Dünya

Rusiya Myanmaya 6 Su-30 qırıcısı verəcək

22 Yanvar 2018 16:42

Rusiya Myanmaya 6 Sу-30 qırıcısı tədarük edəcək. Bu barədə razılaşma Rusiyanın müdafiə naziri Sergey Şoyqunun bu ölkəyə səfəri çərçivəsində əldə olunub. İki ölkə arasında həmçinin, hərbi gəmilərin səfər rejimlərinin sadələşdirilməsi ilə bağlı saziş imzalanıb.  S.Şoyqunun səfəri ilə eyni zamanda, Rusiyanın Sakit okean donanmasının gəmiləri də Myanma sahillərinə yan alıb.

Türkiyə ordusu Afrində yeni cəbhə açdı

22 Yanvar 2018 16:40

Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində Azezdən hücuma keçib. Bu haqda “Anadolu” agentliyi məlumat yayıb. Yanvarın 20-də başlayan əməliyyatın gedişatında indiyə kimi 11 kənd YPG terrorçularından təmizlənib. Hərbi birliklər Afrində 8 kilometr irəliləyə biliblər. 

İngiltərə XİN başçısı: "Türkiyə haqlıdır"

22 Yanvar 2018 16:31

İngiltərənin xarici işlər naziri Boris Conson TürkiyəninSuriyada həyata keçirdiyi “Zeytun budağı” əməliyyatına münasibət bildirib. B. Conson özünün "Twitter” səhifəsində hadisələri yaxılndan izlədiklərini yazıb. “Türkiyə öz sərhədlərinin təhlükəsizliyini təmin etmək istəməkdə haqlıdır. Biz Suriyada zorakılığı azaltmaq və daha da önəmlisi, Əsəd rejimini bitirəcək siyasi prosesə diqqəti cəmləşdirmək məsələsində Türkiyə ilə ortaq hədəflərə sahibik", - deyə B. Conson bildirib.

Britaniyalı alimlərdən afrikalılar üçün birdəfəlik test

22 Yanvar 2018 16:17

Böyük Britaniyanın Bat Universitetinin ekspertləri tərəfindən içməli suyun istifadəyə yararlılığını yoxlayan birdəfəlik test hazırlanıb. Mütəxəssislər bu testin Afrika ərazisində yaşayan minlərlə insanın həyatını xilas edə biləcəyini vurğulayırlar. Yeni işləmə qrafit elektrodlu və elektrikkeçirici bakteriya təbəqəli kağızı xatırladır. Zolaq öz rəngini zəhərli kimyəvi maddə, ağır metal, herbisid və digər gözlə görünməyən əlavələr ilə reaksiya zamanı dəyişir. Lakmus kağızına bənzəyən testerin rənginin dəyişməsi suyun tərkibindəki zərərli qatqıların mövcudluğu barədə məlumat verir. “WaterAid”-in apardığı qiymətləndirməyə əsasən indiki dövrdə Yer kürəsinin 850 mln sakini təmiz su çatışmamazlığından əziyyət çəkir.

Cəmi 30 ilə bədənimizi istədiyimiz şəklə sala biləcək, ölümsüz olacağıq - Postinsan kimdir?

22 Yanvar 2018 16:13

Bir həftə öncə “Y Combinator” adlı Kaliforniya biznes inkubatorunun prezidenti Sem Altman rəsmi bəyanatla çıxış edərək, qocalığı ləngidib, insan ömrünü uzatmaq yolunda həyata keçiriləcək bütün layihələrə 1 milyon dollaradək investisiya yatıra biləcəyini vurğuladı. “Biz insanların daha uzunömürlü olub, sağlam yaşamalarına yardımçı olmaq istəyirik” - deyə Altman planet sakinlərinə müraciət etdi.

Ərdoğan: "Afrindən geri çəkilməyəcəyik"

22 Yanvar 2018 16:00

"Terror qruplaşmalarına ilk zərbəni "Fərat qalxanı" ilə vurmuşduq". Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. "Bizim kürd qardaşlarımızla problemimiz yoxdur. Məsələ kürd dəhlizində də deyil. Biz terrorçuların istifadə etdikləri dəhlizə qarşıyıq. Kürd dəhlizi ilə terrorçuların ixtiyarında olan dəhlizin fərqini mən burada izah etməyə borclu deyiləm. Hatayada Elektrik stansiyasına atılan raket nəticəsində bir vətəndaşımız şəhid olub. Şəhidimizin qanı yerdə qalmayacaq. Afrindən geri çəkilməyəcəyik", - deyə o, vurğulayıb.

