Dünya
İki alpinist Himalay dağlarında qara "girov düşdü"
Himalay dağlarında, 7400 metr hündürlükdə iki alpinist qalıb. Məlumata görə, bir fransalı və polşalı alpinist Nanqa-Parbat zirvəsinə çıxmağa çalışıblar. Lakin onların cəhdi alınmayıb. Bu səbəbdən alpinistlər geri qayıtmağa çalışsalar da, aşağı düşə bilməyiblər. Hazırda alpinistlərin xilası edilməsi üçün xilasedici dəstə göndərilib.
Afrində PKK-nın betonlanmış tunelləri ələ keçirildi
Türkiyənin Suriyanın Afrin şəhərində apardığı "Zeytun budağı" əməliyyatı ilə PKK və YPG-nin gizli tunelləri və xəndəkləri ələ keçirilib. Tunellər torpaqdan deyil, xüsusi dəmirlər vasitəsi ilə bərkidilib və üzəri betonlanıb. Tunellər hava hücumu zamanı qaçmaq üçün nəzərdə tutulub və divarlarında atəş açmaq üçün xüsusi dəliklər var.
“Zeytun budağı” əməliyyatı həm gözlənilən, həm də qaçılmaz idi
Türkiyənin Afrində həyata keçirdiyi “Zeytun budağı” əməliyatı Qərb dairələri tərəfindən birmənalı qarşılanmasa da sözügedən əməliyyata haqq qazandıranlar da kifayət qədərdir. Suriyada həyata keçirilən əməliyyatı dəstəkləyənlər terrorçuluğa qarşı mübarizənin tərəfdarları olduqlarını əsas gətirirlər.
Ankara “Firat qalxanı”ndan “Zeytun budağı”na
Türkiyə Suriyada PKK terror təşkilatı və onun qolu olan YPĞ/PYD-yə qarşı uğurlu antiterror əməliyyatlarını davam etdirir. Baxmayaraq ki, bəzi ölkələr, o cümlədən Birləşmiş Ştatlar Türkiyənin Suriyada həyata keçirdiyi antiterro əməliyyatından narahatdır, ancaq hazırda müşahidə etdiyimiz mənzərə ondan ibarətdir ki, Ankara ona yönəlik irad və təhdidlərə rəğmən başladığı haqq işi uğrunda mübarizəni sona qədər davam etdirmək niyyətindədir. Hər halda ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Hataya gedərək hərbi əməliyyatların gedişi ilə yaxından tanış olması və müvafiq tapşırıqlar verməsi belə deməyə əsas verir. Məlumat üçün qeyd edək ki, Suriyadakı antiterror əməliyyatları Hataydan idarə olunur və hərbi qərargah məhz burada yaradılıb.
Ərdoğan radio şirkətini İlham Əliyevə görə cəzalandırdı
Rusiyadan Türkiyəyə böyük jest
Üç ölkənin nüvə zərbələri ABŞ-ı məhv edəcək - HƏYƏCAN TƏBİLİ
ABŞ-ın raket əleyhinə yerüstü müdafiə sistemi Rusiya, Çin və Koreya Xalq Demokratik Respublikasını (KXDR) nüvə zərbələrini dəf etməyə qadir deyil. Belə fikirlə “Washington Examiner” nəşrində dərc etdiyi məqaləsində Konqres üzvü Elis Stefanik çıxış edib. “ABŞ yalnız Şimali Koreya və İran deyil, həm də Rusiya və Çin tərəfindən artan təhdidlərlə üz-üzəyik. Onlar özlərinin geosiyasi təsirinin genişləndilrilməsinə cəhd edərək bütün cəbhələr üzrə milli təhlükəsizlik maraqlarımızı pozurlar”, - o yazıb.
“Rusiya minlərlə insanı ÖLDÜRƏCƏK” – Krallığa hücumun hədəfi AÇIQLANDI
Böyük Britaniyanın infrastrukturuna Rusiyanın hücumu minlərlə ölümə gətirib çıxara bilər. Bunu “Teleqraf” qəzetinə müsahibəsində Britaniyanın müdafiə naziri Gevin Uilyamson bildirib.
