Dünya
İnsan beyninin zirvədə olduğu yaş həddi...
ABŞ-da aparılan bir araşdırma beyin funksiyalarının 27 yaşından sonra azalmağa başladığını ortaya çıxarıb."Qaynarinfo" BBC-ə istinadən xəbər verir ki, Virciniya Universitetindən professor Timoti Saltaus insan beyninin zirvədə olduğu yaşın 22 olmasına baxmayaraq, 20 yaşın sonlarında mühakimə, düşünmə tezliyi və fəzasal vizuallaşdırma bacarığının azalmağa başladığını qeyd edib.
“Samsung Galaxy S9+” smartfonunun real fotoşəkilləri dərc edilib
“Samsung” şirkətinin qabaqcıl “Samsung Galaxy S9” və “Samsung Galaxy S9+” smartfonlarını fevralın 26-dan martın 1-dək Barselonada keçiriləcək “Mobile World Congress” (MWC 2018) sərgisi çərçivəsində nümayiş etdirəcəyinə baxmayaraq Çinin “Weibo” sosial şəbəkəsində smartfonlardan birinin fotoşəkilləri yayılıb. Kamera obyektivinə qoşa kamera ilə təchiz edilən və tərəflərinin nisbəti 18:9 təşkil edən bükük ekranlı “Samsung Galaxy S9+” versiyası tuş gəlib.
“LG” şirkəti təhlükəsiz “X4+” smartfonunu təqdim edib
“LG Electronics” şirkəti qabaqcıl səs imkanları və mexaniki zədələrdən yüksək qoruma səviyyəsinə malik olan “X4+” smartfonunu təqdim edib.
Təzyiqi ölçən və istifadədən sonra orqanizmdə həll olan implantat hazırlanıb
Həkimlər pasiyentlərdə, məsələn, beyin şişi kimi xəstəliklərə nəzarət etmək istədikdə bəzən sensor implantasiya edirlər və bu sensor hər dəfə təzyiqə məruz qaldıqda oxunan elektrik siqnalı saçır. Problem ondadır ki, bu sensorlar istifadədən sonra pasiyentin bədənindən çıxarılmalıdır və bu, əlavə əməliyyat tələb edir. Ancaq indi alimlər tərəfindən yaradılmış yeni qurğu zamanla pasiyentin orqanizmində öz-özünə həll olunacaq.
Kvant peyk məlumatları 7600 km məsafəyə ötürüb
Çinin iki il əvvəl orbitə buraxılan kvant peyki bir sıra eksperimentlərin aparılmasına kömək edib, ötən yay isə informasiyanı bir-birindən min km aralıda yerləşən üç yerüstü stansiyaya ötürüb. Bu yaxınlarda Çin fizikləri məlumatları Avstriyanın Qras və Çinin Sinlun şəhərləri arasında mühafizəli kanal vasitəsilə ötürərək yenidən rekorda imza atıblar. Şəhərlər arasında məsafə 7 min kilometrdən çoxdur.
8 giqabayt operativ yaddaşlı kompüter brelok hazırlanıb
“Q-Stick” startapı eyniadlı “Q-Stick” kompüter brelok təqdim edib. İstehsalçı onu sinfində ən güclü qurğu adlandırır. Brelokun buraxılışı üçün vəsait toplanışı kampaniyası “Indiegogo” saytında aparılır.
“Instagram”da istifadəçinin son giriş vaxtı göstəriləcək
“Instagram”da tətbiq edilmiş yeni funksiya istifadəçinin proqrama son daxilolma vaxtını göstərəcək. Bu haqda “Business Insider” nəşri yazıb.
Türk ordusu Afrinə girdi
Türkiyə Silahlı Qüvvələri (SQ) Suriya müxalifət ordusunun dəstəyi ilə Afrin şəhərinin şərq hissəsinə hücuma başlayıb. Məlumata görə, bu barədə Türkiyə SQ-nin Baş Qərargahının yaydığı məlumatda deyilir.Türkiyə ordusunun hazırda PYD və YPG terror qruplaşmaları ilə döyüş vəziyyətində olduğu deyilir.
Rusiyada uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan oluna bilər
Rusiyada 14 yaşına çatmamış uşaqların sosial şəbəkələrdə qeydiyyatdan keçməsi qadağan oluna bilər. Məlumata görə, 14 yaşına çatmamış uşaqların qanuni nümayəndələrinin yazılı icazəsi olmadan onların sosial şəbəkələrdə qeydiyyatdan keçməsini qadağan etməyi nəzərdə tutan qanun layihəsi Dövlət Dumasına daxil olub.
İŞİD qarşısında şərt qoydular: Azadlıq əvəzində Türkiyə ilə VURUŞMAQ
Suriyanın Afrin bölgəsinə nəzarət edən PYD/PKK terror təşkilatı İŞİD terror qruplaşmasının əsirlikdə olan döyüşçülərini azad edib. Onların qarşısına Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu ilə döyüşmək şərti qoyulub.
Putin yenidən prezident seçilə bilərmi? - Nəticələr yayımlandı
Rusiyada seçkiqabağı keçirilən kampaniyaların maraqlı nəticələri yayımlanıb. Rusiyada mart ayının 18-də növbəti prezident seçkiləri keçiriləcək. Bununla əlaqədar olaraq namizədlərə imzatoplama kampaniyaları başladılıb. Kampaniyanın yanvarın 22-də başa çatacağı deyilib.
11 aylıq uşağın bədənində 16 iynə tapıldı - VİDEO
Özbəkistanda cərrahlar 9 saat davam edən cərrahiyyə əməliyyatı sayəsində 11 aylıq körpənin bədənindən 13 iynə çıxarıblar. Uşaq hazırda Daşkənddəki Respublika Təcili Tibbi Yardım Elmi Mərkəzinin reanimasiya bölməsindədir.
Prezidentliyə namizəd Armen Sarkisyan ölkəni tərk edib
Ermənistanın Böyük Britaniyadakı səfiri və hakim Respublikaçı Partiyanın prezidentliyinə namizədi Armen Sarkisyan ölkəsini tərk edərək Londona yola düşüb.
Son şəklini çəkən fotoqraf
1952-ci ildə anadan olmuş Hişino Mitio uşaqlıq dövründə macəra ədəbiyyatı ilə maraqlanır və 16 yaşında Şimali Amerikaya tək başına səfər edir. Tələbə olduğu zaman jurnalda sivilizasiyadan uzaq olan Şişmaref şəhərinin şəkillərini görür və Alyaska ilə dərindən maraqlanmağa başlayır. Şəhər qubernatoruna məktub belə göndərir. Nəticədə 1973-cü ildə Şişmarefi ziyarət edir.














