Afrində PKK-nın betonlanmış tunelləri ələ keçirildi
Türkiyənin Suriyanın Afrin şəhərində apardığı "Zeytun budağı" əməliyyatı ilə PKK və YPG-nin gizli tunelləri və xəndəkləri ələ keçirilib. Tunellər torpaqdan deyil, xüsusi dəmirlər vasitəsi ilə bərkidilib və üzəri betonlanıb. Tunellər hava hücumu zamanı qaçmaq üçün nəzərdə tutulub və divarlarında atəş açmaq üçün xüsusi dəliklər var.
26 Yanvar 2018 14:02 DünyaTürkiyənin Suriyanın Afrin şəhərində apardığı "Zeytun budağı" əməliyyatı ilə PKK və YPG-nin gizli tunelləri və xəndəkləri ələ keçirilib. Tunellər torpaqdan deyil, xüsusi dəmirlər vasitəsi ilə bərkidilib və üzəri betonlanıb. Tunellər hava hücumu zamanı qaçmaq üçün nəzərdə tutulub və divarlarında atəş açmaq üçün xüsusi dəliklər var.
Türkiyə mətbuatının iddiasına görə, tunellərin betonlanması terrorçuların tək olmadığına, Amerikanın onlara yardımına işarədir. Milli.az Sabah-a istinadla xəbər verir.