Dünya

Milyonlar qazandıran ayaqlar - FOTOLAR

14 Fevral 2018 09:02

Futbolçuların “çörək ağacı” onların ayaqlarıdı. Məhz ayaqları dünya şöhrətli futbolçuları zirvələrə qaldırır. Onların meydanda hər atdığı addım pul deməkdi. Dünya futbolunun sabiq və hazırkı bəzi ulduzlarının “çörək ağacı”nın - ayaqlarının fotolarını təqdim edir:

Nüsrət ​​​​​​​ Bekhemi heyran qoydu - VİDEO

14 Fevral 2018 09:00

Əfsanəvi futbolçu Devid Bekhem türkiyəli məşhur aşpaz Nüsrət Gökcənin Nyu Yorkdakı restoranının qonağı olub. Mötəbər qonağa Nüsrət şəxsən özü qulluq göstərib.

Bir neçə saatlıq dünyanın ən varlı adamı oldu

13 Fevral 2018 20:00

Belçikalı kişi 35 avroluq əməliyyat üçün banka üz tutunca hesabına səhvən 2 trilyon avrodan çox pul yatırılıb.

“Skype” messencerində ciddi boşluq aşkar edilib

13 Fevral 2018 19:31

Təhlükəsizlik mütəxəssisi Stefan Kantak “Skype” messencerinin yenilənmə mexanizmində istifadəçi hüququnu SYSTEM səviyyəsinədək yüksəltməyə və beləliklə, qurğuya tam giriş əldə etməyə imkan verən boşluq aşkar edib.

Yeni texnologiya dronlara maneələri daha yaxşı dəf etməyə kömək edəcək

13 Fevral 2018 19:25

Massaçusets Texnologiya İnstitutunun əməkdaşları pilotsuz uçan aparatlara sıx məskunlaşmış şəhərlər və anbar əraziləri kimi çətin keçilən yerlərdə saatda 20 km sürətlə uçmağa imkan verən xüsusi nanoxəritə hazırlayıblar.

Ədalət yerini tapdı, Milan Məhkəməsi erməniləri kədərə boğdu - VOLONTE İŞİ

13 Fevral 2018 19:19

Bu gün Milan Məhkəməsində Avropanın tanınmış siyasətçilərindən olan İtaliyanın AŞPA-da nümayəndə heyətinin üzvü Luka Volontenin çirkli pulların yuyulması ilə bağlı məhkəmə prosesi başa çatıb. Məhkəmənin qərarı ilə Luka Volonte bəraət qazanıb. Luka Volonte Azərbaycan hökumətindən 2 milyon 390 min avro miqdarında rüşvət almaqda ittiham olunurdu. İki il davam edən məhkəmə prosesinin nəticəsində bu ittihamın iddiadan ibarət olduğu, Azərbaycan hökumətinin L.Volonteyə rüşvət vermədiyi və italiyalı siyasətçinin günahsız olduğu ortaya çıxıb.

ABŞ-da xüsusi mayedə həll ola bilən elektron dəri yaradılıb

13 Fevral 2018 19:19

Kolorado Universitetinin mühəndisləri tərəfindən hazırlanmış elastik elektron dəri zədələnərkən bərpa olmaq qabiliyyətinə malikdir, həmçinin sonrakı emal üçün xüsusi mayedə tamamilə həll edilə bilər.

Qlobal noutbuk bazarının həcmi 2% yüksəlib

13 Fevral 2018 19:05

“TrendForce” analitik şirkətinin məlumatına görə, qlobal noutbuk bazarının həcmi 2%-dən çox yüksəlib və “Apple” avadanlığın tədarük həcminə görə “ASUS” şirkətini geridə qoyub.

Saakaşvili Polşaya kimin təyyarəsilə aparılıb?

13 Fevral 2018 19:00

Mixail Saakaşvili Kiyevdən Polşaya Ukrayna Prezidenti Pyotr Poroşenkoya məxsus təyyarə ilə aparılıb. Bu sözləri öz Feysbuk səhifəsində ukraynalı deputat İqor Luçenko paylaşıb. Onun sözlərinə görə, Saakaşvilini Varşavaya “Beechcraft Premier I” təyyarəsi ilə göndərilib.

Jirinovski: Saakaşvili müasir Lenindir

13 Fevral 2018 18:45

Mixail Saakaşvili rəngli inqilabların Leninidir. Bunu Vesti FM-ə müsahibəsində Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib.

WhatsApp istifadəçiləri gün ərzində 55 milyard mesaj göndərir

13 Fevral 2018 18:35

1 milyarda yaxın insan WhatsApp vasitəsi ilə gün ərzində 55 milyard mesaj göndərir. Məlumata görə, bu barədə “WhatsApp” şirkətinin vitse-prezidenti Nirac Arora Dubayda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib. 

İranlılar türk aktrisasını filmə çəkmək istəyir

13 Fevral 2018 18:30

İranlı prodüserlər Nurgül Yeşilçaydan sonra bu dəfə aktrisa Nebahat Çehreni yola gətirməyə çalışırlar.  Onlar Çehreni filmdə çəkmək istəyirlər. Tehranda çəkiləcək film üçün aktrisanı razı salmağa çalışan iranlılar ekran işinin Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkiləcəyini qeyd ediblər.  Məlumata görə, film bir qadının həyatından bəhs edəcək.

Rusiyada təyyarə qəzasının ilkin səbəbi açıqlandı

13 Fevral 2018 18:17

Rusiyada sərnişin təyyarəsinin qəzaya uğramasının ilkin səbəbi açıqlanıb. Bu barədə Dövlətlərarası Aviasiya Komitəsinin (DAK) Moskva vilayətində "An-148" təyyarəsinin qəzaya uğramasının araşdırılması ilə bağlı yaradılan komissiyası "qara qutu"nu incələdikdən sonra məlumat yayıb.