Dünya

Süni intellektlə təchiz edilmiş yeni robot nümayiş etdirilib- VİDEO 

12 Yanvar 2018 17:38

Tayvan Sənaye Texnologiyaları Tədqiqat İnstitutunun (ITRI) mühəndisləri tərəfindən Las-Veqasda keçirilən “CES” sərgisində təqdim edilmiş robot “Skrabl” adlı masaüstü oyunu müvəffəqiyyətlə oynayır.

Belçikada maraqlı araşdırma: Mobil telefon təhsilə zərbə vurur

12 Yanvar 2018 17:25

Texnologiyanın sürətli inkişafı müəyyən sahələrə təkan versə də, təhsil sistemində bir o qədər də yüksək nəticələr vermir. Belə ki, Belçikada Təhsil Nazirliyi ilə birlikdə Antverpen və Gent universitetlərindən olan bir qrup alim imtahan verən tələbələrin nəticələri arasında maraqlı müqayisə aparıblar.

“Bu, Rusiya ilə sürətli müharibə deməkdir” - XƏBƏRDARLIQ

12 Yanvar 2018 17:24

Rusiya Hərbi Elmlər Akademiyasının müxbir üzvi, politoloq Sergey Sudakov ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalarının mümkün nəticələrindən danışıb.  “Russia Today” telekanalına açıqlama verən politoloqun sözlərinə görə, sanksiyalar Rusiyaya təsir alətlərdən yalnız biridir.

Erməni siyasətçidən inqilab anonsu - İki ay qaldı

12 Yanvar 2018 17:13

Ermənistanda partlayış həddinə çatacaq situasiya yaranıb. Bunu “1in.am” saytına açıqlamasında Avropa Erməni Assosasiyası Forumunun rəhbəri Aşot Qriqoryan söyləyib. Onun sözlərinə görə, bu situasiyanın nəticələri qeyri-müəyyən ola bilər:

Əxlaqa zidd mahnı oxuyan 21 müğənni tutuldu - Polkovnik

12 Yanvar 2018 17:11

İranda musiqi sahəsində fəaliyyət göstərən, ev şəraitində, qanunsuz kiçik studiyalarda gizli şəkildə mahnılar yazdıran və onlara klip çəkdirdikdən sonra sosial şəbəkələrdə yayan 21 gənc müğənni həbs edilib.

Qızının istəyi ilə 2 milyona yaxın insanı qətl edən hökmdar: Nişapurun məhvi ilə bağlı maraqlı FAKTLAR

12 Yanvar 2018 17:03

Qanlı bir tarixi keçmişi olan Nişapur İranın şimal-şərqində yerləşən bir şəhərdir. Tarixi rəvayətlərə görə, Nişapurda 1.7 milyon insanı 1 saatın içərisində qətlə yetiriblər. Deyilənlərə görə, bu qətliamı monqol hökmdarı Çingiz Xan törədib.

Sarkisyanın 5 milyardlıq borcu - Ermənistanın qaranlıq Qarabağ dalanı

12 Yanvar 2018 17:02

2018 işğalçı ölkəyə bahalaşma dalğası ilə gəldi; Prezident təcili müşavirə çağırdı; Ermənistan kritik həftəyə girir – bahalaşma əleyhinə aksiyalar başlayır; rusiyalı analitiklər: “Ölkənin iqtisadi problemlərinin 90%-i blokada ilə bağlıdır...”

Qətər BƏƏ-ni BMT-yə şikayət etdi

12 Yanvar 2018 16:48

Qətər BMT Təhlükəsizlik Şurasına Birləşmiş Ərəb Əmirliklərindən şikayət edib. Bu barədə informasiyanı “Əl-Cəzirə” televiziyası yayıb.

