Dünya

Aktrisa serialının bitməsinə sevindi: V"Yaxşı oldu"

25 Yanvar 2018 18:50

Aktrisa Öykü Karayel sevgilisi Can Bonomo ilə birlikdə “Ölümlü dünya” filminin qala gecəsinə qatılıb.  Aktrisa çəkildiyi “Kalp atışı” serialının gələn həftə finala çıxacağını təsdiqləyib.

MADO satıldı

25 Yanvar 2018 18:34

Türkiyənin məşhur MADO şirkətinin 42 faizi satılıb. Şirkətin səhmləri Qətərin “Əl Sraiya” və “Venture Kapital” şirkəti tərəfindən alınıb. MADO-nun baş direktoru Gürol Çıragöz satışla bağlı məlumatı təsdiqləyib: “20 ölkədə 50 mağazamız var. Bunu daha da artırmaq və qlobal oyunçu olmaq niyyətindəyik. Bu ortaqlıq hədəflərimizi həyata keçirməyə dəstək verəcək”.

Qəzaya düşənlərə xilas etmək üçün getdi, öz qızı maşının altında qaldı - VİDEO

25 Yanvar 2018 18:17

Türkiyədə dəhşətli qəza baş verib.  Qəzada digər maşındakı 18 nəfər də yaralanıb. Qəza saat 21:00 radələrində Konya- Afyonkarahisar magistralının 78-ci kilometrliyində qeydə alınıb. 

Məşhur erməni qız bacısının ərindən uşağa qaldı

25 Yanvar 2018 17:59

Üçüncü uşağını ötən günlərdə qucağına alan erməni əsilli Kim Kardaşyanın daşıyıcı ana olaraq bacısı Kylie Cennerdən istifadə etdiyi iddiası qərbin maqazin gündəmini zəbt edib.

Sena daşdı - Parisi siçovullar basdı

25 Yanvar 2018 17:40

Parisdə Sena çayının daşmasından xilas olmağa çalışan siçovullar küçələri basıb. Məlumata görə, çayın daşması nəticəsində gəmiricilərin yuvaları su altında qalıb.

Almaniyadan şok:  Türkiyəyə “Leopard” satılmayacaq

25 Yanvar 2018 17:08

Türkiyənin Afrində təşkil olunan “Zeytun budağı” əməliyyatında alman istehsalı “Leopard” tanklarından istifadəsi Almaniyada kəskin narazılığa səbəb olub. Almaniya kansleri Angela Merkel Türkiyəyə “Leopard” tanklarının satışını qadağan edib. Hərbi texnikanın satışı ilə bağlı yekun qərarın isə Almaniyada yeni hökumət formalaşdırıldıqdan sonra verilməsi gözlənilir.

Türk ordusunun yeni hədəfi bəlli oldu – Bafelyun

25 Yanvar 2018 17:07

Türkiyə ordusunun Burseya dağı tamamilə ələ keçirildikdən sonrakı hədəfi Bafelyun təpəsi olacaq. Bu barədə Türkiyə mətbuat hərbi mənbələrə istinadən informasiya yayıb. Məlumata görə, Türkiyə ordusu Burseya dağında əməliyyatları davam etdirib. Bir sıra strateji nöqtələr azad edilsə də, kəskin hava şəraiti ordunun irəliləməsinə mane olub. Hücuma ara verən türk ordusu və ASO mövcud mövqelərini müdafiə edib.

Aİ-nin Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsi Bakıya gələcək

25 Yanvar 2018 16:33

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Toivo Klaar fevral ayında Bakıya səfər edəcək. Bu barədə  Avropa İttifaqının mətbuat xidmətindən məlumat verilib. Səfərin dəqiq tarixi hələ müəyyənləşdirilməyib. Məlumata görə, səfər çərçivəsində T.Klaar bir neçə mühüm görüşlər keçirəcək.

