Kadırovun adamının Tiflisə məxfi səfəri
Qroznı meri Müslim Xuçiyev gizli şəkildə Gürcüstana səfər edib. Bu barədə informasiyanı Rustavi-2 televiziyası yayıb. Televiziya Xuçiyevin Batumidəki “Hilton” otelində çəkilmiş görüntülərini paylaşıb.
23 Yanvar 2018 11:28 DünyaQroznı meri Müslim Xuçiyev gizli şəkildə Gürcüstana səfər edib. Bu barədə informasiyanı Rustavi-2 televiziyası yayıb. Televiziya Xuçiyevin Batumidəki "Hilton" otelində çəkilmiş görüntülərini paylaşıb. İddiaya görə, Xuçiyev Batumiyə Tiflis ziyarətindən sonra gedib. Onun tam məxfi xarakter daşıyan görüşlər keçirdiyi vurğulanıb. Xuçiyevlə bərabər Gürcüstana Çeçenistandan daha kimlərin gəldiyini müəyyənləşdirmək mümkün olmayıb. Çeçenistan isə Xuçiyevin Gürcüstana istirahət məqsədiylə getdiyini bildirib. Axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31