Dünya
2 yaşlı qız siqaret çəkir, söyüş söyür - Valideynləri də baxıb gülür - VİDEO
Polis sosial şəbəkədə videosu yayılan 2 yaşlı qızın valideynlərini axtarır. Videoda təxminən 2 yaşı olan qızın siqaret çəkməsi, söyüş söyməsi əks olunub. Kadrlar Rusiyanın Vladikavkaz bölgəsində çəkilib. Kameraya uşağın valideynlərinin də səsi düşüb. Onlar videoda gülür, uşağa söyüş öyrədirlər. Uşağın siqaret çəkərkən öskürməməsindən məlum olur ki, siqaret çəkməsi ilk dəfə deyil, o, artıq öyrəşib.
Almaniya: Türkiyənin Afrində bizim tanklardan istifadəsi...
Afrində alman istehsalı olan "Leopard" tanklarından istifadə edilməsinə qarışa bilmərik. Bu barədə Almaniya Daxili İşlər Nazirliyinin rəsmi təmsilçisi Yohannes Dimrot bildirib. Dimrot məscidlərə edilən hücumlar barədə də danışaraq qeyd edib ki, belə olaylar qəbuledilməzdir və cinayətdir: "Bu hücumlar pislənilməlidir. Bizim baxışımız budur".
Pxenyan bütün koreyalıları birləşməyə çağırdı
Şimali Koreya rəhbərliyi dünyadakı bütün koreyaları inkişaf və əməkdaşlığın möhkəmləndirilməsi üçün birləşməyə çağırıb. Bu barədə Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyindən bildirilib. “Hər iki Koreyanın vətəndaşları yarımadada dinc bir iqlimə kömək edəcək azad hərəkət imkanlarına sahib olmalıdır”, - Şimali Koreyanın bəyanatında deyilib.
Jirinovski: Bu ölkəni bombardman edəcəyik
Biz tezliklə Ukrayna şəhərlərini bombardman edəcəyik. Bunu Rusiya Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovski söyləyib.
Rusiyada 6,3 bal gücündə zəlzələ olub
Rusiyada bu gün səhər saatlarında güclü zəlzələ qeydə alınıb. Zəlzələnin episentri ölkənin Kamçatka vilayətindən Komandor adaları istiqamətində olub. İlkin məlumatlara görə, yeraltı təkanların dərinliyi Nikolskoye qəsəbəsindən 46 km cənub-şərqdə, 10 km-ə yaxın olub.
Saakaşvilidən Putin haqda sensasiyalı sözlər: O yanılmır...
Biz hakimiyyətə gəlsək, real dəyişikliklər üçün az vaxtımız olacaq. Bunu Rusiyanın “Novaya qazeta” qəzetinə müsahibəsində Mixail Saakaşvili söyləyib.
12 ildən sonra ilk dəfə…
Türkiyənin məşhur müğənnisi Seda Sayanın Show Tv ekranlarında yayımlanan proqramı 3 efirdən uzaq tutulub. Olaylar.az bildirir ki, verilişin yayımlanmama səbəbi proqrama Türkiyə Radio və Televiziya Qurumundan gələn cəzadı.
İstanbul və Bursada reyslər təxirə salındı - bu dəfə 10 gün sürə bilər
Rusiyada içərisində azərbaycanlıların da olduğu gəmi yoxa çıxıb
Tramp Ərdoğanla Suriyadakı hadisələri müzakirə etdi
ABŞ prezidenti Donald Trampla türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Telefon danışığı Amerika tərəfinin təşəbbüsü ilə baş tutub.
Yaşayış binasında partlayış
Rusiyanın Yekaterinburq şəhərində çoxmərtəbəli yaşayış binasında partlayış baş verib. Nəticədə 5-i uşaq olmaqla 11 nəfər xəsarət alıb. İlkin məlumata görə, mənzillərdən birində qaz partlayıb.
Öldürülən terrorçuların sayını açıqladı
Türkiyə Silahlı qüvvələrinin Baş qərargahı Azad Suriya Ordusu (ASO) ilə birgə Suriyanın Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatında öldürülən YPG və İŞİD terrorçularının sayını açıqlayıb. 5 gündür davam edən əməliyyatın gedişatında ən azı 287 terrorçu öldürülüb.
Dünyada ən populyar smartfon bəlli olub
2017-ci ilin dördüncü rübünün yekununa görə, “iPhone X” dünyada ən çox satılan smartfon olub. “Apple” şirkəti sonuncu rübdə 29 milyon adı çəkilən smartfon tədarük edib. Bu haqda “Canalys” analitik şirkəti məlumat verib.
Ucuz avtomobil hazırlamaq üçün lif yaradılıb
ABŞ-ın Milli Bərpa Olunan Enerji Laboratoriyasının tədqiqatçılar qrupu tərəfindən saman və qarğıdalı qıçalarından ibarət karbon lif yaradılıb. Alimlər güman edirlər ki, bu, ucuz avtomobilləri hazırlamaq, o cümlədən atmosferə atılan karbon dioksidin (CO2) səviyyəsini azaltmağa imkan verəcək.
Barmaq izi skaneri “LCD” ekrana quraşdırılıb
Yaponiyanın “Japan Display” maye-kristal panellər istehsalçısı şüşə əsasında şəffaf barmaq izi skaneri hazırlayıb. Yeni texnologiyanın “Synaptics” və “Qualcomm” şirkətlərinin texnologiyalarından əsas fərqi ondan ibarətdir ki, daktiloskopik ötürücü ekran altında deyil, bilavasitə displeydə quraşdırılıb.








.jpg)





