Rusiya İraqa S-400 satır
Rusiya İraqdan “S-400” havadan müdafiə sisteminin satılmasına dair təklif gözlədiyini bildirib. Bu barədə Rusiyanın Bağdaddakı səfiri Maksim Maksimov deyib.Səfir Rusiya mediasına açıqlamasında bildirib ki, İraqdan Rusiya istehsalı yeni silahlar almaq üçün təkliflər gözləyir: “Buraya “S-400” havadan müdafiə sistemi də daxildir. İraqdan bununla bağlı təklif gəldikdə, mütləq dəyərləndirəcəyik”.
9 Fevral 2018 11:25 DünyaRusiya İraqdan "S-400" havadan müdafiə sisteminin satılmasına dair təklif gözlədiyini bildirib. Bu barədə Rusiyanın Bağdaddakı səfiri Maksim Maksimov deyib.Səfir Rusiya mediasına açıqlamasında bildirib ki, İraqdan Rusiya istehsalı yeni silahlar almaq üçün təkliflər gözləyir: "Buraya "S-400" havadan müdafiə sistemi də daxildir. İraqdan bununla bağlı təklif gəldikdə, mütləq dəyərləndirəcəyik".
O, çıxışında iki ölkə arasındakı hərbi-texniki əməkdaşlıq çərçivəsində İraqa İŞİD-lə mübarizə üçün çox sayda hərbi texnikanın göndərilməsini də xatırladıb. "Bu texnikalar arasında Mi-35 və Mi-28 helikopterləri, Su-25 təyyarələri "Kornet-E" tank əleyhinə raketlər və hərbi təchizat yer alır",- Maksimov qeyd edib. Publika.az