NASA yad planetdəki “Heykəltaraş”ın görüntülərini PAYLAŞDI
Amerika Aviasiya və Kosmik Agentliyi (NASA) Yerdən təxminən 500 milyon işıq ili məsafədə yerləşən “Heykəltaraş” (Sculptor) ulduz qrupuna aid çarxabənzər qalaktikanın görüntülərini paylaşıb. Görüntülər “Hubble” teleskopu vasitəsilə lentə alınıb. NASA iki qalaktikanın toqquşması nəticəsində meydana gələn və at arabasının çarxına bənzəyən qalaktikanın hazırkı vəziyyəti ilə yanaşı, əvvəlki fotolarını da paylaşıb.
22 Yanvar 2018 13:27 DünyaAmerika Aviasiya və Kosmik Agentliyi (NASA) Yerdən təxminən 500 milyon işıq ili məsafədə yerləşən "Heykəltaraş" (Sculptor) ulduz qrupuna aid çarxabənzər qalaktikanın görüntülərini paylaşıb. Görüntülər "Hubble" teleskopu vasitəsilə lentə alınıb. NASA iki qalaktikanın toqquşması nəticəsində meydana gələn və at arabasının çarxına bənzəyən qalaktikanın hazırkı vəziyyəti ilə yanaşı, əvvəlki fotolarını da paylaşıb.
Fotolarda halqa şəklində olan bir qalaktikanın daha geniş digər qalaktika ilə toqquşması nəticəsində mərkəzdən kənarlara doğru qaz və toz buludlarını dağıdan şok dalğaları yarandığı görünür.
Qeyd edək ki, bu qalaktika ilk dəfə Böyük Britaniyanın "Şmidt" teleskopu tərəfindən kəşf edilib. Daha sonra Avstraliya teleskopları tərəfindən detallı şəkildə öyrənilib. Publika.az