Almaniyadan deportasiya edilən azərbaycanlıların sayı açıqlandı

22 Yanvar 2018 15:59

Ötən ilin ilk yarısında sığınacaqla bağlı mənfi cavab alan 138 Azərbaycan vətəndaşı Almaniyadan deportasiya edilib. Həmin şəxslərdən 98-i təyyarə, 40 nəfər isə quru yolu vasitəsilə Azərbaycana geri qaytarılıb. Hava limanlarında göstərdiyi müqavimət səbəbindən üç nəfərin deportasiyası baş tutmayıb. Bir nəfərin isə səhhətində problem yaşandığı üçün onu ölkədən çıxarmaq mümkün olmayıb.

“Damarımı doğrayacam, ancaq xidmət etməyəcəyəm” - Ermənistan ordusunun əsgəri

22 Yanvar 2018 15:41

Ermənistanın işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində xidmət edən erməni əsgəri Ernest Ovanisyanın yaralanmasının təfərrüatı məlum olub. O, Yerevandakı "Murastan" hərbi hospitalına yerləşdirilib.

Siciliyada "Koza Nostra"ya qarşı əməliyyat - Mer saxlanıldı

22 Yanvar 2018 15:24

İtaliyanın Siciliya adasında Aqricento əyalətində mafiyaya qarşı polis əməliyyat keçirib. Əməliyyat nəticəsində "Koza Nostra" mafiya qruplaşmasının 56 üzvü saxlanılıb. Bildirilir ki, saxlananlar arasında "mafiya bossu"nun oğlu, eləcə də San Byaco Platani qəsəbəsinin meri də var.

Yeni müharibə cəbhələri açılır - İngilislərdən XƏBƏRDARLIQ

22 Yanvar 2018 15:19

“Türkiyə ABŞ-a meydan oxuyaraq Afrində əməliyyata başladı”. Bunu Türkiyə Silahlı qüvvələri və Azad Suriya Ordusunun (ASO) Suriyanın Afrin bölgəsində 3 gün əvvəl başladığı “Zeytun budağı” əməliyyatını şərh edən Böyük Britaniyanın “Financial Times” nəşri yazıb. Nəşrin yazdığına görə, əməliyyat Yaxın Şərqdə yeni cəbhələr aça və ABŞ-la münasibətləri daha da gərginləşdirə bilər.

AŞPA-nın yeni prezidenti seçildi

22 Yanvar 2018 15:18

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni prezidenti seçilib. AŞPA-nın bu gün işə başlayan qış sessiyasında italiyalı deputat Mikele Nikoletti qurumun prezidenti seçilib.

Rusiyadan PKK-ya şok təklif: Türklərə yox, Əsədə verin

22 Yanvar 2018 14:58

Rusiya “Zeytun Budağı” əməliyyatından az öncə PYD-yə Afrindən çıxmasını təklif edib. Bunu PYD liderlərindən biri olan Aldar Xəlil söyləyib. “Rusiya əməliyyatdan öncə bizə əlimizdəki bölgələri Suriya hökumətinə verməyimizi istədi. Biz bunu qəbul etmədik. Bütün bölgələri müdafiə edəcəyik”, – deyə o bildirib.

Gerasimov YPG komandirini susdurdu: Türkiyə...

22 Yanvar 2018 14:56

Rusiya bizə xəyanət etdi. Bunu terror təşkilatı YPG-nin komandirlərindən olan Sipan Hemo Londonda nəşr olunan ”Şərq əl-Əvsət” qəzetinə müsahibəsində deyib. “Rusiya Türkiyəyə Afrinə girməsi üçün razılıq verdi, bu da bizim üçün xəyanətdir. Mən Rusiya Baş Qərargah rəisi və Rusiya kəşfiyyatının nümayəndələri ilə görüşdüm. Baş Qərargah rəisi Gerasimov mənə “Türkiyə sərhəd təhlükəsizliyini müdafiə etmk haqqına sahibdir” dedi. O, həmçinin, rus hərbçilərinin Afrindən çıxması üçün məlumatlandırıldıqlarını da söylədi”, – YPG nümayəndəsi bildirib.

“ABŞ təxribatla məşğuldur” - Kremldən SƏRT REAKSİYA

22 Yanvar 2018 14:33

"Rusiya Afrin əməliyyatını diqqətlə müşahidə edir və Suriya ilə Türkiyənin nümayəndələrilə daim əlaqə saxlayır". Bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib. Peskov əvvəlki kimi Suriyanın ərazi bütövlüyünün saxlanılması prinsipini əsas hesab etdiklərini deyib.

Ermənistanda seçkiqabağı siyasi bazarlıq

22 Yanvar 2018 14:17

Hazırda Ermənistanda bir nömrəli müzakirə mövzusu bu ölkənin gələcək siyasi taleyidir. Hazırkı prezident Serj Sərkisyanın xələfinin kimliyi artıq cəmiyyətə açıqlansa da, erməni cəmiyyətində hələ də müəyyən tərəddüdlər var.