Körpələr üçün nəzərdə tutulan qidalardan qorxunc bakteriya AŞKARLANDI
Fransada körpələr üçün nəzərdə tutulan toz qidalardan və süddən salmonella bakteriyası aşkar edilib. Fransa Tibbi Sanitariya xidməti bu qidaların və südün toplanmasına qərar verib. Lakin, ölkədə fəaliyyət göstərən bir çox marketlərdə bu qərara məhəl qoyulmayıb və qidalar hələ də satılır.
11 Yanvar 2018 12:45 DünyaFransada körpələr üçün nəzərdə tutulan toz qidalardan və süddən salmonella bakteriyası aşkar edilib. Fransa Tibbi Sanitariya xidməti bu qidaların və südün toplanmasına qərar verib. Lakin, ölkədə fəaliyyət göstərən bir çox marketlərdə bu qərara məhəl qoyulmayıb və qidalar hələ də satılır.
Artıq Lactalis markalı bu məhsulları istehsal edən fabrikada yoxlamalar başladılıb. Bu gündən etibarən fabrika bağlanıb. Fransada ciddi narazılıqlara səbəb olan bu hadisəyə görə şirkət haqqında cinayət işi başladılıb.
Xəbəri Olaylar.az - ın Türkiyə bürosu yayıb.