İŞİD-in “nazir”i Türkiyədə tutuldu
Türkiyənin Kayseri vilayətinin Dəvəli mahalında İŞİD terror təşkilatının “kənd təsərrüfatı naziri” Tarık Əhməd saxlanılıb. Bu haqda Kayseri valisi Süleyman Kamçı bildirib. Onun sözlərinə görə, “nazir”lə birlikdə daha 9 nəfər tutulub.
12 Yanvar 2018 14:38 DünyaTürkiyənin Kayseri vilayətinin Dəvəli mahalında İŞİD terror təşkilatının "kənd təsərrüfatı naziri" Tarık Əhməd saxlanılıb. Bu haqda Kayseri valisi Süleyman Kamçı bildirib. Onun sözlərinə görə, "nazir"lə birlikdə daha 9 nəfər tutulub. "Adamlar Kayseriyə gələrək əkinçiliklə məşğul olurlar. Hər an hər şeyin ola biləcəyini düşünürük. İŞİD-çilər buraya gəzməyə və ya tətilə gəlmirlər. Çirkin niyyətlərlə gəlirlər", - vali deyib. Hazırda "nazir" və saxlanılan digər şübhəlilərin sorğusu davam edir. Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir.