Ankara “Firat qalxanı”ndan “Zeytun budağı”na

Türkiyə Suriyada PKK terror təşkilatı və onun qolu olan YPĞ/PYD-yə qarşı uğurlu antiterror əməliyyatlarını davam etdirir. Baxmayaraq ki, bəzi ölkələr, o cümlədən Birləşmiş Ştatlar Türkiyənin Suriyada həyata keçirdiyi antiterro əməliyyatından narahatdır, ancaq hazırda müşahidə etdiyimiz mənzərə ondan ibarətdir ki, Ankara ona yönəlik irad və təhdidlərə rəğmən başladığı haqq işi uğrunda mübarizəni sona qədər davam etdirmək niyyətindədir. Hər halda ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Hataya gedərək hərbi əməliyyatların gedişi ilə yaxından tanış olması və müvafiq tapşırıqlar verməsi belə deməyə əsas verir. Məlumat üçün qeyd edək ki, Suriyadakı antiterror əməliyyatları Hataydan idarə olunur və hərbi qərargah məhz burada yaradılıb.

Və ya Türkiyənin hərbi uğurları

Türkiyə Suriyada PKK terror təşkilatı və onun qolu olan YPĞ/PYD-yə qarşı uğurlu antiterror əməliyyatlarını davam etdirir. Baxmayaraq ki, bəzi ölkələr, o cümlədən Birləşmiş Ştatlar Türkiyənin Suriyada həyata keçirdiyi antiterro əməliyyatından narahatdır, ancaq hazırda müşahidə etdiyimiz mənzərə ondan ibarətdir ki, Ankara ona yönəlik irad və təhdidlərə rəğmən başladığı haqq işi uğrunda mübarizəni sona qədər davam etdirmək niyyətindədir. Hər halda ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Hataya gedərək hərbi əməliyyatların gedişi ilə yaxından tanış olması və müvafiq tapşırıqlar verməsi belə deməyə əsas verir. Məlumat üçün qeyd edək ki, Suriyadakı antiterror əməliyyatları Hataydan idarə olunur və hərbi qərargah məhz burada yaradılıb.

Türkiyənin apardığı antiterror əməliyyatı bəzi ölkələr tərəfindən etirazla qarşılansa da, lakin Ankaranın bu addımın təqdir edib ona dəstək nümayiş etdirənlər də kifayət qədərdir. Xüsusilə Azərbaycan cəmiyyəti Türkiyənin Suriyada həyata keçirdiyi antiterror əməliyyatına yüksək səviyyədə dəstək nümayiş etdirir. Hətta bəzi ehtiyatda olan hərbiçilərimiz lazım gəldiyi təqdirdə Türkiyə Ordusu ilə birlikdə antiterror əməliyyatlarında iştirak etməyin mümkünlüyünü də bildiriblər.

Əməliyyatın ilk günündən Türkiyə Silahlı Qüvvələrinin terror təşkilatına ağır zərbə vurması və onun nəzarətində olan bir neçə mühüm əhəmiyyətli məntəqəyə nəzarəti ələ alması əməliyyatların qısa zaman ərzində ciddi nailiyyətlərlə sonuclanacağını deməyə əsas verir. Bunu şərtləndirən başlıca amil isə türk insanının tarixən döyüşkən, mübariz olması, haqsızlıq, ədalətsizlik, bəşəriyyəti təhdid edən hallara qarşı barışmaz olmasıdır.

Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti Rüfət Hacıbəyli deyir ki, Türk ordusunun əsrlərə bərabər döyüş təcrübəsi, psixoloji, mənəvi ruhu, texniki imkanları dünyanın ən öndəgən dövlətlərinin ordusu ilə müqayisə ediləcək qədər güclüdür: "Türk hərb sənayesi arsenalının 80 faizə yaxını özü təmin edir. Buna baxmayaraq, döyüş təcrübəsi olan qüdrətli türk ordusunun içinə əsasən Amerika kəşfiyyatının FETO terror şəbəkəsinin əli ilə yeritdiyi casus şəbəkəsi ordu daxilində böyük bir qrupa çevrilmişdi. Əslində Türkiyədə hakimiyyətdə olan iqtidarlar bunu çox gözəl bilsə də, ordu içində islahat aparnaq cəsarətində deyildilər. Çünki Türkiyə tarixində üç dəfə hərbi çevriliş olub, bir dəfə isə hərbi çevriliş bəyanatı veriliərək Ərbakan hökümətini istefaya məcbur ediblər. Nəhayət 15 iyul 2016-cı ildə Türkiyədə hərbi çevrilişə cəhd olunarkən qos-qoca, qüdrətli türk ordusunun içində yüzlərlə yüksək hərbi rütbəli vətən xaini olduğu aşkarlandı. Bu vətən xainləri 15 iyul gecəsi bir çox sivil vətəndaşı bir gecədə qətlə yetirdi, üzərlərindən tanklarla keçdi, qırıcılarla, helikopterlərlə üzərlərinə bomba yağdırdı, quş vururmuş ki, snayperlərlə vətəndaşları şəhid etdi. Xalqın ayağa qalxması, özlərini dövlətçiliyi müdafiə etməsi bu qiyamın qarşısını aldı. Qiyam yatırıldıqdan dərhal sonra ordu içindəki bu xain şəbəkə dərhal zərərsizləşdirilməyə başladı və hələ də davam etdirilməkdədir". Ekspert qeyd edir ki,

bu xain şəbəkənin ifşa olunmamışdan öncə türk ordusunun PKK terror təşkilatı ilə mübarizədə ölkəyə xəyanət etməsi dəhəşətli dərəcədə olan bir fakt kimi ortalığa çıxmağa başladı: "Təkcə bir faktı deyim. 15 iyul çevrilişə cəhd gecəsi xalqa qarşı bombalar yağdıran F-16 qırıcılarının xain, qiyamçı pilotları həbs olunduqdan sonra aparılan istintaqda aydın olub ki, qiyamçı pilotlar, qiyamdan əvvəl PKK-ya qarşı keçirdiyi hərbi uçuşlar da sən demə onlara verilən hədəfləri yox, boş və lazım olmayan dağlıq əraziləri bombalayırmış. Qiyamçı xainlərin sübut olunmuş bu cür əməllərini daha çox uzun-uzadı yazmaq olar. Əsas məqsədim həmin əməlləri sadalamaq deyil. Məqsədim döyüş vaxtı ən xırda casusluğun nələlərə başa gələcəyini deməkdir. Həmin hərbi çevrilişə cəhddən və qiyam yatırıldıqdan sonra Azərbaycanda bəzi adamlar, əsasən sosial şəbəkələrdə fikirlərini ifadə edərək( etiraz edənlərin içində səmimi şəkildə Türkiyə üçün narahat olanlar və məqsədli şəkildə Türkiyəni gözdən salmağa cəh edənlər də var idi) qiyama cəhd edən hərbçilərin həbsi ilə türk ordusunun zəifləyəcəyini, gözdən düşəcəyini bildirirdilər. İndi gedişata baxaq. Qiyam yatırıldıqdan və qiyamçı xain hərbçilər həbs olunduqdan qısa müddət sonra türk ordusu "Fırat Qalxanı" adı altında Suriyada uğurlu hərbi əməliyyata başladı. Türkiyənin sərhəddinə yaxın Suriya ərazisidəki İŞİD terror qruplaşması darmadağın edildi. Türk ordusu 1975-Kıbrıs barış hərəkatından 41 il sonra sərhəddən kənarda uğurlu hərbi əməliyyat keçirərək Türkiyəyə qarşı qurulan xain tələni pozdu. Əməliyyatın uğuru, Türk-islam aləmi üçün, məzlum insanlar üçün əhəmiyyətini, artıq bilənlər bildi. İl yarım sonra türk ordusu Suriyada "Zeytin budağı" adlı ikinci bir uğurlu hərbi hərəkata başladı. Bu hərəkatda, türk ordusu dünya döyüş tarixində misli görünməmiş dastanlar yazır. Təsəvvür edirsinizmi ki, türk qırıcıları verilən 113 hədəfin 108-ni tam dəqiqlikə vuraraq demək olar ki, dünya rekordu qırdı. Bundan əlavə, 75 qırıcının , artileriya qoşunlarının vurduğu hədəflərdə bir dənə də olsun sivil insanın burnu belə qanamadı.

Bir tək sivil həlak olsaydı, tətikdə gözləyən BBC, CNN, Evronews ( bu telekanalların Türkiyəyə, müsəlmanlara qarşı nə qədər obyektiv olduğunu çoxları yaxşı bilir) kimi telekanallar bar-bar bağırırdı. Bununla yanaşı biz Amerikanın Əfqanıstanda, İraqda güya terrorizmə qarşı keçirdiyi hərbi əməliyyatlara baxanda görürük ki, Amerika həmin ərazilərdə terrorçudan çox, milyonlarla məsum, sivil, məzlum insanları qətlə yetirdi, körpələrələ belə rəhm etmədi". Ekspert bildirib ki, amerikan hərbçilərinin işğal etdikəri ərazilərdə qadınlara qarşı kütləvi zorlama faktları isə danılmaz sübutlardır: "İraq həbsxanalarında məhbuslara necə insanlıqdan kənar işgəncə verdiklərini də bütün dünya gördü. Hesab edirəm ki, türk ordusunun Afrində bu cür peşəkarcasına, titizliklə əməliyyat aparmasının və hərb tarixində nadir sayılcaq hərbi uğurlar əldə etməsinin əsas səbəbi, Türk Silahlı Qüvvələrinin xain, casus və qiyamçı şəbəkənin ifşa olunması və sıradan çıxarılması oldu. Nəticə isə göz qabağındadır. "Firat qalxanı" və "Afrin" hərəkatı. İnşAllah, türk ordusu o torpaqlarda daha önəmli zəfərlər əldə edəcək və Osmanlının 500 ilə yaxın ədalət və sülh içində idarə etdiyi bu ərazilərdə sülhü və əminamanlığı yenidən bərqərar edəcək".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31