfindən qəbul edilib.
Bir daha məscidə getsəniz öləcəksiniz
Hollandiyanın Zaandam şəhərində türk ailələri məktubla təhdid edilib. Hollandiya mətbuatında yayılan xəbərə görə qonşuluqda yaşayan iki türk ailənin evindən xaça bükülmüş, müsəlmanların təhqir edildiyi məktub tapılıb. Məktubda "Bir daha məscidə getsəniz öləcəksiniz", "Xərçəng müsəlmanlar, gəbərin" kimi təhqir və təhdid dolu ifadələr yazılıb.
Rusiya TV-də Azərbaycan məhsullarının reklamına 50 milyondan çox baxılıb
Rusiya televiziyasında Azərbaycan məhsullarının reklamı 50 milyondan çox baxış sayı yığıb. Bunu İxracatçılar Klubunun "Made in Azerbaijan" brendinin loqosunun təqdimatına həsr olunmuş iclasında iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib.
Məhəmməd Bin Salman stereotipləri yıxa biləcəkmi?
Orta Şərqdə siyasətçilərin diqqət mərkəzində olan mövzulardan biri də Səudiyyə Ərəbistanı Krallığı və son iki ildə orada gedən ictimai-siyasi proseslərdir. Bu gün Səudiyyə Ərəbistanında həm daxili, həm da xarici həyatda həqiqətən ciddi proseslər baş verməkdədir. Vəliəhd Məhəmməd Bin Salman bu ölkənin tarixində anoloquna rast gəlinməyin, çox böyük ambisiyaları özündə ehtiva edən modernləşdirmə planını işə salıb. Regionun və hətta bütünlükdə İslam dünyasının aparıcı ölkəsi olan Səudiyyə Ərəbistanı Krallığının taleyi bu plandan, onun necə həyata keçiriləcəyindən və ya ümumiyyətlə həyata keçirilə bilməsindən asılıdır.














