Ermənilərin Dağlıq Qarabağda narkotik plantasiyaları salması
Bəşəriyyətin əsas problemlərindən biri olan narkomaniyaya qarşı nə qədər səmərəli mübarizə aparılsa da, lakin hələ də sözügedən problemin tamamilə aradam qaldırılmasına nail olmaq mümkün deyil. Bunun isə bəzi obyektiv və subyektiv səbəbləri var. Başlıca səbəblərdən biri ayrı-ayrı dövlətlərin açıq və ya gizli şəkildə bu biznesdə iştirak etməsidir. Yaxud bəzi ölkələrdə narkotiklərin aşkar şəkildə satışına yaradılan şərait, narkoplantasiyaların salınmasıdır.
23 Yanvar 2018 14:36 DünyaBir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılacaq
Bəşəriyyətin əsas problemlərindən biri olan narkomaniyaya qarşı nə qədər səmərəli mübarizə aparılsa da, lakin hələ də sözügedən problemin tamamilə aradam qaldırılmasına nail olmaq mümkün deyil. Bunun isə bəzi obyektiv və subyektiv səbəbləri var. Başlıca səbəblərdən biri ayrı-ayrı dövlətlərin açıq və ya gizli şəkildə bu biznesdə iştirak etməsidir. Yaxud bəzi ölkələrdə narkotiklərin aşkar şəkildə satışına yaradılan şərait, narkoplantasiyaların salınmasıdır.
Günümüzdə hər bir ölkə kimi Azərbaycan da bu problemdən əziyyət çəkir. Nə qədər narkomaniyaya qarşı sistemli mübarizə aparılsa da, lakin görülən tədbirlər kifayət etmir. Çünki narkomaniyaya qarşı mübarizə intensivləşdikcə, narkotacirlər də öz növbələrində bizneslərini inkişaf etdirmək üçün yeni-yeni metod və üsullardan istifadə edirlər.
Hər il olduğu kimi ilk ayını yaşadığımız 2018-ci ildə də ölkədə narkomaniyaya qarşı sistemli mübarizə aparılacaq. Çünki bu dövlətimizin əsas diqqət yetirdiyi məsələlərdən biridir. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası da artıq 2018-ci il üçün İş planı təsdiq edib. Proqramda bir sıra vacib nüanslar öz əksini tapıb. Bunlar isə vacib qeyd edilməli məqamlardan biri "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsinə nəzarətin gücləndirilməsidir. Fəaliyyət planında digər diqqət çəkən və ən vacib hesab edilən istiqamət təcavüzkar Ermənistanın işğal altında saxladığı Dağlıq Qarabağ ərazilərində narkotik plantasiyalar salması barədə məlumatların beynəlxalq aləmin diqqətinə daha yaxından çatdırılmasıdır. Məlumdur ki, işğalçı Ermənistan uzun illərdir Dağlıq Qarabağda narkotik plantasiyaları salıb və Dağlıq Qarabağda becərilən narkotiklər Ermənistan-İran xətti ilə Orta Asiyaya, oradan isə Avropaya daşınır. Elə bu baxımdan Fəaliyyət Planında Dağlıq Qarabağla bağlı məsələyə xüsusi diqqət ayrılıb. Fəaliyyət Planında qeyd edilir ki, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində narkotik tərkibli bitkilərin əkilməsi, onların istehsalı, tranziti, terrorçuluğun maliyyələşdirilməsi, çirkli pulların yuyulması və onunla əlaqəli digər cinayətkarlıq növlərinin yayılması hallarına beynəlxalq ictimaiyyətin diqqətinin cəlb edilməsi və digər tədbirlərin görülməsi əsas istiqamətlərdəndir.
Həmçinin il ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə bağlı vəziyyət barədə sorğuların keçirilməsi, müxtəlif yaş qrupları arasında narkomanlığın yayılma dərəcəsini aşkarlamaq məqsədi ilə sosial araşdırmaların aparılması, nəticələrin ümumiləşdirilməsi və müvafiq təkliflər hazırlanması nəzərdə tutulur. Bununla yanaşı məhkəmələr tərəfindən cəza tətbiqi zamanı barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslərin müalicəsinin səmərəliliyinin və effektivliyinin artırılması, eyni zamanda narkoloji müəssisələrin tibbi və texniki avadanlıqla, həmçinin ixtisaslı kadrlarla təmin edilməsi də Fəaliyyət Planında öz əksini tapıb.
Qeyd edilir ki, hüquq mühafizə orqanları tərəfindən qanunsuz dövriyyədən çıxarılmış güclü təsirə malik narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının mənbəyinin və nümunələrarası əlaqələrinin müəyyən edilməsi məqsədi ilə onların eyniləşdirilməsinin həyata keçirilməsi, xarakterik xüsusiyyətlərinin və kimyəvi xassələrinin (təmizlik dərəcəsinin) qeydiyyatının aparılması, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanuni dövriyyəsinin vəziyyətinin öyrənilməsi, yol verilmiş nöqsanların aradan qaldırılması və bu sahəyə ciddi nəzarətin təmin edilməsi, bu kimi hallara qarşı mübarizə sahəsində beynəlxalq və regional təşkilatlarla, həmsərhəd və digər dövlətlərlə əməkdaşlığın inkişaf etdirilməsi il ərzində diqqət yetirilməli istiqamətlərdəndir.
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə görə məsuliyyətə cəlb olunmuş şəxslərin, o cümlədən yetkinlik yaşına çatmayanların işləri üzrə təhqiqat, ibtidai və məhkəmə istintaqı dövrünü əhatə edən araşdırmalar zamanı belə cinayətlərin törədilməsini doğuran səbəb və şəraitin öyrənilməsi, eləcə də qarşısının alınması üçün tədbirlər də görülməsinəzərdə tutulur. Respublikanın ayrı-ayrı bölgələrində yayılan narkotik tərkibli yabanı bitki növlərinin təyinat monitorinqinin aparılması kimi fəaliyyətlər də yer alır ki, bu da həmin bitkilərin əkildiyi sahələrin aşkarlanması, yabanı bitən narkotik tərkibli bitkilərin məhv edilməsi baxımından əhəmiyyətlidir. Bundan başqa narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslər müəyyən ediləcək, onlara kömək məqsədi ilə təhsil, gənclər və idman təşkilatlarının əməkdaşları və valideynlər üçün metodik tövsiyələrin hazırlanacaq.
Məhəmməd