Dünya
ABŞ-da güclü zəlzələ baş verdi - Sunami XƏBƏRDARLIĞI
Ermənilərin Dağlıq Qarabağda narkotik plantasiyaları salması
Bəşəriyyətin əsas problemlərindən biri olan narkomaniyaya qarşı nə qədər səmərəli mübarizə aparılsa da, lakin hələ də sözügedən problemin tamamilə aradam qaldırılmasına nail olmaq mümkün deyil. Bunun isə bəzi obyektiv və subyektiv səbəbləri var. Başlıca səbəblərdən biri ayrı-ayrı dövlətlərin açıq və ya gizli şəkildə bu biznesdə iştirak etməsidir. Yaxud bəzi ölkələrdə narkotiklərin aşkar şəkildə satışına yaradılan şərait, narkoplantasiyaların salınmasıdır.
Türkiyə kürd planına zərbə vurdu
Artıq bir neçə gündür ki, Türkiyə Suriyada PKK-YPĞ/PYD-yə qarşı uğurlu antiterror əməliyyatları həyata keçirir. Hər nə qədər bu Türkiyənin haqqı olsa da, ancaq Ankaranın Suriya ərazisində antiterror əməliyyatları həyata keçirməsi bəzi gücləri razı salmayıb. Bir tərəfdən İran, digər tərəfdən Birləşmiş Ştatlar Ankaranın başlamış olduğu əməliyyatlara etirazlarını bildiriblər. Hətta Tehran bir qədər də irəli gedərək Ankaradan antiterror əməliyyatlarını dayandırmağı tələb edib. Buna oxşar mövqeni Qərb, Vaşinqton da sərgiləyib. Və belə olan halda haqlı olaraq belə bir mövqe ortaya çıxıb ki. deməli PKK və digər bu kimi terror təşkilatlarını dəstəkləyənlər elə Türkiyənin Suriyada apardığı antiterror əməliyyatına qarşı çıxanlardır.
Çarşablı ordular və inqilabi bombalar
Almaniyada nasional-sosialistləri hakimiyyətə gətirəndə Adolf Hitler tiraniyası yalnız kişi ordularının üzərində qərar tutacağına əmin deyildi. Faşizmin dərin kök atması və insanların bətninə düşərək, münbit zəmində böyüməsi üçün alman qadınını öz müqəddəs sosial missiyasından çıxarmaq tələb olunurdu.”Kinder, kürche, kirche-uşaq, mətbəx, kilsə” şüarını ideal ailə modeli sayan böyük bir toplum mənəvi metamorfozaya uğrayaraq,yaxınlaşmaqda olan apokalipsisdən xəbər verirdi.
AŞPA baş katibi: “Avropa Şurası maliyyə böhranı yaşayır”
"Avropa Şurası (AŞ) maliyyə böhranı yaşayır, Rusiya və Türkiyədən yardımların eyni zamanda azalması ilə əlaqədar olaraq fəallığını azaltmaq məcburiyyətindədir". Bunu təşkilatın baş katibi Turbyorn Yaqland AŞPA deputatları qarşısında çıxış edərkən deyib.
Davosa 1.5 metrdən çox qar yağıb, qonaqlar yollarda qalıb
İsveçrənin məşhur dağ xizəyi kurortu olan Davosa yağan son 20 ilin ən güclü qarı hərəkəti iflic edib. Xatırladaq ki, bu gün burada Dünya İqtisadi Forumu başlamalıdır. Virtualaz.org “The Guardian” nəşrinə istinadən xəbər verir ki, küçələri və şose yollarını bağlamış qar dünya liderlərinin və məşhur iş adamlarının tədbirə planlaşdırılmış gəlişini ləngidə bilər.
Antalyada azərbaycanlı fahişələr yaxalandı
PYD lideri: Ərdoğan Kərkükə qədər gedəcək...
