Afrindən Kilisə 4 raket atıldı - Yaralananlar var

Bu gün axşam saatlarında Suriyanın Afrin bölgəsindən Türkiyənin Kilis şəhərinə 4 raket atılıb. Mərmilər Əkrəm Çətin ve Barış məhəllələrindəki dörd evə düşüb. Hadisə nəticəsində yaralanan 7 nəfər Kilis Dövlət Xəstəxanasına yerləşdirilib. Onların həyatlarına təhlükə olmadığı bildirilir.

Bu gün axşam saatlarında Suriyanın Afrin bölgəsindən Türkiyənin Kilis şəhərinə 4 raket atılıb.

Mərmilər Əkrəm Çətin ve Barış məhəllələrindəki dörd evə düşüb.

Hadisə nəticəsində yaralanan 7 nəfər Kilis Dövlət Xəstəxanasına yerləşdirilib. Onların həyatlarına təhlükə olmadığı bildirilir.

Qeyd edək ki, dünən Türkiyə Baş Qərargahı yerli vaxtla saat 17.00-da Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib. Bu gün isə Türkiyə ordusu Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb. A24.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31