Dünya

YPG-nin gizli tunelləri darmadağın edildi:  13 meyit

14 Fevral 2018 12:24

Türkiyə Silahlı Qüvvələri və ASO-nun Afrində terrorçulardan azad etdiyi Bekovası kəndində təxribatın qarşısı alınıb. Bir qrup terrorçu Kiçik Darmık dağında yerləşən tunellər vasitəsilə kəndə gizli hücuma cəhd edib.

Britaniya şahzadəsinin nişanlısı gizlincə məscidə gedir... - “Emirates Woman”

14 Fevral 2018 11:56

Böyük Britaniya  şahzadəsi Harrinin nişanlısı şahzadənin mərhum anası şahzadə Diananın nümunəsini davam etdirərək London məscidlərindən birini ziyarət edib. Bu haqda“Emirates Woman” nəşri xəbər yayıb. Bu ilin mayında kraliça Yelizavetanın nəvəsi ilə evlənməyə hazırlaşan amerikalı aktrisa Meqan Markl ziyarət üçün Grenfell göydələninin yanmasından əziyyət çəkən sakinlərə digərlərindən öncə qucaq açmış Şimali Kensinqtondakı məscidi seçib.

İstanbulun sərgi mərkəzində yanğın oldu

14 Fevral 2018 11:45

Türkiyənin İstanbul şəhərində "CNR Expo" sərgi mərkəzində yanğın baş verib. Yanğın yerli vaxtla saat 05:00-da baş verib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisənin səbəbi araşdırılır. Faktla bağlı cinayət işi açılıb.

Yol qəzasında iki uşaq yaralandı, biri maşının şüşəsindən yerə düşdü

14 Fevral 2018 11:19

Rusiyanın Sankt-Peterburq vilayətinin Primorski diyarında ikisi azyaşlı olmaqla üç azərbaycanlının iştirakı ilə yol qəzası baş verib. Hadisə ötən gün axşam saat 20:00 radələrində Boqatırski prospekti ilə Yaxtennaya küçəsinin kəsişməsində qeydə alınıb.

Poroşenkodan Putinə gözlənilməz ZƏNG

14 Fevral 2018 11:16

Rusiya və Ukrayna prezidentləri arasında telefon danışığı olub. Bu barədə Ukraynanın Prezident Administrasiyası məlumat yayıb. Məlumata görə, telefon danışığının əsas mövzusu Ukraynanın şərqində gedən döyüş əməliyyatlarında əsir düşən şəxslərin mübadiləsi olub. Ukrayna prezidenti Pyotr Poroşenkonun rusiyalı həmkarı Vladimir Putinə əsirlərin mübadiləsi haqqında danışdığı deyilir:

Erməni deputatdan İNANILMAZ SÖZLƏR: Ermənistandakı biabırçılıqlar üzə çıxdı

14 Fevral 2018 11:15

“Ermənistanda demoqrafiya və iqtisadiyyatla bağlı cari vəziyyətin birinci səbəbi Dağlıq Qarabağ münaqişəsidir”. Bu barədə Ermənistan parlamentinin deputatı, “Sarukyan” blokunun üzvü Naira Zöhrabyan deyib.

Fevralın 14-ü Beynəlxalq kitab bağışlama günüdür

14 Fevral 2018 09:46

Dünya əhalisi fevralın 14-nü Beynəlxalq kitab bağışlama günü kimi qeyd edir. Bu, təqvimdə ən gənc bayramlardandır. Bu gün uşaqlara kitab bağışlayan və onlarda kitaba məhəbbət yaradan bütün insanları birləşdirir. 2012-ci ildən qeyd edilən bu bayram ABŞ-da məşhur “Delightful Children’s Books” uşaq kitabı saytının yaradıcısı Emmi Brodmoorun adı ilə bağlıdır. Bu ideyanı ona balaca oğlu verib. O, anasından niyə insanların bir-birinə kitab bağışladığı xüsusi gün olmamasını soruşub.

