Dünya

Xəstəxanada ŞOK OLAY

26 Yanvar 2018 11:14

Rusiyada xəstəxanaların birində santexnik ustası həkim xalatı geyinərək özünü həkim ginekoloq kimi təqdim edib. Qalmaqallı hadisə ölkənin Sverdlovsk vilayətinin Pervouralsk şəhərində baş verib. 31 yaşlı usta çox sakit və rahat bir şəkildə həkim xalatı ilə içəri girir. Özünü ginekoloq kimi təqdim etdikdən sonra isə bir-birinin ardınca xəstələri qəbul edir. Maraqlısı budur ki, şəxs özünü o qədər rahat aparır ki, nə xəstələr, nə də xəstəxana kollektivi onun kimliyindən şübhə edir. 31 yaşlı fırıldaqçı nə az, nə çox, düz 4 gün xəstəxanada xəstələri qəbul edib.

Türkiyə ermənilərinin döyüş bəyanatı İrəvanı ŞOKA SALDI: "Erməniləri..."

26 Yanvar 2018 11:06

Türkiyə Ermənilərinin Partikliyinin Türkiyə ordusu və Azad Suriya Ordusu (ASO) tərəfindən Afrində keçirdiyi "Zeytun budağı" əməliyyatına dəstək verən bəyanatla çıxış etməsi ermənilərdə şok efekti yaradıb.

Putinin qızı boşandı

26 Yanvar 2018 09:26

Rusiya prezidenti Vladimir Putinin qızı Katerina Tixonova biznesmen həyat yoldaşı Kirill Şamalovdan boşanıb. Adının açıqlanmasını istəməyən 4 mənbə bildirib ki, Şamalovla Putinin kiçik qızı Katerina Tixonovanın birliyi sonlanıb.

Ukraynada vertolyot qəzası: ölənlər var

26 Yanvar 2018 09:19

Ukraynada Mi-8 vertolyotu qəzaya uğrayıb. Bu barədə RİA "Novosti" Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin Poltava vilayəti üzrə mətbuat xidmətinin rəhbəri Svetlana Rıbalkoya istinadən məlumat yayıb. Məlumatda bildirilir ki, vertolyot televiziya qülləsinə çırpılıb və Poltava vilayətinin Kremençuq şəhərində yerə düşüb. Hadisə zamanı vertolyotda 4 nəfər olub. Onların hamısı qəza zamanı həlak olub.

Zəlzələ - 5,1 bal gücündə

26 Yanvar 2018 09:15

Feysbuk və İnstaqram çökdü

26 Yanvar 2018 09:14

Facebook və Instagram sosial şəbəkələrinin istifadəçiləri bu servislərin fəaliyyətində problemlərlə üzləşib. Sosial şəbəkələrin fəaliyyətində fasilələır Şimali Amerika şərq vaxtı (EST) ilə saat 13:13-dən başlayıb. ABŞ, Meksika, Braziliya, İtaliya, Fransa, Böyük Britaniya, Polşa, Bolqarıstan, Hollandiya və İrlandiyadakı Facebook istifadəçiləri sosial şəbəkələrə daxil ola və şəkillərə baxa bilməyib.

306 terrorçu zərərsizləşdirildi - "Zeytun budağı" əməliyyatında

26 Yanvar 2018 09:12

Türkiyə Silahlı Qüvvələri (SQ) Suriyanın şimalında keçirdiyi "Zeytun budağı" əməliyyatı çərçivəsində terrorçuların itkiləri barədə rəqəmləri açıqlayıb. 14 təyyarə ilə terrorçulara aid 25 hədəf məhv edilib, 306 terrorçu zərərsizləşdirilib.

Qiyamət 30 saniyə də yaxınlaşdı - Bəşəriyyəti faciədən 2 dəqiqə AYIRIR

26 Yanvar 2018 09:09

Nüvə faciəsinin təhlükəsini göstərən Qiyamət günü simvolik saatı (Doomstay Clock) 30 saniyə irəli çəklib. Bu haqda “Bulletin of Atomic Scientists” nəşrinin icraçı direktoru Reyçel Bronson bildirib. “Əsas nüvə oyunçuları yeni qızğın silahlanmanın başlanğıcındadırlar”, - məlumat mətnində deyilir. İndi Qiyamət gününün saatının oxları 23:58-i göstərir.

DİQQƏT! Bu bitkilərin nəsli kəsilməkdədir 

26 Yanvar 2018 09:08

Almaniyada flora öz zənginliyi ilə seçilsə də, mütəxəssislərin fikrincə, bu ölkədə bəzi növlər nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir.

“Facebook” məsafədən kimliyi təsdiq edən startapı satın alıb

25 Yanvar 2018 19:33

"Facebook" şirkəti istifadəçi tərəfindən təqdim edilən rəsmi sənədlərin (məsələn, şəxsiyyət vəsiqəsi və ya sürücü vəsiqəsi) əsilliyinin tez bir şəkildə yoxlanılması üçün öz tərəfdaşlarına API imkanı təqdim edən ABŞ-ın "Confirm.io" şirkətini satın alıb. Bostonda fəaliyyət göstərən startapın işi artıq dayandırılıb, onun bütün komandası və texnologiyaları "Facebook"a keçiriləcək.

“Red Hydrogen One” holoqrafik smartfonu yayda satışa çıxarılacaq

25 Yanvar 2018 19:28

Ötən il “Android” sistemli “Hydrogen One” smartfonunu nümayiş etdirən məşhur kameralar istehsalçısı “Red” şirkəti bu dəfə yeni qurğunun texniki xüsusiyyətləri barədə məlumatlar açıqlayıb.  

Zəif inkişaf etmiş ölkələr ən yeni texnologiyalardan istifadədə irəliləyişə nail olublar

25 Yanvar 2018 19:22

Zəif inkişaf etmiş ölkələrdə ən yeni texnologiyalardan istifadədə irəliləyişə nail olunub. Bu qrupa daxil olan 47 dövlətdə əhalinin təxminən 60 faizinin istifadə etdiyi "3G" mobil internet sistemi fəaliyyət göstərir.

Çin universitetində tələbələrin inşalarını yoxlayan süni intellekt tətbiq edilib

25 Yanvar 2018 19:17

Çjeszyan əyalətində yerləşən universitet öz tələbələrinin çin dilində yazılmış inşalarını yoxlamaq üçün süni intellektdən istifadəyə başlayıb.

2018-ci ildə dünyada robot və dronların satınalmasına 103 milyard dollar xərclənəcək

25 Yanvar 2018 19:11

“IDC” analitiklərinin proqnozuna görə, 2018-ci ildə robot texnikası və pilotsuz uçan aparatlara qlobal xərclər 103 milyard dolları ötəcək ki, bu da 2017-ci illə müqayisədə 22,1% yüksəkdir. Ekspertlərin gözləntilərinə görə, 2021-ci ilə bu sahə üzrə xərclər 2  dəfə artaraq 218,4 milyard dollara yaxınlaşacaq.

Kubanın yeni lideri o olacaq? - Fidel Kastronun qardaşı qızı

25 Yanvar 2018 18:55

Kubanın keçmiş lideri Fidel Kastronun qardaşı qızı Mariela Kastro ikinci dəfə Kuba parlamentinə namizədliyini irəli sürüb. M.Kastronun parlamentə seçiləcəyi təqdirdə onun ölkənin ali vəzifəsinə seçilmək şansı olacağı bildirilir. Lakin Mariela Kastro bu vəzifəyə iddia etmədiyini bildirib.