Dünya
Sərkisyan Abramyana da atdı, Karapetyana da - Paşinyan
Ermənistan konstitusiyasında baş nazirin müavini anlayışı yoxdur. Bunu parlamentdə çıxışı zamanı Yelk Blokundan olan deputat Nikol Paşinyan söyləyib. “2015-ci ildə ehtiyac olmadığı halda yeni konstitusiya qəbul edildi. Ovik Abramyan o zaman düşünürdü ki, super-baş nazir o olacaq.
Azərbaycanlı mer həbs edildi – Təcili
Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Dərbənd rayonunun rəhbəri Maqomed Cəlilovu həbs ediblər. Bu barədə informasiyanı “Kavkazkiy uzel” portalı yayıb. Cəlilovun torpaqların paylanılmasında maxinasiyalara yol verdiyi üçün şübhəli bilindiyi vurğulanır. Maqomed Cəlilovla bərabər, onun onun qardaşı Zulfiddin Cəlilov da saxlanılıb.
Rusiya bir həftəyə 3 milyard dollar itirdi
Rusiyanın beynəlxalq valyuta ehtiyalarının həcmi yanvarın 26-dan fevralın 2-nə qədər 3 milyard dollar azalıb. Bu barədə informasiyanı Rusiya Mərkəzi Bankı yayıb. Mərkəzi bank hazırda beynəlxalq valyuta ehtiyatlarının həcminin 449,8 milyard dollar olduğunu bildirib.
Qarabağda daha bir erməni əsgər öldü
İşğal altında olan Dağlıq Qarabağda erməni əsgər ölüb. Fevralın 8-də, saat 14:15 radələrində, Xankəndi hospitalında erməni əsgəri 1999-cu il təvəllüdlü Hayk Serqeyi Hakopyan ölüb. Erməni KİV-ləri onun xəstəlik səbəbindən öldüyünü bildirir.
Rusiya İraqa S-400 satır
Rusiya İraqdan “S-400” havadan müdafiə sisteminin satılmasına dair təklif gözlədiyini bildirib. Bu barədə Rusiyanın Bağdaddakı səfiri Maksim Maksimov deyib.Səfir Rusiya mediasına açıqlamasında bildirib ki, İraqdan Rusiya istehsalı yeni silahlar almaq üçün təkliflər gözləyir: “Buraya “S-400” havadan müdafiə sistemi də daxildir. İraqdan bununla bağlı təklif gəldikdə, mütləq dəyərləndirəcəyik”.
20 polis işdən çıxarıldı - Artıq çəkiyə görə
6 nəfər qətlə yetirildi - Restoranda
Meksikanın Tlakepake şəhərindəki (Xalisko ştatı) restoranlardan birində silahlı şəxslər azı 6 nəfəri qətlə yetiriblər. Restorana daxil olan 10-dək silahlı şəxs orada nahar edən bir qrup müştəriyə atəş açıb. İnsident nəticəsində 5 nəfər hadisə yerində, daha 1 nəfər isə xəstəxanaya çatdırılarkən yolda keçinib.
FİFA-dan videotəkrarla bağlı VACİB QƏRAR
FİFA futbol matçları zamanı videotəkrarın tətbiqi (VAR) məsələsini martın 3-də müzakirə edəcək. Bu barədə FİFA prezidenti Canni İnfantino bildirib.
Rusiyada selfi çubuqlarına QADAĞA
Bu il Rusiyada keçiriləcək futbol üzrə Dünya çempionatı zamanı stadionlara selfi çubuqları, uzunluğu 25 sm-dən çox olan çətirlər, foto və video texnikası üçün ştativlər, həmçinin dronların keçirilməsi qadağan ediləcək. FİFA-nın DÇ-2018 stadionlarında azarkeşlərlə bağlı təsdiq etdiyi davranış qaydaları keçirilməsi qadağan olunan 50 əşyadan ibarət siyahını özündə əks etdirir.
Orta məktəblər bağlandı
Ukraynanın paytaxtı Kiyev şəhərində qrip və kəskin respirator virus infeksiyalarının yayılmasına görə orta məktəblər bağlanıb.
Afrində şiddətli atışma: 5 türk əsgəri yaralandı...
Arda Turandan EVLİLİK TƏKLİFİ
"Barselona"dan "Başakşəhər"ə transfer olunmaqla Türkiyədə idman mediasının gündəmini zəbt edən Arda Turan yenidən diqqət mərkəzinə düşüb.
Rekordları alt-üst edəcək transfer iddiası — Messiyə 1,4 milyard avroluq təklif
Trans sevdiyi gözələ bənzəmək üçün 75 min dollar xərclədi - FOTO
“Google” şirkəti mehmanxana və təyyarə biletlərinin bron edilməsi funksiyasını mobil axtarış sisteminə inteqrasiya edib
Səyahəti planlaşdırmaq çox vaxt alır və istifadəçi smartfonunun köməyi ilə səfərə hazırlaşdığı halda müxtəlif xidmət və ya mobil proqramlardan istifadə tələb edir. “Google” şirkəti mehmanxana və təyyarə biletlərinin bron edilməsi funksiyasını öz axtarış sisteminin mobil versiyasına inteqrasiya etməklə bu məsələni asanlaşdırmağa dair qərar verib.














