Dünya
Metro stansiya, otel və gecə klubu BAĞLANDI
İngiltərənin paytaxtı Londaonda Charing Cross metro stansiyası bağlandı. Olaylar.az bildirir ki, şəhərin mərkəzində fəaliyyət göstərən bir otel və bir gecə klubu da bağlanıb. İngiltərə Təhlükəsizlik qüvvələrinin məlumataına buna səbəb qaz sızmasıdı.
6,1 bal gücündə ZƏLZƏLƏ
Çavuşoğlu: "ABŞ terrorçuların dili ilə danışır"
PYD və YPG bölmələrinin Türkiyə ərazisinə raket zərbəsi endirmədiyini bildirən ABŞ-ın dövlət katibi Reks Tillerson terrorçuların dili ilə danışır. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Dünyada işsizlərin sayı rekord həddə çatıb - 192,7 milyon
2017-ci ildə dünyada işsizlərin sayı rekord həddə - 192,7 milyon nəfərə çatıb. Məlumata görə, bu barədə Beynəlxalq Əmək Təşkilatının hesabatında deyilir. Hesabatda qeyd olunur ki, 2016-cı illə müqayisədə işsizlərin sayı 2,6 milyon nəfər və ya 5,6 faiz çoxalıb.
Şoyqu: Bir sıra Asiya ölkələri S-400 sistemləri almaq istəyir
Bir sıra Yaxın Şərq və Cənub-Şərqi Asiya ölkələri Rusiyadan S-400 zenit-raket sistemlərinin alışına maraq göstərir. Məlumata görə, bu barədə Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu bildirib.
Kadırovun adamının Tiflisə məxfi səfəri
Qroznı meri Müslim Xuçiyev gizli şəkildə Gürcüstana səfər edib. Bu barədə informasiyanı Rustavi-2 televiziyası yayıb. Televiziya Xuçiyevin Batumidəki “Hilton” otelində çəkilmiş görüntülərini paylaşıb.
Fransadan Türkiyəyə Afrin çağırışı
Türkiyəni Suriyada ehtiyatlı olmağa səsləyirik. Bunu BMT Təhlükəsizlik Şurasının iclasından sonra jurnalistlərə açıqlamasında Fransanın təşkilatdakı Daimi Nümayəndəliyinin rəhbəri Fransua Delatre söyləyib. “Fransa Türkiyənin təhlükəsizlik və sərhədləri haqqında narahatlıqlarını anlayır. Türkiyə Suriyada olduqca dəyişkən vəziyyət qarşısında ehtiyatlı olmalıdır. Müttəfiqlər arasında birliyi qorumaq həyati önəm daşıyır”, – deyə o bildirib.
Məni döyüb təhqir etdilər - Erməni əsgər
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin hərbçisi Edqar Akopyan döyülüb. O, dözülməz xidməti şəraitdən narazı olduğu üçün orduda xidmət etməsi ilə bağlı imzaladığı müqaviləni pozmaq istəyib və bunu komandirlərinə bildirib. Bu zaman Dağlıq Qarabağdakı erməni separatçılarının silahlıları onu döyüb, təhqir ediblər.
ABŞ-ın yeni bombardman təyyarəsinin İSTEHSALI DAYANDIRILDI - inanılmaz səbəb
ABŞ-ın yeni strateji bombardman təyyarəsi olan “B-21 Raider”in istehsal işləri dayandırılıb. “Defense News” qəzeti buna səbəb olaraq maliyyə çatışmazlığını göstərib. Federal hökumətin fəaliyyətini dayandırması ABŞ Hava Qüvvələri Komandirliyini də narahatlıq içində qoyub.
Türk pilotdan hərb tarixinə düşəcək hərəkət: 30 saniyədə inanılmazı bacardı – VİDEO
Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun (ASO) Suriyanın Afrin bölgəsində başladığı “Zeytun budağı” əməliyyatı 4-cü günündə davam edir. Əməliyyatda türk pilotlarının peşəkarlığı isə dünyanı heyrətləndirməkdədir.
ABŞ MƏHV EDİLƏCƏK: bir neçə ay sonra... - ŞOK PROQNOZ
Koreya Xalq Demokratik Respublikası (KXDR) bir neçə ay sonra ABŞ-a nüvə zərbəsini vurmaq gücündə olacaq. Bunu CBS telekanalına müsahibəsində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) başçısı Mayk Pompeo bildirib.
Bakıdan Tehrana böyük yaxşılıq - İrəvana bəd xəbər
Ancelina Coli ilk dəfə AÇIQLADI
Aktrisa Ancelina Coli dərgilərdən birinə verdiyi müsahibəsində ilk dəfə keçmiş əri, aktyor Bred Pittlə ayrılma səbəbini açıqlayıb. Aktrisa aralarndakı münasibətlərin birdən deyil, zamanla soyuduğunu dilə gətirib. “Birlikdə olduğumuz 10 il ərzində əvvəlcə anam xərçəng oldu. Sonra mən bu xəstəliklə mübarizə apardım. Sinəmi, yumurtalıqlarımı götürdülər. Bütün bunlar Bredlə ayrılmağıma səbəb olan hadisələrdir”.
Bu gün Davos forumu başlayır
Hollivudun ən yaşlı aktrisası vəfat etdi
Hollivudun ən yaşlı aktrisası Konni Soyer 106 yaşında vəfat edib. K.Soyer Los-Ancelesdəki evində dünyasını dəyişib. Konni Soyer 1912-ci ildə yəhudi əsilli Rumın mühacirinin ailəsində dünyaya gəlib. 2012-ci ildə 99 yaşlı aktrisa ABŞ-ın Kinematoqrafiya, İncəsənət və Elm Akademiyasının ən qocaman üzvü olub.














