İran-İraq sərhədində 3 güclü zəlzələ: Əhali təşvişdə

İran-İraq sərhədində 15 dəqiqə ərzində iki zəlzələ baş verib. Avropa Seysmoloji Xidmət Mərkəzi zəlzələnin yerli vaxtla 10:00-da qeydə alındığını bildirib. Birinci zəlzələnin 5.5, ikincinin isə 5.2 bal gücündə olduğu deyilir.

İran-İraq sərhədində 15 dəqiqə ərzində iki zəlzələ baş verib. Avropa Seysmoloji Xidmət Mərkəzi zəlzələnin yerli vaxtla 10:00-da qeydə alındığını bildirib. Birinci zəlzələnin 5.5, ikincinin isə 5.2 bal gücündə olduğu deyilir. Zəlzələnin episentrinin İranın Mandali qəsəbəsinin yaxınlığında olduğu vurğulanıb. Zəlzələnin Bağdad, Ərbil, Süleymaniyyə, Diyala, Babil və Vasıt şəhərlərində hiss edildiyi, insanların evlərini tərk etdikləri bildirilib. Tehran Universitetinin Seysmologiya Mərkəzi də İranın Kirmanşah vilayətinin Sumar kəndində 5.6 bal gücündə zəlzələ baş verdiyini bildirib. Tələfat və dağıntılarla bağlı məlumat verilmir.

Qeyd edək ki, dünən də yerli vaxtla 19:26-da İranın Kirmanşah vilayətində 4,7 bal gücündə zəlzələ olmuşdu. Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31