Azərbaycanlı mer həbs edildi – Təcili

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Dərbənd rayonunun rəhbəri Maqomed Cəlilovu həbs ediblər. Bu barədə informasiyanı “Kavkazkiy uzel” portalı yayıb. Cəlilovun torpaqların paylanılmasında maxinasiyalara yol verdiyi üçün şübhəli bilindiyi vurğulanır. Maqomed Cəlilovla bərabər, onun onun qardaşı Zulfiddin Cəlilov da saxlanılıb.

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Dərbənd rayonunun rəhbəri Maqomed Cəlilovu həbs ediblər. Bu barədə informasiyanı "Kavkazkiy uzel" portalı yayıb. Cəlilovun torpaqların paylanılmasında maxinasiyalara yol verdiyi üçün şübhəli bilindiyi vurğulanır. Maqomed Cəlilovla bərabər, onun onun qardaşı Zulfiddin Cəlilov da saxlanılıb.

Qeyd edək ki, Cəlilov 2015-ci ilin noyabrından Dərbənd rayonuna rəhbərlik edir. Cəlilov milliyətcə azərbaycanlıdır. O, Dərbənd rayonunun Rukel kəndindəndir. Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31