Türkiyə kürd planına zərbə vurdu

Artıq bir neçə gündür ki, Türkiyə Suriyada PKK-YPĞ/PYD-yə qarşı uğurlu antiterror əməliyyatları həyata keçirir. Hər nə qədər bu Türkiyənin haqqı olsa da, ancaq Ankaranın Suriya ərazisində antiterror əməliyyatları həyata keçirməsi bəzi gücləri razı salmayıb. Bir tərəfdən İran, digər tərəfdən Birləşmiş Ştatlar Ankaranın başlamış olduğu əməliyyatlara etirazlarını bildiriblər. Hətta Tehran bir qədər də irəli gedərək Ankaradan antiterror əməliyyatlarını dayandırmağı tələb edib. Buna oxşar mövqeni Qərb, Vaşinqton da sərgiləyib. Və belə olan halda haqlı olaraq belə bir mövqe ortaya çıxıb ki. deməli PKK və digər bu kimi terror təşkilatlarını dəstəkləyənlər elə Türkiyənin Suriyada apardığı antiterror əməliyyatına qarşı çıxanlardır.

Artıq bir neçə gündür ki, Türkiyə Suriyada PKK-YPĞ/PYD-yə qarşı uğurlu antiterror əməliyyatları həyata keçirir. Hər nə qədər bu Türkiyənin haqqı olsa da, ancaq Ankaranın Suriya ərazisində antiterror əməliyyatları həyata keçirməsi bəzi gücləri razı salmayıb. Bir tərəfdən İran, digər tərəfdən Birləşmiş Ştatlar Ankaranın başlamış olduğu əməliyyatlara etirazlarını bildiriblər. Hətta Tehran bir qədər də irəli gedərək Ankaradan antiterror əməliyyatlarını dayandırmağı tələb edib. Buna oxşar mövqeni Qərb, Vaşinqton da sərgiləyib. Və belə olan halda haqlı olaraq belə bir mövqe ortaya çıxıb ki. deməli PKK və digər bu kimi terror təşkilatlarını dəstəkləyənlər elə Türkiyənin Suriyada apardığı antiterror əməliyyatına qarşı çıxanlardır. Hadisələrin gedişi onu deməyə əsas verir ki, Türkiyənin ortaya qoyduğu haqlı iradə və qətiyyət Ankaraya müəyyən mənfiliklər də gətirəcək. Və beynəlxalq münasibətlər sistemində Türkiyəyə qarşı olan münasibət bir qədər dəyişəcək. Daha dəqiq desək Ankaranın ortaya qoyduğu haqlı mövqe, siyasi iradə bir sıra gücləri qane etmədiyi üçün bir müddət sonra Türkiyəyə qarşı təzyiqlər artacaq. Elə əksər ekspertlər də bu qənaətdədirlər. Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyir ki, Türkiyənin uğurlu Afrin əməliyyatı regionda ciddi geosiyasi dəyişikliklərə səbəb olacaq. Onun sözlərinə görə, rəsmi Ankara öz sərhədlərinin təhlükəsizliyinin təmin edib YPG terror təşkilatına qarşı Afrin hərbi əməliyyatlarını Menbicə doğru davam etdirərsə, Birləşmiş Ştatların Kürd planına böyük zərbə vurmuş olacaq: "Demək olar ki, Birləşmiş Ştatların Kürd planı sual altındadır. Vaşinqtonun Şimali Suriyada öz geosiyasi və geoiqtisadi maraqlarına uyğun olaraq kürdlərə dəstəyi, Türkiyənin milli təhlükəsizliyini təhdid edirdi. Təbii ki, Pentaqon Ankaranın YPG terrorçularına qarşı bu reaksiyasını gözləmirdi. Qərarlı və prinspial "Zeytun bağı" hərbi əməliyyatı, Ağ Evin Türkiyə ilə hesablaşmasına səbəb olacaq". Politoloq deyib ki, hazırda Birləşmiş Ştatlar regionda çox təhlükəli siyasətə qol qoyub: "Regionun tarixi sahibi Türkiyəyə qarşı düşməncəsinə davranışları, Ankaranın adekvat addımı, göründüyü kimi PYD və onun hərbi qanadı YPG-nin Birləşmiş Ştatlara qarşı inamsızlığına yol açdı. YPG rəhbərliyi və başda Suriya kürdlərinin rəhbəri Salih Müslim ABŞ-ın onları satdığını vurğulayır. Türkiyə bu əməliyyatla kürdlərin ABŞ güvənini alt-üst etdi. Amma, Türkiyə Menbicə doğru irəlləsə, ABŞ-la ciddi şəkildə problemlərə səbəb ola bilər. Çünki, Menbic və Rakkada Birləşmiş Ştatların əsgərləri və ABŞ silahları ilə təchiz olunmuş xeyli sayda YPG terrorçuları var. Bu region Birləşmiş Ştatların geosiyasi maraqlarına daxildir". Məhəmməd Əsədullazadə deyib ki, Birləşmiş Ştatların Ərdoğan hakimiyyəti ilə problemləri, Ağ Evin Türkiyənin milli təhlükəsizliyinə əleyhinə hərbi-siyasi addım atmasına əsas vermir: "İlk növbədə Türkiyə ilə Birləşmiş Ştatlar NATO çərçivəsində hərbi-siyasi müttəfiqdirlər. ABŞ-ın Suriyadakı kürd siyasəti, Türkiyənin əleyhinə olmaqla müttəfiqlik əlaqələrinə zərbədir".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə deyib ki, Türkiyənin Afrindəki antiterror əməliyyatlarına müəyyən mənada Rusiya dəstək nümayiş etdirir. Onun sözlərinə görə, Moskva Ankaranın Suriyadakı antiterror əməliyyatlarını haqlı olaraq görməməzlikdən gəlir: "Türkiyə sərhəddi pozan Rusiyanın hərbi təyyarəsini vurduqdan sonra iki ölkə arasındakı münasibətlər gərginləşdi. O zaman rusiyalı rəsmilər və hərbçilər deyirdilər: "Türkiyənin cəsarəti varsa hərbi təyyarəsi və hərbi texnikası Suriya sərhəddini pozsun". Həqiqətən o günlərdə Türkiyə Suriya sərhəddində suyu üfürə-üfürə içirdi. Bilirdi ki, Rusiya məqam axtarır ki, Türkiyənin təyyarəsini vursun və Ankaradan intiqam alaraq hesabı 1-1 etsin. Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğanın vurulan təyyarəyə görə rusiyalı həmkarından üzr istəməsi strateji baxımından doğru addım idi. Əgər iki ölkə arasında münasibətlər gərgin olsaydı, Türkiyə ordusu bu gün Suriya ərazisində əməliyyat həyata keçirə bilərdimi? Əsla. İndi isə Rusiya Türkiyə ordusunun Suriyadakı hərbi əməliyyatına faktiki gözünü yumub, vəziyyətin bu həddə çatmasında Amerikanı ittiham edir, radikal kürdlər isə Moskvanı xəyanətdə ittiham edirlər. Yəni tam Türkiyəyə uyğun bir durum". Elxan Şahinoğlu qeyd edib ki, Türkiyə ordusunun Suriya ərazisindəki ikinci hərbi əməliyyatı Fətullah Gülən tərəfdarlarının il yarım bundan əvvəlki ordu içindəki təxribatını da unutdurdu: "2016-cı ildə hərbi çevrilişə cəhd və həbslər açıq demək lazımdır ki, Türkiyə ordusunun nüfuzuna zərbə vurdu. Türkiyə ordusunun Suriyadakı iki uğurlu hərbi əməliyyatı ordunun nüfuzunu yenidən özünə qaytardı. "Türkiyədə o qədər pilot həbs olunub ki, hərbi təyyarələri havaya qaldıra biləcək kimsə qalmayıb" mifinə də son hərbi əməliyyatla son qoyuldu. Türkiyədə hərbi tapşırığı uğurla yerinə yetirəcək kifayət qədər peşəkar pilot var". Politoloq deyir ki, Türkiyə Suriyada antiterror əməliyyatı apardığı ərəfədə ən çox eşitdiyim tezis budur: "Türkiyə qonşu dövlətdə təhlükəsizliyini artırmaq üçün hərbi əməliyyat həyata keçirdiyi halda biz niyə öz ərazimizdə eyni hərbi əməliyyat həyata keçirib işğala qon qoymayaq?" Məntiqli sualdır. Ancaq Türkiyənin həyata keçirdiyi hərbi əməliyyatdan əvvəl Ankara fəal diplomatik təmaslara baş vurdu, Moskvaya, Vaşinqtona, Tehrana və digər paytaxtlara hərbi əməliyyatın məqsədi izah edildi, razılıq alındı və düyməyə basıldı: "Gələcəkdə elə etmək lazımdır ki, bizim qonşular da Azərbaycan ordusunun öz torpaqlarında hərbi əməliyyatına mane olmasınlar, apreldə olduğu kimi Kremldən Bakıya "hücumu dayandırın!" kimi mesaj göndərilməsin. Bunun üçün isə Türkiyənin təcrübəsi öyrənilməli, qardaş dövlətdə olduğu kimi Azərbaycan Xarici İşlər Nazirli ilə Müdafiə Nazirliyi birgə çalışmalı, ortaq strategiya formalaşdırmalıdırlar".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31