Dünya
Rusiya Ukraynanı dənizdən mühasirəyə alır
NASA yad planetdəki “Heykəltaraş”ın görüntülərini PAYLAŞDI
Amerika Aviasiya və Kosmik Agentliyi (NASA) Yerdən təxminən 500 milyon işıq ili məsafədə yerləşən “Heykəltaraş” (Sculptor) ulduz qrupuna aid çarxabənzər qalaktikanın görüntülərini paylaşıb. Görüntülər “Hubble” teleskopu vasitəsilə lentə alınıb. NASA iki qalaktikanın toqquşması nəticəsində meydana gələn və at arabasının çarxına bənzəyən qalaktikanın hazırkı vəziyyəti ilə yanaşı, əvvəlki fotolarını da paylaşıb.
İran toz dumanına qərq olub, insanların səhhətində problem yaranıb
İranın Xuzistan əyalətinin cənub-qərbində toz dumanına görə 359 nəfər xəstəxanalara müraciət edib. Məlumata görə, bunu Səhiyyə Nazirliyinin Abadan şəhəri üzrə inistitut rəhbəri Əlirza Amuzəndə deyib.
Düşərgənin qadın işçiləri qaçqınların yeniyetmə oğlanları ilə yatdılar - Qalmaqal - VİDEO
İsveçdə qaçqın sığınacağında işləyən qadın işçilər yeniyetmə miqrantlara qarşı əxlaqsızlıq ediblər. Örnsköldsvikdəki qaçqın düşərgəsində işləyən üç qadın miqrantların yeniyetmə övladları ilə intim münasibətdə olublar. Onların yeniyetmə oğlanlarla əlaqədə olduğunu öyərənən bələdiyyə polisə bu barədə məlumat ötürüb. Qadınlar işdən qovulublar və məsələ ilə bağlı araşdırmalara başladılıb.
Seda Sayan qəribə hərəkətləri ilə gündəmdə - İki sevgilisi ilə eyni məkanda
Türkiyənin qalmaqallı müğənnisi Seda Sayan ötən gün restoranların birində səhnəyə çıxıb. Onu restoranda dinləyənlər arasında məşhurlardan Demet Akalın, Okan Kurt, Orhan Gencebay, Sevim Emre, Gonca Vuslateri, Nihat Altınkaya, Görkem Sevindik, Safiye Soyman və Faik Öztürk də olub.
İzləyiciləri Burak Özçiviti BİABIR ETDİ
Burak Özçivit sosial şəbəkədə qınaq obyektinə çevrilib. “Can Fəda” layihəsində hərbiçini canlandıran Burak Özçivit instaqram hesabında əsgər uniformasında şəkil paylaşıb. Tanınmış aktyor "Zeytun budağı" əməliyyatrı ilə əlaqədar olaraq paylaşdığı fotoya "Allah ordumuzu qorusun. Bütün dualarımız, ürəyimiz sizinlədir" sözlərini yazıb.
İnsan bədəninin içini görə bilən “X-Ray” gözlü qadın
Rusiyada yaşayan 31 yaşlı Natalya Nikolayevna Demkina (Nataşa Demkina) “X-Ray” gözlərə sahibdir. Demkina bu gözlər vasitəsilə insan bədəninin içini, sümüklərini, orqanlarını, hətta qan axınını belə görə bilir. Belə bir bacarığa sahib olduğunu isə ilk dəfə 10 yaşında hiss etdiyini bildirir: “Anam ilə evdə olarkən gözlərimdə fərqli bir şey oldu. Daha sonra təkrar anama baxdıqda onun bədənini və orqanlarını görməyə başladım. Orqanlarını anama dedim və onları bir-bir saydım. İndi isə insanların daxilini rəngli şəkillər kimi görürəm və analiz edə bilirəm. Bunun vasitəsilə onlarda hansı xəstəliklərin olduğunu dərhal bilirəm”.
Gürcüstanda tuneldə partlayış nəticəsində üç nəfər xəsarət alıb
Gürcüstanın Xaraqauli bələdiyyəsinin Bezatubani kəndi yaxınlığında yerləşən dəmir yolu tunelində partlayış baş verib. Məlumata əsasən, nəticədə 3 nəfər ciddi xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib. Həmin şəxslər tunelin tikintisində çalışan fəhlələrdir.
Həbs olunan şahzadələr krala 100 milyard dollar ödəyəcək
Səudiyyə Ərəbistanında həbs olunmuş şahzadə və biznesmenlər azadlığa çıxmaları üçün kral xəzinəsinə ödəniş etməyə razı olublar. Bunun üçün mehmanxanaların birində saxlanılan şahzadələr 10 milyard dollara yaxın ödəniş edəcəklər. Ər-Riyaddakı “Rits Karlton” mehmanxanasının nömrələrində artıq bir neçə aydır ki, nəzarətdə saxlanılan şahzadələrdən 90ı artıq ödəniş edərək azadlığa çıxıb.
Rusiya Dünya Çempionatı ilə bağlı daha bir yeniliyə imza atdı
2018-ci il futbol üzrə Dünya Çempionatının ev sahibi olan Rusiya bu mundialın təşkilində daha bir ilkə imza atacaq. Yarışların keçiriləcəyi 11 şəhərdən biri olan Yekaterinburqda avtobus və tramvay kimi ictimai nəqliyyat sistemlərində bank kartı və mobil tətbiqlər vasitəsilə ödəniş etmək imkanı təmin ediləcək.
Əsgərdən ailəsinə ürək dağlayan sözlər - Məni gözləməsinlər - VİDEO
Afrində həyata keçirilən "Zeytun budağı" əməliyyatına qatılan türk əsgərlərilə bağlı hazırlanan bir reportaj hər kəsi duyğulandırıb. Əsgər ona ünvanlanan suallara qısa, amma çox təsirli cavablar verib.
Qazaxıstanda hava dərs keçməyə imkan vermir
Qazaxıstanın paytaxtı Astana şəhərində məktəblər bağlanıb. Yanvarın 22-dən hava şəraiti kəskin pisləşib. Bu səbəbdən bütün məktəblərdə və kolleclərdə dərslər dayandırılıb. Bir müddət əvvəl Akmola, Pavlador və Şimali Qazaxıstan vilayətlərində məktəblərin bağlandığı bildirilmişdi.
Uilyams: "FED bu il uçot dərəcəsini 4 dəfə artıra bilər"
Türkiyənin Afrin əməliyyatı ölkə iqtisadiyyatına təsir edəcəkmi? - Nazirlik cavablayır
Suriyanın Afrin şəhərində PYD ("Demokratik ittifaq") və YPG (PKK-nın Suriya qanadı) terrorçularına qarşı aparılan "Zeytun budağı" hərbi əməliyyatı Türkiyə iqtisadiyyatına təsir göstərməyəcək.














