Mark Feysbukun xəbər lentini dəyişir

Feysbuk sosial şəbəkəsinin xəbər lentində daha çox dost və ailə üzvlərinin paylaşımları görünəcək.   Bu barədə Feysbukun yaradıcısı Mark Zukerberq öz sosial şəbəkə hesabında bildirib.  O qeyd edib ki, xəbər nəşrlərinin Feysbukda yayımlanması istifadəçilərin şikayətləri arasında birinci yerdədir: “Biz sosial şəbəkəni bu istiqamətdə ötən ildən dəyişməyə başlamışıq, lakin bu məqsədlə bütün bizim məhsullarımızda dəyişiklik etmək üçün aylar lazım gəldi.

Feysbuk sosial şəbəkəsinin xəbər lentində daha çox dost və ailə üzvlərinin paylaşımları görünəcək.   Bu barədə Feysbukun yaradıcısı Mark Zukerberq öz sosial şəbəkə hesabında bildirib.  O qeyd edib ki, xəbər nəşrlərinin Feysbukda yayımlanması istifadəçilərin şikayətləri arasında birinci yerdədir: "Biz sosial şəbəkəni bu istiqamətdə ötən ildən dəyişməyə başlamışıq, lakin bu məqsədlə bütün bizim məhsullarımızda dəyişiklik etmək üçün aylar lazım gəldi. Əsas dəyişikliklər xəbər lentində nəzərə çarpacaq. Orada daha çox dostlardan, ailə üzvlərindən və qruplardan paylaşımlar görünəcək. Çünki Feysbuk insanların bir-birinə yaxın olması üçün yaradılıb, lakin son zamanlar istifadəçilər daha çox şirkətlərin, xəbər nəşrlərinin və brendlərin paylaşdığı tərkiblərin sosial şəbəkədən istifadəyə mane olduqlarından şikayət etməyə başlayıblar".

Qeyd edək ki, Markın şəxsi sosial hesabında yaydığı bu xəbəri izləyiciləri dəstəkləyib və şərhlərdə bu barədə şikayətlərini yenidən bildiriblər. Azadinform.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31