Dünya
Makron Avropaya çağırış etdi
Fransa prezidenti Emmanuel Makron Avrpanı daha çox siyasi və iqtisadi islahatlar aparmağa səsləyib. Məlumata görə, Fransa prezidenti Emmanuel Makron Davos İqtisadi Forumunda çıxışı zamanı sürətli islahatların həyata keçirilməsi fikrini dəstəklədiyini bəyan edib.
İngilislər İrəvana sərmayəni 16 dəfə azaltdı
Ermənistan hökuməti Britaniyadakı səfir Armen Sərkisyanın prezident olması nəticəsində ölkəyə çoxlu investisiya cəlb olunacağına ümid edir. Bu iddia ilə Ermənistanın “Joxovurd” qəzeti çıxış edib.
İtaliyada qatar qəzası – Ölən və yaralananlar var
İtaliyanın Milan şəhərində qatar qəzası baş verib. Olaylar.az bildirir ki, relsdən çıxan qatar ən azı iki nəfərin ölümünə, yüzdən çox insanın yaralanmasına səbəb olduğu bildirilir. 5 nəfərin də dağıntılar altında qaldığı açıqlanıb.
Davosda Türkiyəni “topa tutdu”: “2015-ci ilin əvvəlində...”
Yunanıstanın baş naziri Aleksis Çipras İsveçrənin Davos qəsəbəsində keçirilən Dünya İqtisadi Forumunda Türkiyə əleyhinə gərginliyi artıracaq ifadələr işlədib. Baş nazir Aralıq dənizi regionunda sabitlik və miqrant böhranı ilə bağlı konfransda çıxışı zamanı Türkiyəni “aqressiv qonşu” adlandırıb. Çipras 2015-ci ilin əvvəlində iqtidara gələndə Yunanıstanın yalnız iqtisadi böhran və miqrant problemi ilə deyil, eyni zamanda, “Egeydə təxmin edilməsi mümkün olmayan hərbi həmlələr edən aqressiv bir qonşu” ilə məşğul olmaq məcburiyyətində qaldığını söyləyib.
Papa yenə Trampa İLİŞDİ: "İlk yalan danışan ilan..."
Hər mövzuda ABŞ prezidenti Donald Trampa əks fikirlər söyləyən Roma Papası bu dəfə prezidentin “yalan xəbər” ifadələrinə “ilişib”. Papa dünyada ilk yalan xəbər müjdəçisinin Həvvanı qadağan olunmuş ağacın meyvəsini yeməyə razı salan ilan olduğunu deyib. Xristian kilsəsinin başçısı katoklilərin bu il 52-ci dəfə təşkil edəcəyi “Dünya Sosial Əlaqə Günü” mərasimi üçün “saxta xəbərlər və sülh jurnalistliyi” başlıqlı mesaj yayımlayıb.
Duqindən şok: ABŞ səssiz qalmayacaq, Türkiyə…
Rusiya “Zeytun budağı” əməliyyatlarına ABŞ-ın Suriyadakı varlığından narahat olduğu üçün icazə verib. Bu sözləri “Aydınlıq” qəzetinə açıqlamasında rusiyalı filosof və ideoloq Aleksandr Duqin söyləyib. Onun sözlərinə görə, ABŞ-ın “Böyük Yaxın Şərq” layihəsi artıq məhv olub və onların əlində yalnız kürd kartından başqa heç nə qalmayıb: “Bu əməliyyatı analiz edən zamanı kürd faktorunu diqqətə almalı və onların Amerika strategiyasının bir vasitəsi olduqlarını unutmamalıyıq.
Kərkükdə terror
İraqın Kərkük şəhərinə yaxın ərazidə yerləşən Dakuk qəsəbəsində terror hadisəsi baş verib. Olaylar.az bildirir ki, partlayıcı qurğu yerləşdirilmiş avtomobil partladılıb. Avtomobil məscid yaxınlığında saxlanılan avtomobil uzaqdan idarəetmə ilə partladılıb. Partlayış insanların məscidə gəldiyi saatlarda həyata keçirilib.