Türkiyə girdiyi heç bir yerdən geri çəkilməyib. Bu sözləri PYD/YPG terror təşkilatının rəhbəri Saleh Müslüm deyib. “Türkiyə şəkil dəyişdirə bilər, ancaq girdiyi ərazidən çıxmaz. Ərdoğan Misaki-Millidən bəhs edir. Belə görünür ki, Mosula, Kərkükə qədər gedəcəklər”, - Müslüm deyib.
"Ermənistana prezident lazım deyil" - Lilit Avakyan
Ermənistan prezidenti Serj Sarkisyan istər ölkədə, istərsə də beynəlxalq aləmdə nüfuzunu tamamilə itirdiyini gördükdən sonra yenidən dövlət başçısı seçilə bilməyəcəyini anladı. Lakin hakimiyyəti əldən verməmək üçün yeni plan hazırlayaraq ölkəni parlament tipli respublikaya çevirib özünü baş nazir elan etmək qərarına gəldi. Bu halda da ölkəyə prezident lazımdır.
“Koza Nostra”nın 56, "Kamorra”nın 45 üzvü "içəri atıldı"
İtaliyanın iki vilayətində “Kamorra” mafiya qruplaşmasına qarşı əməliyyat keçirilib. Məlumata görə, Lazio və Kampaniya vilayətlərində həyata keçirilmiş əməliyyatlar nəticəsində qruplaşmanın 45 üzvü saxlanılıb. Saxlanılan şəxslər qanunsuz silah saxlamaqda, çirkli pulların yuyulmasında, reket və cinayətkar dəstə yaratmaqda şübhəli bilinirlər. Polis qüvvələri mafiya qruplaşmasının həbsdə olan rəhbərliyi ilə azadlıqdakı üzvlər arasında yazışmalarını da üzə çıxarıb.
PYD-nin xainliyinə cavab
Türkiyənin səhvsiz olaraq davam etdirdiyi “Zeytun budağı” əməliyyatı ilə küncə sıxışan PYD dünya ictimaiyətində “sivil insanlar qətliam edilir” fikri formalaşdırmaq üçün Afrində xəndək döyüşü planına ümid edir.
Rusiya Qərbi gözlədiyimizdən daha tez vuracaq – İngilis general
Rusiya düşmənçilik fəaliyyətini sürətli və gözlənilməz şəkildə başlada bilər. Bunu “Qardian” qəzetinə açıqlamasında Britaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nik Karter söyləyib. “Rusiya düşmənçilik fəaliyyətinə bizim gözlədiyimizdən daha tez başlaya bilər. Bu, yaşıl adamcıqların peyda olması ilə başlamayacaq. Ruslar hər şeyi bzim gözləmədiyimiz yerdən başladacaqlar. Gördüklərimizi gələcək üçün model kimi qəbul etmək olmaz. Rusiya mümkün hücümu Avropanın təhlükəsizlik təminatı strukturlarına gerçəkləşdirə bilər. Hədəf həmçinin NATO-ya etibarın yox edilməsidir.
İstiqlal şairinin EVİ SATILDI
Türkiyənin məşhur starı Sezen Aksu 1,5 milyon TL ödəyərək aldığı evi satıb. Olaylar.az bildirir ki, müğənninin zamanında aldığı ev Türkiyənin istiqlal şairi Mehmet Akif Ersoya məxsus olub.
Bosniyadan gətirilən 20 ton ətdə xəstəlik tapıldı - 5 aydır insanlar yeyir
Türkiyənin Qida, Təsərrüfat və Heyvandarlıq Nazirliyinin Bosniya və Hersoqovinadan idxal etdiyi 20 ton mal ətində xəstəlik tapılıb. Ətlərin laborotoriya nəticələri açıqlanmadan satıldığı iddia edilib. Ətlər ötən ilin avqust ayının 24-də Türkiyəyə keçirilib.
Ankara, Moskva və Dəməşq... - ABŞ üçün fəlakət XƏBƏRDARLIĞI
“Qərb ölkələri Ankaranın diplomatik dəstəyini itirmək istəməyəcək”. Bunu Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun (ASO) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatını şərh edən Böyük Britaniyanın “Qardiyan” nəşri yazıb.














