Dünya

Toyda biabırçılıq: bəy içib dalaşdı, gəlin polisə tüpürdü

25 Yanvar 2018 15:42

44 yaşlı Nil Con Dreyperlə 39 yaşlı Kira Andrea Dreyperin toy günü onların, gerçəkdən də, unutmayacaqları bir zaman kəsiminə çevrilib. Onların ikisi də toy gecəsini İngiltərənin Kambriya qraflığındakı Barou şəhərində, polis idarələrindən birindəki kamerada keçiriblər.

14 yaşlı qızı xalasının əri zorladı: anası 3 il gizlətdi - Evdə yox idilər ...

25 Yanvar 2018 15:37

Türkiyənin Aydın vilayətinin Nazilli qəsəbəsində arvadının bacısı qızı İ.M.Ş.-ə 8 il ərzində fərqli vaxtlarda təcavüz etdiyi iddia edilən S.D.-ya (64) hökm oxunub. Şübhəli 12 il 6 ay azadlıqdan məhrum edilib.

Trampdan növbəti qərar: Maliyyə dayandırılır

25 Yanvar 2018 15:35

ABŞ Prezidenti Donald Tramp administrasiyası 2025-ci ilədək Beynəlxalq Kosmos Stansiyasını maliyyələşdirməyi dayandırmağı planlaşdırır. Buna əsas səbəb stansiyanın saxlanılmasına böyük məbləğin tələb olunması və bunun Amerika kosmonavtikasının inkişafına mane olmasıdır.

“Zeytun budağı” əməliyyatı zamanı terrorçular həbs olundu

25 Yanvar 2018 15:27

Türk Silahlı Qüvvələrinin Afrində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı zamanı 7 terrorçu saxlanılıb. Olaylar.az bildirir ki, saxlanılan terrorçulara Türkiyənin Hatay vilayətyinə gətirilib.

Erməni yalanının ifşası Pakistan mətbuatında davam edir

25 Yanvar 2018 15:25

ONN media xəbər verir ki, növbəti dəfə də Pakistan Respublikasının nifuzlu mətbu orqanlarından biri olan National Herald Tribune qəzeti “Turan Araşdırma Mərkəzi” İB-nin sədri filoloq-tarixçi, türkoloq, professor Əjdər İsmayılovun erməni tarixşünaslığının şah damarını kəsən əsəri, “erməni xalqının saxta “tarixi” üç türk dövlətinin (Biaini, Arme, Part/Parfya) mifoloji və filoloji tarixidir” seriyasından “Moisey Xorenatsi anonim keşiş müəllifdir” kitabı haqda Pakistan içtimaiyyətinə geniş məlumat verib.

Qərbin gələcəyi Ukraynadan asılıdır - Poroşenko

25 Yanvar 2018 15:05

Qərb sivilizasiyasının gələcəyi üçün Ukraynaya yardım edilməlidir. Bunu Ukrayna Prezidenti Pyotr Poroşenko söyləyib. Onun sözlərinə görə, Ukrayna hazırda bütün dünyanı Rusiyadan müdafiə edir: “Rusiya hazırda bütün dünyaya yalan xəbərləri yaymaqla məşğuldur.

Baş nazir: Afrində əməliyyat uğurla davam edir, 300-ə yaxın terrorçu zərərsizləşdirilib

25 Yanvar 2018 14:57

Afrində “Zeytun budağı” əməliyyatı uğurla davam edir, əməliyyat müddətində 300-ə yaxın terrorçu zərərsizləşdirilib. Məlumata görə, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım deyib. O qeyd edib ki, bu əməliyyat həmçinin, Avropanın marağındadır, çünki onun təhlükəsizliyi Türkiyədən başlayır. B.Yıldırımın sözlərinə görə, “Zeytun budağı” əməliyyatı Türkiyənin iqtisadiyyatına təsir göstərməyəcək.

Netanyahu Moskvaya gəlir

25 Yanvar 2018 14:54

İsrailin baş naziri Benyamin Netanyahu yanvarın 29-da Moskvaya səfər edəcək. Trend-in məlumatına görə, İsrail hökumətinin dəftərxanası səfrin tarixi barədə bildirməklə yanaşı, baş nazirin Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyini də qeyd edib.

Avropa Məhkəməsi Azərbaycanla bağlı statistikanı açıqladı

25 Yanvar 2018 14:48

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) ötən il Azərbaycanla bağlı 97 qərar qəbul edib. Bu barədə AİHM-ın “2017-ci il ərzində fəaliyyətin icmalı” illik hesabatında bildirilir. İcmalda yer alan məlumata əsasən, ötən il ərzində AİHM-ə Azərbaycan üzrə 679 ərizə təqdim olunub. Onların 210-u qəbul olunmayıb, 97-si üzrə qərar çıxarılıb.

