Dünya

Adam oğurlayan azərbaycanlı Ukraynada həbs edildi

22 Yanvar 2018 11:49

Ukraynada Azərbaycan vətəndaşı adam oğurluğu və qarət üstündə saxlanılaraq həbs edilib. Paytaxt Kiyev şəhərinin Qolosevskiy rayonu məhkəməsinin qərarı ilə saxlanılan Azərbaycanın vətəndaşı, 1975-ci ildə anadan olan Neymətzadə Xalid Fəzail oğlu barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. 

Pentaqon: “Türkiyə ABŞ-ın müttəfiqidir"

22 Yanvar 2018 11:42

ABŞ-ın müdafiə naziri Ceyms Mattis Türkiyənin Suriyada başlatdığı Afrin əməliyyatına münasibət bildirib. Pentaqon rəhbəri Türkiyənin hava əməliyyatları ilə bağlı ABŞ-ı əvvəlcədən xəbərdar etdiyini deyib: "Türkiyə NATO-da ABŞ-ın müttəfiqidir. Suriyanın Afrin şəhərində Türk ordusu tərəfindən keçirilən antiterror əməliyyatlarından xəbərdarıq. Bu ölkənin təhlükəsizliyi ilə bağlı Türkiyənin mövqeyi bəllidir. Biz artıq gələcəkdə birgə görəcəyimiz yeni fəaliyyətlərə hazırlaşırıq".

Kreml Sərkisyanı dəstəkləyir - Atayev

22 Yanvar 2018 11:40

Serj Sərkisyanın Ermənistanın gələcək baş naziri olması Rusiyaya daha çox sərf edir. Bunu “Sputnik” agentliyinə açıqlamasında rusiyalı politoloq Artur Atayev söyləyib. Onun sözlərinə görə, Rusiya İrəvandakı prosesləri diqqətlə izləyir: “Hazırda İrəvanda baş verən hakim Respublika Partiyası və ümumilikdə erməni elitası üçün siyasi imtahandır.

ABŞ Rusiyanın qonşularını savaşa hazırlayır - Siyahı

22 Yanvar 2018 11:23

ABŞ Hərbi Logistik Agentliyi 5 Avropa ölkəsinin müharibə şəraitinə hazırlığıyla bağlı tədqiqata başlayıb. Yoxlamaların Belarus, Ukrayna, Moldova, Finlandiya və Polşada aparılması nəzərdə tutulub. Araşdırmada əsas məqsədin bu ölkələrdəki logistikanın normallaşdırılması, eləcə də sənayenin müharibə və fövqəladə şəraitlərə hazırlanması olduğu bildirilib.

Britaniya: Düşmən Rusiya artıq Avropadadır

22 Yanvar 2018 11:21

Rusiya tərəfindən artan təhdidlə əlaqədar ölkənin müdafiəsinin gücləndirilməsinə ehtiyac yaranıb. Bunu jurnalistlərə açıqlamasında Britaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nik Karter söyləyib.

Tiflis erməni müxalif lideri qara siyahıya saldı

22 Yanvar 2018 11:20

Gürcüstan Ermənistanın müxalif Yerkir Tsirani (Ərik Ölkəsi) Partiyasının lideri Zarui Postancyanın ölkəyə girişini qadağan edib. Bu barədə informasiyanı “Azadlıq” radiosunun Ermənistan bölməsi yayıb. Radio Postancyana bir müddət öncə Gürcüstan sərhədini keçmək istəyən zaman saxlanılaraq, qara siyahıya salındığı haqqında məlumat verildiyini bildirib. Ona ölkəyə girişinin qadağan olunmasının səbəbləri açıqlanmayıb.

Lavrov: "Türkiyənin Afrin əməliyyatının əsas səbəbi..."

22 Yanvar 2018 10:55

Rusiya Xarici işlər naziri Sergey Lavrov ABŞ-ın Suriyadakı birtərəfli hərəkətlərindən qəzəblənən Türkiyənin Afrinə daxil olması ilə bağlı ABŞ-a maraqlı ismarıc göndərib. Rusiyanın yerli mətbuat orqanlarına müsahibə verən XİN rəhbəri Sergey Lavrov mövcud vəziyyətlə bağlı Rusiyanın narahatlığına aydınlıq gətirib: “Bir çox politoloqlar bizim nə üçün narahat olduğumuzu soruşur.

Ərdoğan: “Ermənistan qarşımıza çıxmağa cəsarət etmədi”

22 Yanvar 2018 10:13

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qondarma "erməni soyqırımı" ilə bağlı çıxışında Ermənistanı əllərindəki bütün faktları ortaya qoymağa çağırıb. Bu sözləri Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan Bursada partiyanın rayon təşkilatının konfransında çıxışı zamanı dilə gətirib. O bildirib ki, həqiqətlərin üzə çıxması üçün Ermənistan bütün arxivləri açmalıdır:

Afrindən Kilisə 4 raket atıldı - Yaralananlar var

22 Yanvar 2018 07:59

Bu gün axşam saatlarında Suriyanın Afrin bölgəsindən Türkiyənin Kilis şəhərinə 4 raket atılıb. Mərmilər Əkrəm Çətin ve Barış məhəllələrindəki dörd evə düşüb. Hadisə nəticəsində yaralanan 7 nəfər Kilis Dövlət Xəstəxanasına yerləşdirilib. Onların həyatlarına təhlükə olmadığı bildirilir.

Suriyadakı vəziyyətlə bağlı iclas keçiriləcək

22 Yanvar 2018 07:57

BMT Təhlükəsizlik Şurası bazar ertəsi, yanvarın 22-də Türkiyənin Afrin şəhərində “Zeytun budağı” adlı hərbi əməliyyat aparması ilə əlaqədar Suriyadakı hadisələrin inkişafını müzakirə edəcək. Bunu bazar günü Fransanın xarici işlər naziri Jan-İv Le Drian öz “Twitter” səhifəsində yazıb.

Makedoniya adını dəyişir

22 Yanvar 2018 07:55

Makedoniya hökuməti ölkənin adını dəyişdirmək barədə qərar verib. Bu barədə Makedoniyanın baş naziri Zoran Zayev açıqlama verərkən deyib. Baş nazirin sözlərinə görə, Makedoniyanın yeni adı referendumlaa müəyyənləşdiriləcək.

Puçdemonun həbsi istənilir

22 Yanvar 2018 07:53

İspaniya Baş Prokurorluğu Katoloniya lideri Puçdemonun Danimarkaya gedəcəyi halda haqqında həbs və ekstradisiya qərarı çıxarılacağını açıqlayıb. Keçmiş Katoloniya lideri Çarliz Puçdemon Belçikadan Danimarkaya getmək istəsə, barəsində Avropa miqyasında həbs və ekstradisiya qərarı çıxarılacaq.

Şakira nədə ittiham olunur?

22 Yanvar 2018 07:52

Terrorçuların 45 obyekti məhv edildi

22 Yanvar 2018 07:51

Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) Suriyanın Afrin şəhərində başladığı "Zeytun budağı" əməliyyatı çərçivəsində terrorçuların 45 obyekti məhv edilib. Bu barədə Türkiyə HHQ-nin Baş Qərargahının saytında dərc olunan məlumatda bildirilir.