Putinin ətrafındakı 300 nəfərə AĞIR ZƏRBƏ: 17 gün qaldı

ABŞ tezliklə Rusiya oliqarxlarına qarşı yeni sanksiyalar tətbiq edəcək. Bu haqda ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bildirib. “Biz bunun üzərində işləyirik. Yeni sanksiyalar yaxın gələcəkdə elan ediləcək”, - Mnuçin deyib. 

ABŞ tezliklə Rusiya oliqarxlarına qarşı yeni sanksiyalar tətbiq edəcək. Bu haqda ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bildirib. "Biz bunun üzərində işləyirik. Yeni sanksiyalar yaxın gələcəkdə elan ediləcək", - Mnuçin deyib. Eyni zamanda Rusiyanın "Kommersant" qəzetinin yazdığına görə, ABŞ administrasiyası Konqresə Rusiyanın ali rəhbərliyinə yaxın məmurlar və biznesmenlərin siyahısını təqdim etməyə hazırlaşır. Onların sayı 50-dən çox, ailə üzvlərinin sayı ilə birlikdə isə 300-ə qədər ola bilər. Nəşrin məlumatına görə, "qara siyahı"ya düşmə sanksiyalarA avtomatik məruz qalma anlamına gəlmir, amma bu, riski artırır.

Qeyd edək ki, "Kreml hesabatı" adlandırılan sənədin yanvarın 29-da açıqlanacağı bildirilir. Publika.az "Röyters" agentliyinə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31