Dünya

İran ordusu hərbi təlimlərə başlayır

22 Yanvar 2018 07:48

Yanvarın 22-də İran ordusu genişmiqyaslı hərbi təlimlərinə başlayacaq. Bu barədə məlumat verən İran ordusunun koordinasiya məsələləri üzrə komandan müavini kontr-admiral Həbibullah Səyarı bildirib “Məhəmməd Rəsullah” adlı təlimlərə hərbi dəniz qüvvələri də cəlb ediləcək.

Türkiyə raket atəşinə tutuldu: 1 ölü, 54 yaralı

22 Yanvar 2018 07:47

Türkiyə şəhərlərinin Suriyanın Afrin bölgəsindən raket atəşinə tutulması nəticəsində 1 nəfər ölüb, 54 nəfər yaralanıb. Bu barədə Türkiyənin Hatay əyalətinin administrasiyası məlumat yayıb.

Ərdoğan yenidən Ermənistana arxivləri açmağı təklif etdi

21 Yanvar 2018 19:13

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qondarma "erməni soyqırımı" ilə bağlı həqiqətlərin üzə çıxması üçün bir daha Ermənistana arxivlərin açılmasını təklif edib. Bunu bu gün Türkiyə prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan Bursada partiyanın rayon təşkilatının konfransında bildirib ki, ermənilərin köçürülməsinə səbəb olan hadisələr zamanı ölən türklərin sayı köçürülmə zamanı həyatını itirdiyi iddia olunan ermənilərin sayından dəfələrlə çoxdur.

Türkiyəyə 3 raket atıldı: 1 ölü, 32 yaralı

21 Yanvar 2018 19:10

Bu gün Suriyanın Afrin bölgəsindən Türkiyənin Hatay rayonunun Reyhanlı qəsəbəsinə 3 raket atılıb. Raketlərdən ikisi Reyhanlının Rıfat Bahadırlı prospektindəki bir evə və Cümhuriyyət prospektindəki bir iş yerinə düşüb. Nəticədə 2-i ağır olmaqla, 32 nəfər yaralanıb. İş yeri yaxınlığında bir avtomobildə olan suriyalı mühacir isə ölüb.

Natodan Türkiyəyə dəstək MESAJI

21 Yanvar 2018 19:08

NATO Türkiyə Silahlı Qüvvələrinin terror təşkilatı PYD/PKK/YPG-nin işğal etdiyi Suriyanın Afrin bölgəsində başlatdığı "Zeytun budağı" əməliyyatına münasibət bildirib.  NATO rəsmisi verdiyi açıqlamada bütün ölkələrin özünü müdafiə haqqının olduğunu söyləyib.

Bitkoin şirkətlərinə cinayət işi açıldı

21 Yanvar 2018 19:03

ABŞ Ticarət İndeksləri Komissiyası (CTFC) 3 kriptovalyuta şirkətini müştərilərini aldatdığı iddiası ilə məhkəməyə verib. Barələrində iş açılan və bitkoinə aid olduğu 2 şirkətin – “Cabbage Tech Corp.” və “Coin dropp Markets” adı altında kriptovalyuta mütəxəssisliyi sahəsində müştərilərindən pul aldığı, lakin onlara xidmət göstərmədiyi üzə çıxıb.

Musa Musayev həbs olundu

21 Yanvar 2018 18:58

Vəzifəsindən sui-istifadədə günahlandırılan Dağıstanın Mahaçqala vilayətinin meri Musa Musayevə 10 sutkalıq həbs cəzası verilib. Şəhər məhkəməsi ittiham irəli sürüləcəyi halda həbs müddətinin 2 aya qədər uzadıla biləcəyini açıqlayıb.

Telman İsmayılovun biznes-mərkəzinə məhkəmə qadağası

21 Yanvar 2018 14:13

Moskva Arbitraj Məhkəməsi Rusiya reyestr xidmətinə əvvəllər "Tropikano" biznes-klubu" şirkətinə məxsus olmuş bina ilə bağlı hər hansı qeydiyyat işlərinin aparılmasını qadağan edib.

"Türkiyə Suriya sərhədi boyu 30 km genişlikdə təhlükəsizlik zolağı formalaşdıracaq"

21 Yanvar 2018 14:11

Türkiyə Suriya sərhədi boyu 30 km genişlikdə təhlükəsizlik zolağı  formalaşdıracaq.  Bunu bu gün Türkiyə baş naziri Binəli Yıldırım media təmsilçiləri ilə görüşdə bəyan edib. B.Yıldırım Türkiyə ordusunun dünən başladığı "Zeytun budağı" əməliyyatında da əsas məqsədin Türkiyə sərhədi boyu Suriyaərazisində 30 km genişlikdə təhlükəsizlik zolağı yaratmaq olduğunu bildirib.

Türkiyə daha 3 ölkə səfirini XİN-ə çağırdı

21 Yanvar 2018 14:01

3 ölkənin səfirləri Türkiyə Xarici İşlər nazirliyinə çağırılıb. Bu barədə XİN-dən məlumat yayılıb. XİN-ə çağırılan Qətər, Küveyt və Səudiyyə Ərəbistanı səfirlərinə Afrində keçirilən “Zeytun Budağı” əməliyyatı ilə bağlı məlumat veriləcək.