YPG-nin gizli tunelləri darmadağın edildi: 13 meyit
Türkiyə Silahlı Qüvvələri və ASO-nun Afrində terrorçulardan azad etdiyi Bekovası kəndində təxribatın qarşısı alınıb. Bir qrup terrorçu Kiçik Darmık dağında yerləşən tunellər vasitəsilə kəndə gizli hücuma cəhd edib.
14 Fevral 2018 12:24 DünyaTürkiyə Silahlı Qüvvələri və ASO-nun Afrində terrorçulardan azad etdiyi Bekovası kəndində təxribatın qarşısı alınıb. Bir qrup terrorçu Kiçik Darmık dağında yerləşən tunellər vasitəsilə kəndə gizli hücuma cəhd edib.
Məlumata görə, türk əsgərinin sayıqlığı nəticəsində cəhdin qarşısı alınıb. Şiddətli döyüşlərdə 13 terrorçu məhv edilib. Terrorçuların gizli tunellərlə hücuma cəhd etdiyi Kiçik Darmık dağı artilleriya atəşinə tutulub. Həmçinin "Atak" helikopterləri dağdakı terrorçu mövqelərini darmadağın edib. Axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31