Rekordları alt-üst edəcək transfer iddiası — Messiyə 1,4 milyard avroluq təklif
9 Fevral 2018 06:36 DünyaÇin Liqasında iştirak edən "Hebei China Fortune" futbol komandası Lionel Messiyə ağlasığmaz təklif göndərib.
"Ölkə.Az" xarici mətbuata istinadən xəbər verir ki, "Hebei China Fortune" Messinin müqaviləsindəki 700 milyon avroluq sərbəst qalma maddəsini ödəməyə qərar verib. Çindəki yeni qaydalara görə bir komanda transfer üçün xərcləyəcəyi pulun eyni miqdarını vergi kimi ödəməlidir. Bu da "Hebei China Fortune" üçün əlavə 700 milyon avro deməkdir. Messinin bu iddialara verəcəyi cavab böyük maraqla gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31