Rusiyada içərisində azərbaycanlıların da olduğu gəmi yoxa çıxıb

Rusiyanın Primorsk diyarında yoxa çıxan balıqçı gəmisinin axtarışına iki sahil mühafizəsi gəmisi və iki vertolyot cəlb edilib.

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, gəmidə Rusiya vətəndaşları ilə yanaşı, əcnəbilərin olduğu da deyilir. İtkin düşənlərin arasında azərbaycanlılar da var. 

Hazırda axtarışlar davam etdirilir.

***

Rusiyanın Primorsk diyarında balıqçı gəmisi yoxa çıxıb.

APA-nın məlumatına görə, bu barədə "İnterfaks" agentliyi xəbər verib.

İlkin məlumata əsasən, gəmidə 21 heyət üzvü olub.

Gəminin axtarışına sahil mühafizəsinin gəmiləri cəlb edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31