Tramp müsəlmanlardan ÜZR İSTƏDİ: "Bunu bilmirdim..." - VİDEO
ABŞ prezidenti Donald Tramp keçən il İngiltərənin anti-islam hərəkatı lideri "Britain First" qrupunun paylaşdığı videoları öz tvitter səhifəsində retvitlədiyi üçün üzr istəyib. Davos Formunda İngiltərə mediasına açıqlama verən prezident qrup haqqında heç bir bilgisi olmadığını söyləyib və “görüb görə biləcəyiniz ən az irqçi insan mənəm” ifadələrini işlədib. Tramp bildirib ki, videoları paylaşmaq anti-islam qrupuna dəstək vermək anlamına gəlməməlidir: “Əlbəttə ki, onların necə bir insan olduqlarını bilmirdim. Onlar haqqında, ümumiyyətlə, heç nə bilmirdim. Orada-burada oxuduğum bir neçə cümlə xaric, hələ də o qrup haqqında məlumatım yoxdur”.
Ölümcül VİRUS YAYILIB
“Son illər yayılan qrip virusu nəfəs alıb-verməklə belə keçir. Özünü yaxşı hiss etməyənlər evdən çıxmasın”. ABŞ-ın Maryland Universitetinin alimləri son illərin qrip virusunu təhlil edərkən bu qənaətə gəlib. Universitetinin alimləri ölkənin 49 əyalətində yayılan son illərin ən ölümcül qripi ilə bağlı araşdırma aparıb. Büdcəsi 10 milyon dollar olan araşdırma zamanı 142 qrip xəstəsinin vəziyyəti 4 ay ərzində incələnib.Yayılan virusun H3N2 olduğu qənaətinə gəliblər.
Türkiyə mühasirəyə alınacaq və...
ABŞ-ın dövlət katibi Reks Tillersonun “təhlükəsiz zona”nın yaradılması və Suriyada 30 kilometr dərinlikdə təhlükəsizlik xəttinin qurulması barədə Türkiyəyə etdiyi təkliflərin arxasında çirkin məqsədlər dayanır.
Qərb niyə Türkiyənin terror əməliyyatına qarşı çıxır?
Türkiyə Afrində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı ilə təhlükəsizliyini təhdid edən terror şəbəkəsinin məhv etməyi planlaşdırır. Bu, həm də Suriya masasında Türkiyənin regional güc olaraq əlini gücləndirəcək addımdır. Əməliyyatın davam etdiyi vaxtda bir sıra Qərb mediasının, xüsusilə Amerika KİV-nin Ankaranın terrora qarşı mübarizəsini yanlış təqdim etmək cəhdləri də müşahidə olunur. Bu, Vaşinqtonun PKK/PYD/YPG terrorçularını dəstəklədiyi və bölgədə məhz onlar üzərindən siyasət yürütdüyü faktı fonunda informasiya müharibəsi olaraq dəyərləndirilir. Lakin ortada “Ağ ölüm” kimi görünməyən səbəblər də mövcuddur.
İranlı qadınların üzərində narkotik vasitə aşkarlanıb
Ötən gecə Sivas Baş Polis İdarəsinin Kəşfiyyat və Narkoticarətlə Mübarizə İdarələrinin apardığı əməliyyat nəticəsində Vandan Ankara istiqamətində gedən sərnişin avtobusunda axtarış aparılıb.
Yaponiya qripə yoluxdu
Yaponiyada qrip xəstəliyi artmaqda davam edir. Bu həftənin əvvəlinə ölkədə qripə yoluxan pasiyentlərin sayı 2,83 milyon nəfərə çatıb. Bu, ötən həftə ilə müqayisədə xəstələrin sayının 1 milyon nəfər artması deməkdir. Hazırda orta hesabla bir həkimə qripə yoluxmuş 52 pasiyent düşür ki, bu da 1999-cu ildən aparılan müvafiq statistikaya əsasən rekord rəqəmdir.
Türkiyə Suriyanın şimalında daha bir cəbhə aça bilər
Türkiyə Suriyanın şimalında, PYD və YPG terror təşkilatlarının nəzarəti altında olan Mənbic şəhəri istiqamətində də cəbhə aça bilər. Bu barədə Türkiyə Silahlı Qüvvələrindəki mənbə bildirib. Mənbə qeyd edib ki, Mənbic terrorçuların dislokasiya mərkəzidir: "Türkiyə Silahlı Qüvvələri "Azad Suriya Ordusu" ilə birgə Afrin bölgəsinin azad edilməsi üzrə hərbi əməliyyatları uğurla davam etdirir". O əlavə edib ki, Afrində görülən tədbirlər "Zeytun budağı" əməliyyatı ilə məhdudlaşmayacaq.