Almaniya Türkiyəni jurnalistlər üçün təhlükəli ölkələr siyahısından çıxardı

25 Yanvar 2018 16:31

“Almaniya Türkiyəni jurnalistlər üçün təhlükəli dövlətlər siyahısından çıxarıb”. Bunu Almaniyada çıxan “Süddeutsche Zeitung” qəzeti yazıb. Məqalədə bildirilib ki, Almaniya kansleri Angela Merkel ötən ili noyabrın 14-də Adil Öksüzün tapılması üçün ölkəsinin bütün təhlükəsizlik və kəşfiyyat orqanlarına tapşırıq verib. Vurğulanıb ki, A.Öksüz 2016-cı il iyuun 15-də Türkiydə dövlət çevirlişinə cəhdin əsas fiqurlardan sayılır.

Rusiyanın xalq artisti dünyasını dəyişdi

25 Yanvar 2018 16:28

Rusiyanın xalq artisti Lüdmila Sençina 67 yaşında dünyasını dəyişib. Müğənni-aktrisa Sankt-Peterburqda vəfat edib. Məlumatı sənətçinin prodüser əri Vladimir Andreyev yayıb: "Lüdmila Petrovna bu gün səhər şəhər xəstəxanalarından birində dünyasını dəyişib. O, 6 ay əvvəldən xəstə yatırdı". 

Müharibənin YENİ GÜNÜ: Türk ordusu bu bölgəni ALT-ÜST ETDİ

25 Yanvar 2018 16:05

Afrində Türkiyə ordusu və Azad Suriya Ordusu ilə terrorçular arasında şiddətli döyüşlər davam edir. “Zeytun budağı” əməliyyatının 6-cı günündə Burseya dağı terrorçulardan təmizlənib. Strateji əhəmiyyətə malik olan dağın təmizlənməsi istiqamətində günlərdir toqquşma gedirdi. 

“Türkiyənin təyyarələrini vurmaq üçün hazırıq” - TƏHDİD

25 Yanvar 2018 16:03

Suriya xarici işlər nazirinin müavini Faysal Mekdad Türkiyənin Afrində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatını “işğal” olaraq qiymətləndirib. Suriyalı diplomat Böyük Britaniyanın BBC-yə verdiyi açıqlamasında Türkiyəy' cavab verəcəklərini söyləyib.

Ermənistanın faydalanacağı Rusiya-Gürcüstan sazişi tezliklə işə düşə bilər

25 Yanvar 2018 16:01

“Biz Rusiya ilə Gürcüstan arasında 2011-ci ildə imzalanan gömrük inzibatçılığı və ticarətin monitorinqi haqqında sazişə böyük ümidlər bəsləyirik. Ümid edirik ki, bu saziş regionda ticarətə güclü impuls verəcək”.

İrəvanın ikinci APREL QORXUSU

25 Yanvar 2018 15:58

Ermənistan ordusunda müdafiə naziri Viqen Sarkisyana qarşı gizli təşkilatlanma başlayıb. Ordudakı generallar nazirin “vurulması” üçün gizli görüşlər və məsləhətləşmələr aparırlar. Məlumata görə, erməni generallar apreldə idarəçilik sisteminin dəyişməsindən sonra ordunun taleyinin necə olacağından narahatdırlar. Erməni siyasi şərhçi Naira Ayramyan yazır ki, generallar sistem dəyişikliyindən sonra Azərbaycanın erməni ordusunu Qarabağdan asanlıqla təmizləyəcəyindən qorxurlar.

Ankaradan Vaşinqtonun təklifinə RƏDD CAVABI

25 Yanvar 2018 15:55

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın dövlət katibi Reks Tillersonun Suriyada təhlükəsiz zonanın yaradılması barədə təklifinə ilk dəfə reaksiya verib. Nazir bu məsələnin müzakirəsinin zamanı olmadığını deyib. “Prosesdə ABŞ-a etibar azaldı. Etibar yenidən bərpa edilmədən bu cür məsələləri müzakirə etmək düzgün deyil”, - Türkiyə xarici siyasət idarəsinin başçısı bildirib.