Türkiyə ilk dəfə Suriyanın Mənbic şəhərinə zərbələr endirdi
Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) "Zeytun budağı" əməliyyatı çərçivəsində ilk dəfə Suriyanın Mənbic şəhərinə aviazərbələr endirib. Həmin ərazilərin PYD və YPG terror təşkilatlarının nəzarətində olduğu bildirilir. Zərbələr nəticəsində YPG-nin qərargahlarından biri darmadağın edilib.
AKP-dən HDP-yə: Mövqeyini bəlli et!
AKP, MHP və CHP Afrin əməliyyatları məsələsində müttəfiqdirlər, HDP də bu məsələdə mövqeyini bəlli etməlidir. Bunu jurnalistlərə açıqlamasında Türkiyə Mədəniyyət və Turizm naziri Numan Qurtulmuş söyləyib. “Türkiyədə əhali və 3 siyasi partiya milli məsələdə ittifaqa girib. Burada əslində HDP-ni böyük sınaq gözləyir. Əgər HDP Türkiyəyə bağlıdırsa və bu torpaqlara aidiyyəti varsa, bizimlə ittifaqa girməyə məcburdur”, – deyə o bildirib.
Səməd Seyidov: “Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi əməliyyat terrora qarşı mübarizədir”
“Hər birimiz görürük ki, hamımız terrordan əziyyət çəkirik. Təkcə Türkiyə yox, Belçika, Fransa, Niderland, Böyük Britaniya, Azərbaycan da terrordan əziyyət çəkən ölkələrdir”. “Olaylar” xəbər verir ki, bunu AŞPA-nın sessiyasında “Türkiyənin Suriyaya hərbi müdaxiləsi” mövzusunda keçirilən müzakirələrdə Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.
Şəhid adları mərmidə
Türkiyə Silahlı Qüvvələri Afrində həyat keçirdiyi “Zeytun budağı” əməliyyatı zaman şəhid olan əsgərləri unutmadılar. Olaylar.az bildirir ki, əməliyyatda iştirak edən əsgərlər terrorçuları hədəf aldıqları mərmilərin üzərinə şəhid dostlarını adlarını yazıblar.
XİN rəhbərləri konqresə hazırlıqdan danışıblar
Rusiyanın xarici işlər naziri Sergey Lavrovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub. Məlumata görə, nazirlər Soçidə keçiriləcək Suriya milli dialoqu konqresinə hazırlıq məsələsini müzakirə ediblər.
Manyak həkim 175 il həbs aldı - ABŞ idmanında qalmaqal - VİDEO
ABŞ-ın idman gimnastikası üzrə sabiq baş həkimi Larri Nassar 175 il müddətinə azadlıqdan məhrum olunub. O, yetkinlik yaşına çatmamışlara tibbi prosedurlar adı ilə təcavüz etməkdə suçlanır. 54 yaşlı L.Nassar ilkin olaraq 7 qıza təcavüzdə ittiham olunurdu. Lakin məhkəmədə 156 qadın və onların qohumları Nassarı zorakılıqdla suçlayıblar.
Bu dəfə 10 gün sürə bilər - İstanbul və Bursada reyslər təxirə salındı
İstanbulda yenə dəniz reysləri təxirə salınıb. Türkiyənin Dəniz Nəqliyyatı İdarəsi belə bir qərarın qəbul edilməsini hazırda İstanbulda hökm sürən qeyri-sabit hava şəraiti ilə əlaqələndirib.
Qətər Əmiri "Zeytun budağı" hərbi əməliyyatını dəstəkləyir
Qətər Əmiri şeyx Təmim bin Həməd Al Tani Türkiyənin Suriyanın Afrin bölgəsində apardığı hərbi əməliyyatı dəstəkləyir. Qətər Əmiri ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı öz dəstəyini ifadə edib.












