Belçikada erməni dərnəyinə silahlı hücum edilib

Belçikanın paytaxtı Brüsseldə ermənilərə məxsus "Sahakyan" dərnəyinə silahlı hücum edilib. Naməlum şəxs və ya şəxslər dərnəyin pəncərəsinə və giriş qapısına atəş açıb. Hadisə baş verən vaxt binada heç kim olmayıb.

Belçikanın paytaxtı Brüsseldə ermənilərə məxsus "Sahakyan" dərnəyinə silahlı hücum edilib. Naməlum şəxs və ya şəxslər dərnəyin pəncərəsinə və giriş qapısına atəş açıb. Hadisə baş verən vaxt binada heç kim olmayıb.  Polis faktla bağlı araşdırmalara başlayıb. Silahlı insidentin kimlər tərəfindən törədildiyi açıqlanmayıb. AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31