Dünya

“Donuz qripi” canlar aldı

23 Yanvar 2018 09:12

Son iki ay ərzində Ekvadorda H1N1 virusu (“donuz qripi”) 22 nəfərin həyatına son qoyub. Noyabrın 19-dan yanvarın 20-dək ölkə ərazində 441 nəfər ölümcül xəstəliyə yoluxub, onlardan 22-si ölüb.

"Bin Laden" həbs olundu

23 Yanvar 2018 09:11

Hindistan polisi ölkədə ən çox axtarılan terrorçunun - Abdulla Sübhan Kureşinin yaxalandığını xəbər verib. Bu barədə "Sinxua" agentliyi məlumat yayıb. Qeyd edilir ki, o, 2008-ci ildə Əhmədabadda törədilmiş silsilə partlayışlarda iştirak etməkdə şübhəli bilinir. Partlayışlar nəticəsində 56 nəfər həlak olub.

Ətrafdakılara atəş açdı

23 Yanvar 2018 06:56

İtaliyanın cənubundakı Bellona şəhərinin sakini öz eyvanından ətrafdakılara atəş açıb. Bu, insanlar arasında təlaşa yol açıb. Hadisə nəticəsində biri polis əməkdaşı olmaqla, dörd nəfər xəsarət alıb.

Türkiyəyə QARA XƏBƏR

23 Yanvar 2018 05:09