6 nəfər qətlə yetirildi - Restoranda

 Meksikanın Tlakepake şəhərindəki (Xalisko ştatı) restoranlardan birində silahlı şəxslər azı 6 nəfəri qətlə yetiriblər. Restorana daxil olan 10-dək silahlı şəxs orada nahar edən bir qrup müştəriyə atəş açıb. İnsident nəticəsində 5 nəfər hadisə yerində, daha 1 nəfər isə xəstəxanaya çatdırılarkən yolda keçinib.

Hadisə yerinə gələn polis əməkdaşları öldürülən şəxslərin üzərində silah aşkarlayıb. Hücuma qəfil məruz qalan bu şəxslərin silahdan istifadə etməyə macal tapmadığı bildirilir. İlkin versiyaya görə, iki cinayətkar qrup arasında münaqişə insidentə səbəb olub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31