“Samsung” köhnə smartfonların işləmə sürətini azaltmaqda təqsirli bilinir

İtaliyanın antiinhisar xidməti “Samsung” şirkətinin öz yeni aparatlarını tanıtmaq üçün köhnə smartfonların işləmə sürətini qəsdən azaltmasını araşdırır. Qurum, həmçinin “Apple” şirkətini qanun pozuntusunda təqsirli  bilir.

İtaliyanın antiinhisar xidməti "Samsung" şirkətinin öz yeni aparatlarını tanıtmaq üçün köhnə smartfonların işləmə sürətini qəsdən azaltmasını araşdırır. Qurum, həmçinin "Apple" şirkətini qanun pozuntusunda təqsirli  bilir.

"ICTnews" Elektron Xəbər Xidməti lenta.ru saytına istinadən yazır ki, qurumun məlumatına görə, hər iki şirkət qurğuların sürətini azaldan proqram yeniləməsi çıxarıb. Bu halda istehsalçılar istifadəçiləri mümkün nəticələr haqda xəbərdar etməyib və bu qurğuların məhsuldarlığının lazımi səviyyədə saxlanılması üçün kifayət qədər informasiya verməyiblər. Qeyd edək ki, "Samsung" şirkəti bundan əvvəl məlumat vermişdi ki, proqram təminatının yenilənməsi nəticəsində prosessorun məhsuldarlığı azalmır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31