İki alpinist qarlı dağlarda itdi - Rusiyada

25 Yanvar 2018 14:36

Rusiyada Elbrus zirvəsində iki belaruslu alpinist itkin düşüb. Alpinistlərin axtarışına Kabarda-Balkar Fövqəladə Hallar Nazirliyinin 8 xilasedicisi cəlb edilib.

Qadın ölən bacı və qardaşını adyalla sarıyıb 8 il evində saxladı

25 Yanvar 2018 14:19

Rusiyanın paytaxtı Moskvada 77 yaşlı qadının illər əvvəl ölən qardaş və bacısını mumyalayıb, evində saxladığı aşkarlanıb. 77 yaşlı qadının Moskvanın Podols səmtindəki evindən iki cəsəd tapılıb. Qadın bildirib ki, 7,9 il əvvəl ölən qardaş, bacısının yas mərasimi xərclərini qarşılaya bilmədiyinə görə onları adyala bürüyüb, evində saxlayıb.

Şiddətli döyüşlər: ruslar geri çəkildi, türk ordusu YENİ CƏBHƏ AÇDI

25 Yanvar 2018 14:17

Türkiyənin Afrin əməliyyatında yeni cəbhə açılıb. Rus əsgərləri Afrinin Əsəd nəzarətindəki ərazilərə çıxış qapısı olan Tel Rıfatdan çəkilib. Məlumatlara görə, 80-ə yaxın rus əsgəri Əsədin nəzarətindəki Nubl-Zehra bölgəsinə keçib. Beləliklə, PKK/PYD/YPG işğalındakı Afrində heç bir rus əsgəri qalmayıb. Bu türk ordusunun daha rahat hərəkət etməsinə imkan yaradıb.

Vaşinqton Ankara ilə hesablaşmaq məcburiyyətində

25 Yanvar 2018 14:14

Artıq bir neçə gündür ki, qardaş Türkiyə Suriyada PKK-YPĞ/PYD-yə qarşı uğurlu antiterro əməliyyatları həyata keçirir. “Zeytun budağı” adı altında həyata keçirilən antiterror əməliyyatları elə ilk gündəcə öz müsbət nəticələrini verib və xeyli sayda terrorçu Türkiyə Silahlı Qüvvələri tərəfindən zərərsizləşdirilib. Hazırda da qardaş ölkə Susiyanın Afrin bölgəsində antiterror əməliyyatlarını davam etdirir və terrorçulara qarşı sarsıdıcı zərbələr endirilir. Bu arada Türkiyənin Suriyada həyata keçirdiyi antiterror əməliyyatlarına beynəlxalq ictimaiyyətin mövqeyi kifayət qədər maraq çəkib. Əksəriyyət ölkələr rəsmi Ankaranı haq işi uğrunda apardığı mübarizəyə görə təqdir etsə də, lakin Türkiyənin antiterror əməliyyatlarını tənqid edən, hətta Ankaradan qısa müddətdə Suriyanı tərk etməyi tələbində olan dövlətlər də üzə çıxıb. Belə ki, İran İslam Respublikası, Misir və Fransa Türkiyənin Suriyada həyata keçirdiyi amntiterror əməliyyatlarını pisləyib. Birləşmiş Ştatlar isə Ankaranın Suriya ərazisində antiterror əməliyyatları həyata keçirməsindən rahatsız olduğunu dilə gətirib. Vəziyyət o həddə çatıb ki, hətta Birləşmiş Ştatlar prezidenti Donald Tramp Türkiyənin Suriyada apardığı antiterror əməliyyatları ilə əlaqədar qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğana zəng etmək məcburiyyətində qalıb.

Hərbi xidmət könüllü, müqaviləli və ödənişli olacaq

25 Yanvar 2018 13:54

“Müdafiə Nazirliyinin yeni konsepsiyasında fəal hərbi ehtiyatın üç forması - könüllü, müqaviləli və ödənişli hərbi xidmətin tətbiqi nəzərdə tutulub”. Məlumata əsasən, bu barədə Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili hökumətin iclasında deyib.

Ərlə arvadı öldürdülər, orqanlarını çıxardılar, yedilər - Braziliyada şok cinayət

25 Yanvar 2018 13:48

Yuvenal və Kristina Amaralın cəsədləri Braziliyanın Baiya ştatındakı Kamasari şəhərinin kənarında, ağaclıqda basdırılmışdı. Polisdən verilən məlumata görə, Kristina Amaralın analıq yolu və digər daxili orqanları kəsilib götürülübmüş.