Dünya
Jirinovski 2014-cü ildə... – Kiyevə edilən zəngin ŞOK DETALLARI
Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski 2014-cü ildə Ukrayna Ali Radasının spikeri Andrey Parubiyə zəng edərək onu Ukraynaya qoşunları daxil etməklə hədələyib.
Ərdoğan 3 milyondan çox suriyalı qaçqını qaytarır
Türkiyə sayı 3 milyonu keçən suriyalı qaçqınları geri göndərəcək. Bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Türkiyəli lider onların qaytarılacağı yeri də açıqlayıb. Belə ki, R.T.Ərdoğan vurğulayıb: "Qaçqınları Suriyada terrorçulardan təmizlənmiş ərazilərə qaytaracağıq".
ABŞ, İngiltərə və Almaniya... – Türkiyəyə qarşı ittifaqı ETİRAF ETDİLƏR
Onlarla xarici döyüşçü Afrinda Türkiyəyə qarşı döyüşür. Bu haqda PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı qanadı YPG-nin sözçüsü Redur Xəlil “Röyters” agentliyinə açıqlamasında bildirib. Onun sözlərinə görə, ABŞ, İngiltərə və Almaniya vətəndaşları PYD-nin sıralarında Türkiyəyə qarşı döyüşlərdə iştirak edir.
SON DƏQİQƏ! Güclü zəlzələ Yaponiyanı təşvişə saldı - 6,2 bal
Yaponiyanın şimal-şərqində güclü zəlzələ baş verib. Məlumata görə, Yaponiya Baş Meteoroloji İdarəsi yeraltı təkanların 6,2 bal gücündə olması barədə xəbər yayıb. İdarənin yaydığı məlumata görə, təkanların episentri Sakit okeanda Xokkaydo adasından cənubda 30 kilometr dərinlikdə qeydə alınıb.
Almaniya hökuməti Türkiyənin Afrin əməliyyatından narahatlığını ifadə edib
Almaniya hökuməti TürkiyəninSuriyanın Afrin bölgəsində həyata keçirdiyi hərbi kampaniya barədə məlumatları narahatlıqla izləyir. Məlumata görə, bu barədə AlmaniyaNazirlər Kabinetinin rəsmi nümayəndəsinin müavini Ulrike Demmer deyib. O bildirib ki, Almaniya hökuməti Suriyanın ərazi bütövlüyünün qorunması ilə bağlı BMT TŞ-nin qətnaməsinə tərəfdardır.
Oliqarxlar toparlandı: Sarkisyana qarşı kompramatlar...
Erməni oliqarxları Ermənistan Respublika Partiyasının prezidentliyə namizədi Armen Sərkisyana qarşı çıxıblar. Bu barədə informasiyanı “Jamanak” qəzeti yayıb. “Bir çox erməni oliqarx ölkə bazarında Armen Sərkisyanın simasında yeni rəqibin peyda olacağından qorxur. Onlar əmindirlər ki, Sərkisyan bir neçə biznes sferasını ələ keçirməyi planlaşdırır. Böyük ehtimalla yaxın gələcəkdə oliqarxlar Armen Sərkisyanın prezidentlikdən imtinasına gətirib çıxaracaq yeni informasiyalar yayacaqlar”, – deyə məqalədə bildirilib.
ABŞ Rusiyaya qarşı yeni nüvə bombası hazırlayır
ABŞ Nüvə Təhlükəsizliyi Milli İdarəsi yeni nüvə döyüş başlıqlarının yaradılması proqramına başlayıb. Bunu “Defens Nyus”a müsahibəsində idarənin rəhbəri Frenk Klots söyləyib. Onun sözlərinı görə, yeni nüvə başlıqları sualtı gəmilərdəki ballistik raketlər üçün nəzərdə tutulub. Bu başlıqların daha az təsir imkanları olacağı vurğulanıb. Klots həmçinin B61-12 bombardmançılarının bombalarının, eləcə W80-4 qanadlı raketlərinin döyüş başlıqlarının modernləşdiriləcəyini bildirib.
Afrin əməliyyatları daha 2 türk əsgərini yaraladı
Türkiyənin Afrində keçirdiyi əməliyyatlar zamanı daha 2 hərbçisi yaralanıb. Məlumata görə, yaralıların Suriya ilə sərhəddə Hatay vilayətində xəstəxanaya yerləşdirildiyi bildirilib. Yaralıların vəziyyəti barədə məlumat verilməyib.
Ərdoğandan SƏRT BƏYANAT
“Biz əslində kimin harada dayandığını çox yaxşı bilirik. İŞİD bəhanəsi ilə Afrini terror dəhlizinə təslim etmək istəyənlər indi İŞİD-lə birlikdə açıq şəkildə döyüşürlər”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Sarayında 44-cü muxtarlar toplantısında deyib. PYD və İŞİD-in bir medalyonun iki üzü olduğunu deyən Ərdoğan bölgənin İŞİD-dən təmizlənməsinə baxmayaraq, Türkiyəyə sığınan yüz minlərlə insanın evlərinə qayıtmadığını bildirib.
Ermənistanı bu təhlükə gözləyir
Ermənistan hakimiyyəti biznes dostlarına vergiləri ödəməməyə və gəlirləri ofşorlarda gizlətməyə kömək edir, dövlət büdcəsi isə faktiki olaraq əhalinin hesabına doldurulur. Bunu müsahibəsində ukraynalı ekspert Aleksandr Oxrimenko deyib.
Sərxoş kişinin başı dəmir barmaqlıların arasında qaldı - VİDEO
Çində qəribə hadisə baş verib. Çinin Harbin şəhərindəki polis idarəsinin nəzarət kamerasına salınan sərxoş kişi başını dəmir barmaqlıqların arasına salıb, sonra da çıxara bilməyib. Polisin verdiyi məlumata görə o, sərxoş halda avtomobil idarə etdiyinə görə saxlanılıb.
24 yaşlı oğlan 8 qız uşağını zorlayıb, öldürüb
Zorlanaraq öldürülən 7 yaşlı Zeynəbin və başqa 7 qız uşağının qətlində şübhəli bilinən şəxs saxlanılıb. Uzun müddətdir axtarışda olan, tapılmadığına görə ölkədə etiraz aksiyalarının keçirilməsinə səbəb olan şübhəlinin adı Məhəmməd İmrandır. Onun 24 yaşı var. O, Zeynəbi zorlayıb öldürdüyü Kasur vilayətində saxlanılıb.
Türkiyənin işi haqq işidir
Bu günlər bütün dünya demək olar ki, Türkiyənin Suriyada həyata keçirdiyi antiterror əməliyyatından danışır. Buna görə Türkiyəni haqlı sayanlar da var, ona qarşı çıxanlar da. Ancaq qəribəsi odur ki, Türkiyənin Suriyada həyata keçirdiyi antiterror əməliyyatına qarşı çıxan dövlətlər zaman-zaman beynəlxalq terrorizmə qarşı mübarizə aparılmasının zəruriliyini vurğulayanlardır.
Qətərin rəsmi mövqeyi: "Türkiyəni dəstəkləyirik, lazım gəlsə..."
Qətərin müdafiə naziri Əl-Attiyə Türkiyənin müdafiə naziri Nurəddin Canikli ilə "Zeytin Dali" əməliyyatını müzakirə edib. Nazirin bəyanatına əsasən, Qətər "Zeytin Dalı" əməliyyatında sona qədər Türkiyəni dəstəkləyəcək və lazım gəlsə, hərəkata lazım olan bütün dəstəyi verəcək.














