11 sentyabr hadisələrində əli olan məhkum həbsxana nəzarətçilərini bıçaqladı
11 sentyabr hadisəsində əli olan "Əl Qaidə" terrorçusu Amerikaya ekstradisiyasına mane olmaq üçün Fransada 3 həbsxana nəzarətçisini bıçaqlayıb. Kristian Gançarski adlı 51 yaşlı məhkum həbsxanaya gizlicə keçirdiyi qayçı ilə 3 nəzarətçini yaralayıb. Onlar təcili xəstəxanaya çatdırılıblar. Nəzarətçilərdən birinin vəziyyəti ağırdır. Həbsxanadan bildirilib ki, o, Amerikaya ekstradisiyasına mane olmaq üçün belə bir addım atıb. Belə ki, o, bir neçə gün əvvəl telefonda danışarkən "Fransada qalmaq üçün fikirləşib, nəsə edəcəm" deyib.
12 Yanvar 2018 14:36 Dünya11 sentyabr hadisəsində əli olan "Əl Qaidə" terrorçusu Amerikaya ekstradisiyasına mane olmaq üçün Fransada 3 həbsxana nəzarətçisini bıçaqlayıb. Kristian Gançarski adlı 51 yaşlı məhkum həbsxanaya gizlicə keçirdiyi qayçı ilə 3 nəzarətçini yaralayıb. Onlar təcili xəstəxanaya çatdırılıblar. Nəzarətçilərdən birinin vəziyyəti ağırdır. Həbsxanadan bildirilib ki, o, Amerikaya ekstradisiyasına mane olmaq üçün belə bir addım atıb. Belə ki, o, bir neçə gün əvvəl telefonda danışarkən "Fransada qalmaq üçün fikirləşib, nəsə edəcəm" deyib.
Qeyd edək ki, alman əsilli Kristian Gançarski 21 nəfərin ölümü ilə nəticələnən sineqoq terroruna görə 18 ildir ki həbsdədir. Deyilənə görə o, Usama bin Ladinin müşaviri olub və 3000 nəfərin öldüyü 11 sentyabr terrorunu planlamaqda ona kömək edib. O, 1980-cı ildə islamı qəbul edib. Milli.az Mirror-a istinadla xəbər verir.