Fransada məhbuslara "bayram" - Nəzarətçilər işə çıxmadı

12 Yanvar 2018 16:28

Fransada Vanden-lö-Vyey qəsəbəsində yerləşən həbsxananın 50-yə yaxını nəzarətçisi işə çıxmaqdan imtina edib. Məlumata görə, nəzarətçilər bir müddət əvvəl məhbusun hücumu nəticəsində 3 həmkarın yaralanmasına etiraz ediblər. Onların fikrincə, həbsxana rəhbərliyi əməkdaşların təhlükəsizliyinin təmin olunması üçün lazımi tədbirlər görmür.

Ukraynadan etiraf: Çiçəklənən ölkə ola bilərdik...

12 Yanvar 2018 16:25

Ukraynanın xarici borcu ümumdaxili məhsulun 83%-ni təşkil edir. Bunu jurnalistlərə açıqlamasında Ukrayna Baş naziri Vladimir Qroysman söyləyib. Onun sözlərinə görə, Ukraynanın bu qədər borca girməsinin səbəbi keçmiş hökumət və Rusiyadır: “Ukrayna çiçəklənən ölkə ola bilərdi. Lakin bizim düşmənlərimiz bunu istəmirlər”. 

Moskva ABŞ-a cavab hazırlayır: Tədbir görəcəyik...

12 Yanvar 2018 16:23

Rusiya ABŞ-ın hazırladığı “Kreml hesabatı” sanksiyalarını cavabsız qoymayacaq. Bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib. “Sanksiya fəaliyyətləri hər zaman əks tədbirlərlə üz-üzə qalır. Bu halda da biz prinsipimizdən əl çəkməyəcəyik”, - deyə o bildirib.

"Türkiyə ABŞ-dan daha təhlükəsizdir" - Yıldırım

12 Yanvar 2018 16:21

"Türkiyə ABŞ-dan daha təhlükəsizdir". Bunu Türkiyənin baş naziri Binəli Yıldırım ABŞ Dövlət Departamentinin öz vətəndaşlarına Türkiyəyə səfər etməmək çağırışını şərh edərkən deyib. B.Yıldırım vurğulayıb ki, heç bir ölkə terror aktlarından sığortalanmayıb. Baş nazir əlavə edib: "Sanki elə təəssürat yaranır ki, ABŞ şəhərlərində terror aktları olmur".

Azərbaycan rus polisi üçün təhlükəsiz ölkələr siyahısında

12 Yanvar 2018 16:00

Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşlarının rahat şəkildə istirahətə gedəcə biləcəyi ölkələrin siyahısı hazırlanıb. Siyahını Rusiya Daxili İşlər naziri Vladimir Kolokolçev təsdiqləyib. Hazırlanan siyahıya Azərbaycan, Belarus, Vyetnam, Qazaxıstan, Qırğızıstan, Çin, Kuba, Tacikistan, Türkmənistan və Özbəkistanın adı daxil edilib.

BMT-dən Trampın “zibil qutusu” ifadəsinə REAKSİYA

12 Yanvar 2018 15:53

Birləşmiş Millətlər Təşkilatı (BMT) ABŞ prezidenti Donald Trampın ölkəsinə daxil olan qaçqınlar barədə ifadələrinə kəskin reaksiya verib. BMT-nin insan hüquqları üzrə Ali Komissarının idarəsinin nümayəndəsi Rupert Kolvill Trampın ifadələrini “şokedici və utancverici” adlandırıb. Onun sözlərinə görə, ABŞ prezidentinin sözlərini “irqçilik”dən başqa heç bir sözlə ifadə etmək mümkün deyil.

Almaniyada koalisiya hökumətinin qurulması barədə razılıq əldə edilib

12 Yanvar 2018 15:34

Almaniyada parlamentə keçirilən seçkidən 109 gün sonra kansler Angela Merkelin başçılıq etdiyi Xristian-Demokratik və Xristian-Sosialist partiyalarından ibarət blok Sosial-Demokratik Partiya ilə koalisiya hökumətinin qurulması ilə bağlı razılığa gəlib.