Dünya

FSB Ermənistanda qarabağlı türkü həbs etdi

14 Fevral 2018 14:51

Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin Ermənistandakı əməkdaşları Türkiyə vətəndaşını saxlayıblar. Bu barədə informasiyanı Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti yayıb.

3400 yaşlı Misir kraliçası yeni görkəmdə

14 Fevral 2018 14:47

Eramızdan əvvəl 1353-1336-cı illər arasında yaşamış Misir kraliçası Nefertitinin üzü 3D texnologiyası ilə yenidən işlənib. Məlumata görə, bəsit bir kəllə mumiyasından hazırlanan kraliçanın üzü 500 saatlıq çalışma ilə Bristol Universitetinin alimləri tərəfindən işlənib.

Hollivud aktyorunun ailəsi xəstəxananı məhkəməyə verdi

14 Fevral 2018 14:21

Məşhur Hollivud aktyorunun ailəsi onun ölümünə görə xəstəxananı məhkəməyə verib. Məlumata görə, məşhur Hollivud aktyoru Bill Pekstonun ailəsi aktyorun ölümdə "Sidar Sinay" tibb mərkəzini günahkar bilərək məhkəməyə üz tutub. Aktyorun ailəsinə görə, həkim əməliyyat riskini nəzərə almayıb.

ABŞ alimlərinin növbəti inanılmaz uğuru

14 Fevral 2018 14:18

ABŞ-ın Mançester Universitetinin alimləri dünyada ilk dəfə canlı orqanizmdə insan böyrəklərini xatırladan strukturlar yetişdirməyə müvəffəq olublar. Həqiqi böyrəklərin bu elementləri sidik ifraz edə bildiyi üçün bu hadisəni tibb aləmində əsl kəşf adlandırmaq olar.

Səhiyyə naziri işdən azad edildi - Tatarıstanda

14 Fevral 2018 14:09

Tatarıstanın rəhbəri Rüstəm Minnixanov respublikanın səhiyyə nazirini vəzifəsindən uzaqlaşdırıb. Respublika rəhbərinin imzaladığı sərəncama əsasən, Adel Vafin tutduğu vəzifədən azad edilib.

"Suriyanın kimyəvi silahdan istifadə etdiyi sübut olunsa, oranı vuracağıq"

14 Fevral 2018 14:05

Suriya dəfələrlə mülki əhaliyə qarşı kimyəvi silahlardan istifadə etməkdə günahlandırılsa da, Şam bunu həmişə təkzib edib. Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı (KSQT) tərəfindən də bu silahların məhv edildiyi təsdiqlənib.

Xanımları cavan və cəzbedici göstərəcək 5 İPUCU

14 Fevral 2018 14:03

Elə saç düzümləri var ki, onlar xanımları yaşlarından xeyli cavan göstərir.

Türkiyə bunu gözləyirdi - ABŞ kəşfiyyatından ŞOK ETİRAF

14 Fevral 2018 13:14

ABŞ Milli Kəşfiyyatının direktoru Daniel Koutsun ABŞ Konqresinə təqdim etdiyi “Ümumdünya təhlükələrin qiymətləndirilməsi” məruzəsində Türkiyənin çoxdan gözlədiyi bir etiraf yer alıb.

Saakaşvili Polşadan Niderlanda gedəcək - Daha sonra ...

14 Fevral 2018 13:11

"Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili deportasiya olunduğu Polşadan Niderlanda gedəcək". Bunu M.Saakaşvili özü elan edib. O qeyd edib ki, Avropa ölkələrində bir sıra görüşlər keçirməyi planlaşdırır. M.Saakaşvili Belçika, Almaniya və Fransaya da səfər edəcəyini deyib.

8 yaşlı qızın başına gələnləri danışan həkim hönkürdü - işgəncə, təcavüz, ölüm... 

14 Fevral 2018 12:50

Həkim məhkəmə zalında 8 yaşlı uşağa edilən təcavüz və işgəncədən danışarkən göz yaşlarına hakim ola bilməyib. O, hakimdən icazə alaraq zalı tərk edib.  Florida ştatında 61 yaşlı Donald James Smith 8 yaşlı Cherish Perrywinkle-ə təcavüz edib, onu işgəncə ilə öldürüb. O, supermarketdə gördüyü uşağı aldadıb, onu McDonaldsa aparacığını söyləyib. Uşağı mikroavtobusa mindirən kişi onu qaçırdıb, zorlayıb və işgəncə ilə öldürüb.

Ərdoğanın “Osmanlı şilləsi” Ermənistanı QORXUYA SALDI: Ankara Bakıya...

14 Fevral 2018 12:41

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan dünən ABŞ-ın PYD-yə dəstəyini sərt tənqid edərək, buna qarşı mübarizə aparacaqlarını açqladı. Ardınca qeyd etdi ki, “bizə deyirlər ki, “bizi vursanız, sərt cavab verəcəyik”. Bunu deyənlər görünür, heç vaxt “Osmanlı şilləsi” yeməyiblər”.

ABŞ-ın 4 dövlətə qarşı – Qorxunc planı

14 Fevral 2018 12:32

Türkiyənin bütün israrlarına baxmayaraq, ABŞ-ın İŞİD-ə qarşı PYD/YPG ilə birlikdə mübarizə aparmasının səbəblərindən biri də Fərat çayının şərqindəki ərəb bölgələrində PYD/YPG ilə öz təsirini təmin etmək və Fəratın şərqi ilə bağlı razılaşmanın olmadığı müddətdə qərbdə rejim, Rusiya və İrana kasıb bir Suriya buraxaraq Pirus zəfəri qazandırmaq istəyidir. Beləliklə, İsraili təhdid edən İranın da əl-qolunu bağlana bilər.

Türk ordusu iki istiqamətdən vurdu: 1485 ölü...

14 Fevral 2018 12:29

Türkiyə ordusu Afrində keçirilən “Zeytun budağı” əməliyyatının 26-cı günü ilə bağlı hesabat yayıb.Açıqlamada havadan və qurudan hücuma keçən türk hərbçilərinin daha 46 terrorçunu məhv etdiyi, bununla da zərərsizləşdirilən terrorçu sayının 1485-ə çatdığı bildirilib.

ŞOK: Tanınmış idmançı öldü - Yol qəzasına görə

14 Fevral 2018 12:26

Isparta-Afyonkarahisar avtomobil yolu üzərində meydana gələn yol qəzasında atıcılıq üzrə Türkiyənin milli idmançısı Rüveyda Gülər ilə yoldaşı həyatını itirib. Isparta- Afyonkarahisar Avtomobil Yolu üzərində nəzarətdən çıxan avtomobilin dirəyə çırpılması nəticəsində meydana gələn yol qəzasında 2 nəfər ölüb.