Xüsusi təyinatlı polis departamenti ləğv edildi

Türkiyə Baş Polis İdarəsinə məxsus Xüsusi təyinatlı polis departamentinin ləğvi rəsmi olaraq qüvvəyə minib. Məlumata əsasən, departamentin ləğvi haqqında qərar ölkənin Daxili İşlər Nazirliyinin 2 noyabr 2017-ci il tarixli müraciəti əsasında həmin il noyabrın 20-də Nazirlər Kabineti tərəfindən qəbul edilib.

Qeyd edək ki, Türkiyə Daxili İşlər Nazirliyinin tabeliyində Baş Polis İdarəsinin Xüsusi təyinatlı polis departamenti 22 mart 1983-cü ildə yaradılıb. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31