Dünya

Barmaq izləri skanerinə malik ekranla təchiz edilmiş ilk smartfon rəsmən təqdim edilib

23 Yanvar 2018 19:50

Çinin “Vivo” şirkəti barmaq izləri skaneri bilavasitə ekranın alt hissəsinə qurulmuş smartfonun ilk kommersiya modelini təqdim edib. “X20 Plus UD” smartfonunda "Ev" və başqa düymələr yoxdur, qurğunun ön tərəfi bütöv ekrandan ibarətdir.

“Huawei Honor View 10” smartfonu satışa çıxarılır

23 Yanvar 2018 19:45

“Huawei” şirkəti ön paneli əhatə edən ekrana malik çərçivəsiz dizaynlı “Honor View 10” smartfon modelini satışa çıxarır.  

İsveçrədə əl üçün düşüncənin gücü ilə idarə olunan ekzoskelet yaradılıb

23 Yanvar 2018 19:28

Lozanna Federal Politexnik Məktəbinin (EPFL) mütəxəssisləri əl üçün düşüncənin gücü ilə idarə olunan ekzoskelet düzəldiblər. Bu ixtira məhdud qabiliyyətli insanların həyatını asanlaşdırmaq üçün nəzərdə tutulub.

Bu il dünyada mikroelektronika komponentlərinin satışı 7,5 faiz artacaq

23 Yanvar 2018 19:22

“Gartner” analitik şirkəti 2018-ci ildə dünyada mikroelektronika komponentlərinin satış həcminin 2017-ci illə müqayisədə 7,5 faiz artaraq 451 milyard dollar təşkil edəcəyini proqnozlaşdırır.

İlk robot satıcı işə başlayandan bir həftə sonra qovulub

23 Yanvar 2018 19:16

Yaponiyanın “Softbank” şirkəti tərəfindən hazırlanmış “Pepper” adlı dünyada ilk robot satıcı öz vəzifəsinin öhdəsindən gəlməyib.

Robot alim yeni dərman kəşf edib

23 Yanvar 2018 19:11

Kembric Universitetinin tədqiqatçıları süni intellekt vasitəsilə malyariya əleyhinə yeni dərman yaradıblar.

“Samsung” köhnə smartfonların işləmə sürətini azaltmaqda təqsirli bilinir

23 Yanvar 2018 19:05

İtaliyanın antiinhisar xidməti “Samsung” şirkətinin öz yeni aparatlarını tanıtmaq üçün köhnə smartfonların işləmə sürətini qəsdən azaltmasını araşdırır. Qurum, həmçinin “Apple” şirkətini qanun pozuntusunda təqsirli  bilir.

Bura səfəri hələ unudun, terror təhlükəsi yüksək olaraq qalır

23 Yanvar 2018 18:44

Fransada terror aktlarının baş vermə təhlükəsi hələ də yüksəkdir. Bunu Parisin prokuroru Fransua Molen deyib. Prokuror terror təhlükəsinin azalmasından əmin olmadığını bildirib. O deyib: "Yox, təhlükənin azalmasını dəqiq deyı bilmərəm. Mən düşünürəm ki, terror aktlarının törədilməsi təhlükəsi hələ də yüksək səviyyədə qalır".

RTÜK Sedanın yeni verilişini bağladı

23 Yanvar 2018 18:43

Türkiyə Radio və Televiziya Şurası (RTÜK) Show TV-də Seda Sayanın aparıcılıq etdiyi verilişi cəzalandırıb.  Həftə içi yayımlanan veriliş milli-mənəvi dəyərlərə zidd olduğu açıqlanıb.  RTÜK-ün yaydığı açıqlamada sözügedən proqramın müvəqqəti olaraq yayımdan qaldırıldığı qeyd edilib: "İctimaiyyətin milli və mənəvi dəyərlərinə, əxlaqa və ailənin qorunmasına qarşı bir proqramdır". 

Rusiyada “Yandeks”in binaları boşaldıldı - SƏBƏB?

23 Yanvar 2018 18:25

Rusiyanın bir neçə şəhərində “Yandeks” şirkətinin binaları təxliyə olunub. Məlumata görə, buna ofislərə bomba qoyulması barədə anonim zənglər səbəb olub.

2018-ci il "Oskar"a namizədlərin ADLARI açıqlandı

23 Yanvar 2018 18:14

ABŞ-ın Los-Anceles şəhərində 2018-ci il "Oskar" kino mükafatları üçün namizədlərin adları açıqlanıb. "Ən yaxşı film" nominasiyasına "Məni öz adınla çağır", "Qaranlıq saat", "Dünkerk", "Uzaqlaş", "Ledi Börd", "Görünməz sap", "Məxfi dosye", "Suyun forması", "Ebbinqdə üç billbord" filmləri namizəd olub.

Yaponiyada ilk robot satıcı işdən qovulub 

23 Yanvar 2018 18:12

Yaponiyanın məşhur texnologiya şirkətlərindən olan “Softbank” tərəfindən hazırlanmış “Pepper” adlı robot satıcı kimi işə başladığı mağazadan qovulub. Dünyada ilk robot satıcı olan "Pepper" 1 həftə sonra Edinburqda fəaliyyət göstərən “Margiotta Food & Wine” adlı ərzaq mağazasızdan öz vəzifəsinin öhdəsindən gələ bilmədiyi üçün uzaqlaşdırılıb.

Anadan dəhşətli əməl: 4 yaşlı oğluna xlor içirdib öldürdü

23 Yanvar 2018 18:09

Ana 4 yaşlı oğlunu əvvəlcə kəmərlə döyüb, daha sonra isə xlor içirdərək öldürüb.  Rusiyanın Xabarovsk vilayətində yaşayan Olqa adlı qadın 4 yaşlı övladını amansızcasına qətlə yetirib. Qonşuların sözlərinə görə, qadın uşağa zülm vermək məqsədilə onu paltar dolabının içərisində saxlayırmış. Uşağın saatlarla ağladığını deyən qonşular iddia edir ki, qadın onu zirzəmidə çimdirib daha sonra soyuq havada çılpaq vəziyyətdə çölə çıxardırmış.

İsrail: Terrorun qarşısını Allah alır...

23 Yanvar 2018 17:49

İsrail hərbçiləri mülki müdafiə mövzusuna həsr olunmuş seminar zamanı beşinci sinif şagirdlərinə “bütün təbii hadisələr Allahın iradəsinə uyğun şəkildə baş verir” yazılmış bukletlər paylayıblar.

Mübarəkin generalı həbs edildi

23 Yanvar 2018 17:45

Misir ordusunun Baş Qərargahının keçmiş rəisi Sami Anan həbs edilib. Bu barədə informasiyanı Ananın seçki qərargahı yayıb. Onun prezident seçkisində iştirak etmək istəyinə görə həbs edildiyi bildirilib.