İlk robot satıcı işə başlayandan bir həftə sonra qovulub

Yaponiyanın “Softbank” şirkəti tərəfindən hazırlanmış “Pepper” adlı dünyada ilk robot satıcı öz vəzifəsinin öhdəsindən gəlməyib.

Yaponiyanın "Softbank" şirkəti tərəfindən hazırlanmış "Pepper" adlı dünyada ilk robot satıcı öz vəzifəsinin öhdəsindən gəlməyib.

Nəşrin məlumatına görə, Edinburqda fəaliyyət göstərən "Margiotta Food & Wine" adlı ərzaq mağazası robotu quraşdırdıqdan bir həftə sonra onu ticarət zalından götürüb, çünki robotun işi şəbəkənin rəhbərliyini qane etməyib.

"ICTnews" Elektron Xəbər Xidməti "ria.ru" saytına istinadən yazır ki, məlumata görə, robot çox vaxt alıcının xahişinin mahiyyətini başa düşməyib. Məsələn, robot satıcı "süd paketi harada yerləşir" sualına "süd məhsulları bölməsində" deyə cavab verərək onun dəqiq yerini izah etmirdi.

Bundan başqa, qurğu mağazanın səs-küylü zalında sözləri bir-birindən ayıra bilməyərək pis eşidir, həmçinin yersiz zarafat edirdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31