Dünya

ABŞ generalı YPG düşərgəsinə gəldi: Savaş bitdi...

23 Yanvar 2018 17:42

ABŞ Mərkəzi Qüvvələr (CENTCOM) komandanı, general Cozef Votel Suriyanın Rakka şəhərindəki YPG düşərgələrini ziyarət edib. Bu barədə İŞİD-ə qarşı koalisiyanın sözçüsü Bret Makqark Tvitterdə foto paylaşıb. 

Toy gecəsindən 1 saat sonra gəlin qaçdı: bəyin efirdə dedikləri hər kəsi güldürdü - VİDEO

23 Yanvar 2018 17:37

Qızılları götürüb, qaçan gəlinlə evliliyi bir saat çəkən bəy namizədin danışdıqları həm verilişin aparıcısı Müge Anlını, həm də studiyadakıları güldürüb.

Ötən il rekord sayda BMT sülhməramlısı təcavüz aktının qurbanı olub

23 Yanvar 2018 17:33

2017-ci ildə BMT-nin 56 sülhməramlısı təcavüz aktı nəticəsində həlak olub ki, bu da 1994-cü ildən qeydə alınan ən yüksək göstəricidir. Məlumata görə, bu barədə təşkilatın baş katibi Antonio Quterreşin təqdim etdiyi məruzədə deyilir.

Bu arıqlama dərmanı qadağan edildi - ÖLDÜRÜR!

23 Yanvar 2018 17:23

Rusiyada arıqlamaq üçün nəzərdə tutulmuş dərman preparatının satışını həyata keçirən sayt bağlanıb. Məlumata görə, söhbət DNP (Dinitrofenol) preparatından gedir. Rusiya İstehlakçıların Hüquqlarının Müdafiəsi sahəsində Federal Nəzarət Agentliyi bu dərman preparatının ölümcül təhlükəli olduğunu bildirib.

Düşmənə ağır ZƏRBƏ - Strateji məntəqə ələ keçirildi

23 Yanvar 2018 17:19

Türkiyə Silahlı qüvvələri və Azad Suriya Ordusunun (ASO) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində daha bir yaşayış məntəqəsi ələ keçirilib. ASO Afrinin qərbində yerləşən Cinderes bölgəsinin Əl-Hamam kəndi və ətraf təpələri PYD terror təşkilatından təmizləyib. Cinderes bölgəsi PYD/PKK-nın Türkiyənin Hatay vilayətinin Reyhanlı mahalına hücumlar təşkil etdiyi ərazi olmaqla yanaşı, Afrinə birbaşa uzanan vadidə yerləşir. Bölgə Türkiyə Silahlı qüvvələri və ASO-nun irəliləməsi üçün strateji əhəmiyyət daşıyır.

İranın mövqeyi faş oldu: Hizbullah Türkiyəni... 

23 Yanvar 2018 16:57

Türkiyənin “Zeytun budağı” əməliyyatının başlanmasından sonra Afrində internet və radio əlaqə kəsilib. Bu barədə informasiyanı Suriya mətbuatı yayıb. Əməliyyatla bağlı ən maraqlı mövqeni iranyönlü Hizbullaha məxsus KİV orqanları ortaya qoyublar.

SON DƏQİQƏ! Türkiyə SQ Afrində daha bir yaşayış məntəqəsini aldı

23 Yanvar 2018 16:47

Türkiyə Silahlı Qüvvələri (SQ) Suriyanın Afrin şəhəri yaxınlığında daha bir yaşayış məntəqəsini terrorçulardan geri alıb. Məlumata görə, Türkiyə qoşunları Hamam kəndini YPG və PYD terrorçularından təmizləyib. Bir müddət əvvəl isə Türkiyə hərbçilərinin Burseya strateji yüksəkliyini nəzarətə götürdüyü məlumat verilmişdi. Türkiyə SQ-nin Afrində əməliyyatlara başladığı müddətdən 12 yaşayış məntəqəsi YPG və PYD-dən azad edilib.

