Fransadan Türkiyəyə Afrin çağırışı

Türkiyəni Suriyada ehtiyatlı olmağa səsləyirik. Bunu BMT Təhlükəsizlik Şurasının iclasından sonra jurnalistlərə açıqlamasında Fransanın təşkilatdakı Daimi Nümayəndəliyinin rəhbəri Fransua Delatre söyləyib. “Fransa Türkiyənin təhlükəsizlik və sərhədləri haqqında narahatlıqlarını anlayır. Türkiyə Suriyada olduqca dəyişkən vəziyyət qarşısında ehtiyatlı olmalıdır. Müttəfiqlər arasında birliyi qorumaq həyati önəm daşıyır”, – deyə o bildirib.

Türkiyəni Suriyada ehtiyatlı olmağa səsləyirik. Bunu BMT Təhlükəsizlik Şurasının iclasından sonra jurnalistlərə açıqlamasında Fransanın təşkilatdakı Daimi Nümayəndəliyinin rəhbəri Fransua Delatre söyləyib. "Fransa Türkiyənin təhlükəsizlik və sərhədləri haqqında narahatlıqlarını anlayır. Türkiyə Suriyada olduqca dəyişkən vəziyyət qarşısında ehtiyatlı olmalıdır. Müttəfiqlər arasında birliyi qorumaq həyati önəm daşıyır", - deyə o bildirib.

Qeyd edək ki, Türkiyənin "Zeytun budağı" əməliyyatından dərhal sonra Fransa BMT Təhlükəsizlik Şurasının toplantısını çağırmışdı. Parisin bu addımı Ankaranın etirazına səbəb olmuşdu. BMT TŞ-nin iclası bu gecə baş tutub. İclas qapalı keçirilib. Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31