Makedoniya adını dəyişir
Makedoniya hökuməti ölkənin adını dəyişdirmək barədə qərar verib. Bu barədə Makedoniyanın baş naziri Zoran Zayev açıqlama verərkən deyib. Baş nazirin sözlərinə görə, Makedoniyanın yeni adı referendumlaa müəyyənləşdiriləcək.
22 Yanvar 2018 07:55 DünyaMakedoniya hökuməti ölkənin adını dəyişdirmək barədə qərar verib. Bu barədə Makedoniyanın baş naziri Zoran Zayev açıqlama verərkən deyib. Baş nazirin sözlərinə görə, Makedoniyanın yeni adı referendumlaa müəyyənləşdiriləcək.
Yunanıstanın narazılığı nəticəsində bu qərar qəbul olunub. Belə ki, Yunanıstanda Makedoniya adlı region var və rəsmi Afina bunu əsas gətirərək qonşusunun eyniadlı olmasını istəmir.
Ölkə mətbuatı Yeni Makedoniya Respublikası, Şimali Makedoniya Respublikası, Yuxarı Makedoniya Respublikası, Makedoniya Vardar Respublikası və Makedoniya Respublikası adlarının ümumxalq səsverməsinə çıxarıla biləcəyi yazılır. //oxu.az