Türk ordusu ABŞ əsgərləri ilə ÜZ-ÜZƏ GƏLİR: Qorxuya düşən Vaşinqton HƏRƏKƏTƏ KEÇDİ

23 Yanvar 2018 16:44

Afrin əməliyyatını uğurla davam etdirən Türkiyə bölgədə ABŞ-la üz-üzə gələ bilər. Afrindən fərqli olaraq, Münbiçdə amerikalı hərbiçilər mövcuddur. Suriyada Amerikanın əlində təkcə PYD qalıb. Məhz buna görə də Vaşinqton bu gücü itirmək istəmir. Digər tərəfdən, Afrinlə müqayisədə Münbiç Amerikanın Suriya strategiyasında daha əhəmiyyətlidir. Hərbi ekspertlər hesab edir ki, ABŞ Münbiçin YPG-nin əlində qalması üçün hər şeyə əl atacaq. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan isə Afrindən sonra PKK/PYD/YPG terrorçularının əlində olan Münbiçin təmizlənməsi əməliyyatına başlayacaqlarını açıqlayıb. Məlumata görə, Türkiyə ordusunun artıq Münbiç əməliyyatı planı hazırdır. Vaşinqtonu ən çox narahat edən də məhz bu plandır.

Polisdən QƏRİBƏ ƏMƏLİYYAT: cin satanlar HƏBS EDİLDİ

23 Yanvar 2018 16:26

Hindistanda “Ələddinin sehrli çırağı” nağılından təsirlənərək şüşədə cin satmaq ticarəti məşğul olan 4 nəfər saxlanılıb.

“Zeytun budağı” əməliyyatında Türkiyəyə QARA XƏBƏR

23 Yanvar 2018 15:53

Türkiyə Suriyanın Afrin bölgəsində keçirilən “Zeytun budağı” əməliyyatında daha bir şəhid verib. Ökənin xarici işlər naziri Mövlud Çavuşoğlu Oğuz Kaan Ustanın şəhid olduğunu bildirib.

Cənubi Qafqazda yeni təhlükəli MACƏRA BAŞLAYIR - ABŞ-dan təhlükəli ADDIM

23 Yanvar 2018 15:29

ABŞ Gürcüstana “Javelin” tank əleyhinə kompleksləri çatdırıb. Bu haqda Gürcüstanın müdafiə naziri Levan İzoriya ABŞ-ın bu ölkədəki səfiri Yan Kelli ilə görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib. “Javelin” tank əleyhinə komplekslərin əldə edilməsinin birinci mərhələsi müvəffəqiyyətlə başa çatdırılıb. Komplekslər Gürcüstanda təhlükəsiz yerdə yerləşdirilib”, - o deyib.

Putin haqqında film çəkmək istəyirlər

23 Yanvar 2018 15:24

Hindistanın kino mərkəzi Bollivudda fəaliyyət göstərən rejissorlardan biri - "Dharma Productions" şirkətinin rəhbəri Kartan Cohar Rusiya prezidenti Vladimir Putin haqqında film çəkmək istədiyini bildirib. Rejissor bu filmin istənilən dildə uğur qazana biləcəyini deyib. K.Cohar bundan başqa, rusiyalı həmkarları ilə birgə Rusiyada film çəkmək arzusunda olduğunu da deyib.

Kosmosda ABŞ-a qarşı yeni cəbhə AÇILIR

23 Yanvar 2018 14:56

Avropa İttifaqı ABŞ-ın peyk sistemlərinin məlumatlarına güvənə bilməz.  Bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Federika Moqerini Brüsseldə Avropanın kosmik siyasəti üzrə konfransda deyib. Onun sözlərinə görə, Avropa İttifaqı şəxsi kosmik müşahidə və kəşfiyyat sistemlərini yaratmalıdır.