Məşhur model nadir xəstəlikdən əziyyət çəkir

14 Fevral 2018 09:34

Məşhur model Gigi Hadid nadir xəstəlikdən əziyyət çəkir. Bu barədə model özü sosial media hesabında yazıb. O, Nyu-York moda həftəsində podiuma çıxdıqdan sonra çox insanlar onu arıq olduğu üçün "anoreksiya" xəstəsi adlandırıb.

Tramp Nakasoneni ABŞ Milli Təhlükəsizlik Agentliyinin rəhbəri təyin edib

14 Fevral 2018 09:33

Prezident Donald Tramp general-leytenant Pol Nakasoneni ABŞ-ın ən gizli kəşfiyyat idarələrindən biri olan Milli Təhlükəsizlik Agentliyinin yeni rəhbəri təyin edib. Bu barədə kibertəhlükəsizlik məsələləri üzrə prezidentin xüsusi köməkçisi və Ağ evin koordinatoru Rob Coys öz "Twitter" hesabında yazıb.

Dilənçinin cibindən 740 min dollar çıxdı

14 Fevral 2018 09:10

İsveçin Uppsala şəhərinin polisləri cibində 6 milyon kron (təxminən 741 min dollar) olan dilənçini saxlayıblar. Dilənçi asayiş keşikçilərinin diqqətini aqressiv davranışı ilə cəlb edib. Polisin sözlərinə görə, dilənçi saxlanılarkən onun cibindən pullar düşməyə başlayıb.

"Windows 10" “Office 2019” proqramını dəstəkləyəcək

14 Fevral 2018 09:09

“Office 2019” ofis əlavələri paketinin ilkin versiyası növbəti rübdə buraxılacaq və “Windows 10” əməliyyat sisteminin ildə iki dəfə yenilənməsini dəstəkləyən versiyalarında işləyəcək. Publika.az xəbər verir ki, bu barədə “Microsoft” korporasiyası rəsmi məlumat yayıb. Məlumata görə, onlara, həmçinin “Ev” və “Peşə” versiyaları da aiddir. Eyni zamanda korporasiya əlavələr paketinin köhnə “MSI” formatlı quraşdırma faylları şəklində yayılmasını dayandırmağı nəzərdə tutur.

Oğurluqla məşğul olan 100-dən çox kloun saxlanıldı

14 Fevral 2018 09:07

Braziliyanın Rio-de-Janeyro şəhərində kloun geyimli 110 nəfər saxlanılıb. Bu barədə çərşənbə axşamı "Globo" telekanalı məlumat yayıb. Onlar hazırda şəhərdə davam edən karnaval zamanı kütləvi oğurluq edərkən "isti izlərlə" tutulublar.

Fələstin danışıqlara hazırdır

14 Fevral 2018 09:06

Fələstin İsraillə üçüncü tərəfin təşkil edəcəyi birbaşa danışıqlara hazırdır. Moskva və ya Soçi bunun üçün neytral meydança ola bilər. Bu barədə Fələstin XİN rəhbəri Riyad əl Maliki bildirib. “Hesab etmirəm ki, bu cür danışıqlar Qüdsdə keçirilməlidir”, - deyə diplomat bildirib.

Yalan danışan nazir istefa verdi

14 Fevral 2018 09:05

Niderlandın xarici işlər naziri Halbe Zeylstra vəzifəsindən istefa verib. Nazir Rusiya prezidenti Vladimir Putinlə bağlı yalan danışdığı üçün bu qərarı verib.

An-148-in qəzaya uğrama səbəbi açıqlandı

14 Fevral 2018 09:03

“Saratov Hava Yolları”na məxsus An-148 təyyarəsinin Moskva ətrafında qəzaya uğramasının əsas səbəbi ötürücü cihazların buz bağlaması olub. Bu barədə Beynəlxalq Aviasiya Komitəsinin (BAK) mətbuat üçün məlumatında bildirilib.